zadliq/2010/sentyabr/134115.htm&ved=2ahUKEwjv68ziw8n0AhWaQ_EDHZ39BfAQFnoECBcQAQ&
usg=AOvVaw1BFV6Sle0Baz_AuzdbJi5c
10.
http://kayzen.az/blog/azerbaycan/5247/qobustan-abid%C9%99l%C9%99ri.html
11.
https://bextiyartuncay.wordpress.com/2013/12/13/oguz-
m%C9%99d%C9%99niyy%C9%99tinin-mezolit-dovrun%C9%99-aid-izl%C9%99ri/
3
Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar və aşkara çıxarılmış
qayaüstü təsvirlər xalqımızın minilliklərin dərinliklərinə gedən köklərini izləməyə
imkan verir. Azərbaycan arxeoloqları mezolit dövrünün abidələrini digər yerlərlə
yanaşı, Qobustan zonasında da aşkara çıxarmışlar. Azərbaycanda mezolit
mədəniyyətinin izlərinə ilk dəfə Qazax rayonunda Avey dağındakı Damcılı
mağarasında təsadüf olunsa da, bu dövrə aid zəngin material Qobustanda
Böyükdaş və Kiçikdaş dağları ərazisindəki düşərgələrdən əldə edilmişdir . Belə ki,
mezolit bəşər tarixinin mühüm mərhələsidir. Bu mərhələnin abidələrinin tədqiqi
Azərbaycanda və bütövlükdə Qafqazda istehsal xarakterli təsərrüfatın-əkinçilik
və maldarlığın başlanğıc mənbəyini əsl mənada öyrənməyə imkan verir.
Maraqlıdır ki, açıq səma altında özünəməxsus şəkil qaleriyası olan Qobustan
qayaüstü təsvirləri kompleksi mezolit dövrü incəsənətinin görkəmli abidəsidir.
Qobustan qayasında aparılan qazıntılar bölgədə mezolit dövrünü daha yaxşı
təsəvvür etməyə imkan verir. Qeyd etmək lazımdır ki, Qobustanın mezolit
düşərgələri (Anazağa, Kənizə, Öküzlər, Firuz, Ceyranlar, Qayaarası) qayaaltı
sığınacaqlarda aşkar olunmuşdur. Qobustan abidələrində istənilən proses
göstərir ki, bu dövrdə bütün müasir mədəni inkişafa zəmin yaranır, cəmiyyətdə
və insan həyatında dönüş ərəfəsi başlanır, istehsaledici təsərrüfatın əsas sahələri
– əkinçilik və maldarlıq meydana gəlir. Qədim Qobustan sakinləri ovçuluq və
yığıcılıqla yanaşı, əkinçilik və maldarlıq vasitəsilə ərzaq istehsalına başlayır.
Demək olar ki, bu dövrdən başlayaraq bəşəriyyətin əsas inkişaf xəttini təbiətin
hazır nemətlərini mənimsəmək yox, ərzaq istehsal etmək yolu müəyyən edir.{8-
199}
Qobustan şərqi Azərbaycanda, Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər
dənizi arasında 100 km-ə qədər diametri olan, çoxlu qobularla (qədim çay
yataqları və yarğanlar) kəsilən, yarımsəhra dağətəyi böyük coğrafi rayondur.
Qobustan sözü «Qobu» və «stan» kimi ərazi bildirən şəkilçidən əmələ gəlmiş
qobuluq, qobular diyarı, qobular olan yer deməkdir. Böyük Qobustanın ərazisi
Şərqdə Xəzər dənizi, şimalda Sumqayıtçay, qərbdə Şamaxı rayonu Pirsaatçay,
cənubda Hacıqabul və Ələtə qədər ərazini əhatə edir.{7-3}
Zəmanəmizdə Qobustanın iqlimi yayda çox isti, qışda mülayim keçir. Orta illik
temperatur müsbət 12-14,5 dərəcədir. Bitki örtüyü və heyvanat aləmi kasıbdır.
Təbiət yalnız yaz və payız yağışlarından sonra cana gəlir.{7-4}
Qobustan qayaüstü təsvirlərinin görkəmli tədqiqatçısı C.Rüstəmov
Qobustanda insan təsvirlərinin ən qədim nümunələri mezolit dövrünün qadın və
4
kişi təsvirlərini ətraflı və müfəssəl surətdə öyrənmişdir. Həmin təsvirlər qayalar
üzərində öndən və yandan olmaqla siluet şəklində qazılmışlar. Qayalarda
şəkillərin bu cür döyülməsi Qobustan üçün səciyyəvidir . Maraqlıdır ki, Qobustan
qayalarındakı qədim şəkillər arasında diqqəti xüsusi cəlb edən mövzulardan biri
qadın təsvirləridir. Qobustanda “Kənizə” düşərgəsində arxeoloji qazıntılar
zamanı tapılmış Qobustanın Mezolit dövrü qadın fiqurları da qayalardakı qadın
fiqurları formasındadır. Qadın heykəlcikləri və şəkillərinin yaradılmasını alimlərin
çoxu bolluq rəmzi kimi izah edir və onu ovsunçuluqla bağlayıb ilahiləşdirirlər.
Anaya, bəşəriyyətin yaşaması səbəbkarına pərəstiş, onun ilahiləşdirilməsi tək
ibtidai dövrdə deyil, indi də bir qanunauyğunluğa malikdir. Qobustanda mezolit
dövrünə aid qadın təsvirləri ən çox Kiçikdaş və Böyükdaş dağının yuxarı səki
sahəsində qeydə alınmışdır. Aşağı səki sahəsində onlara nisbətən az təsadüf
olunur. {8-200,201}
1970-ci ildə C. N. Rüstəmov və F. M Muradova tərəfindən Qobustan ərazisində
aparılan arxeoloji qazıntılar zamanı e. ə II minilliyin I yarısına aid edilən üç ədəd
nizə ucluğu aşkar edilmişdir. 15 saylı kurqandan tapılmış nizə ucluğunun çəkisi
61,5 q, 9 nömrəli kurqandan tapılmış nizə ucluğunun çəkisi 20.4 q. 16 saylı
kurqandan tapılmış nizə ucluğunun çəkisi 65 q. olmuşdur. Hər üç nizə ucluqlarının
tam oksidləşmiş vəziyyətdə olmasına baxmayaraq, analiz üçün nümunə
götürmək mümkün olmuşdur. Spektral analızin nəticələrinə görə müəyyən
edilmişdir ki, birinci nizə ucluğu mis-qalaydan ikinci nizə ucluğu mis-qalay,
üçüncü nizə ucluğu isə mis-qalaydan ibarətdir. Deməli birinci nizə ucluğu arsenli-
qalaylı tuncdan, ikinci və üçüncü nizə ucluqları isə qalaylı tuncdan
hazırlanmışdır.{3-62}
Azərbaycan ərazisinin qədim sakinləri müxtəlif dövrlərdə daşlar üzərində
yüzlərlə heyvan (vəhşi və ev) təsvirlərini çəkmişlər. Bəziləri isə ovçuluq, totem-
dini inanclarla səsləşən heyvan təsvirləridir. Qobustanda ən qədim heyvan
təsvirləri olan öküz təsvirləri e.ə. VII-IV minilliklərə aid edilir. Digər heyvan
təsvirləri isə IV-III minilliklərlə orta əsrlər arasındakı dövrlərdə çəkilmişdir.
Gəmiqayada və Dəlidağdakı heyvan rəsmləri isə tunc dövründə həmin ərazidə
yaşamış əkinçi maldar tayfaların iqtisadi və ictimai həyatına dair qiymətli
mənbələrdir. Qayalar üzərində heyvanların ustalıqla təsvir edilməsi ölkəmizin
qədim sakinlərinin bu yerlərin faunasına və rəssamlıq texnikasına yaxşı{1-54}
Kəlbəcərin qayaüstü təsvirlərində bəbir təsvirləri də üüstün yer tutur. Onlar
yığcam, lakin olduqca canlı və dinamik təsir bağışlayır. Maraqlıdır ki, həm
Qobustanda, həm Gəmiqayada, həm də Dəlidağda aşkar olunmuş bəbir
5
təsvirlərinin ümumi oxşarlığı çoxdur. Lakin Dəlidağda adlarını çəkdiyimiz
abidələrdən fərqli olaraq bəbirlər sürü halında təsvir edilmişdir. Bu daşın
üzərində sürü halında hərəkət edən 9 bəbir təsvir edilmişdir. Maraqlıdır ki, bu
bəbirlərin heç biri digərinə bənzəmir və
bir-birini təkrar etmir. Sürü halında olan
bəbirlər
eyni
istiqamətlə
təsvir
edilməklə onların birlikdə hərəkət
etdiyi göstərilmişdir. Bəbirlərin ikisinin
quyruğu düz, yeddisinin quyruğu isə
yuxarı
qatlanmış
formada
həkk
edilmişdir. Başqa bir daşda isə
bucaqları iti olmayan kvadrat ona bitişik
yarımdairə fiquru təsvir olunub. Bu
təsvirin yanında isə iki bəbir təsviri var.
Buradakı bəbirlərin əvvəlki bəbirlərdən fərqli olaraq başlarını daha çox aşağı
əyməsi və qeyd olunan təsvirin su hövzəsində olduğunu güman etmək olar.
Tədqiqatçı-arxeoloq alim Qüdrət İsmayılzadə bu təsvirlərin eradan əvvəl III
minilliklə I minillik arasında çəkildiyini qeyd etmişdir {1-54}
Yer kürəsinin müxtəlif qitələrində üzə çıxarılmış qayaüstü rəsmlər arasında
Qobustan petroqlifləri xeyli maraq kəsb edir və Azərbaycan xalqının tarixinin ən
qədim dövrlərini öyrənmək üçün qiymətli mənbədir. Qobustan bölgəsinin cənub-
şərqində Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılı təpə hüdudunda Azərbaycan
Respublikası EA Tarix İnstitutunun İ.M.Cəfərzadənin rəhbərliyi altında 1947-
1965-ci illər ərzində yer səthində üzərində adam, heyvan, balıq rəsmlərinin dörd
mindən çox siluet konturları, bütöv kompozisiyalar, kasavari oymalar və s. ilə 750
daş aşkar edilmiş və öyrənilmişdir. C. N. Rüstəmovun rəhbərliyi altında
Qobustanda və yeni üzə çıxarılmış Şonqardağ və Şıxqaya bölgəsində üzərində
2000 rəsm olan daha 300 daş aşkar edilmişdir. {4-23}
Filologiya elmləri namizədi Әjdər Fərzəli Gəmiqaya-Qobustan yazılarını
elmi-tarixi, müqayisəli və metodik aspektdən sistemli şəkildə ilk dəfə analiz
etməklə belə bir nəticəyə gəlmişdir ki, GəmiqayaQobustan yazıları özündə elə
bir sivilizasiyanı əks etdirməkdədir ki, bu elmə az məlumdur. O, qədim Yunan,
Hind, Misir, Şumer və b. Sivilizasiya və mədəniyyətlərdən qabaq meydana
gəlməklə, özündən sonra gələn bütün sivilizasiya və mədəniyyətlərə çox güclü
təsir etmişdir. Gəmiqaya-Qobustan mədəniyyəti birbaşa Azərbaycan (Oğuz)
xalqlarına məxsusdur. Alim yazırdı ki, o Gəmiqayadan 24 Oğuz tamğasından 20ni
6
tapmaqla belə bir nəticəyə gəlmışdır ki, TürkAzərbaycan əlifbasının əsasını
Gəmiqaya-Qobustan əlifbası təşkil edir.{5-10}
İlk Azərbaycan petroqramlarını, yəni şəkil – yazılarını Qobustanın qədim
rəssamları yaratmışlar və bu, orta Daş, yəni Mezolit dövründə baş vermişdir. Bu
proses sonrakı dövrlərdə də davam etmişdir. Tanınmış arxeoloq H.Cəfərov bu
barədə belə yazır:
“Qobustanın Mezolit dövrü qayaüstü rəsmlərinin ibtidai incəsənətin və əha-
linin dini görüşlərinin, xüsusən ovsun – totem inamlarının öyrənilməsində
əhəmiy-yəti çox böyükdür.” {11}
Qobustanın Böyükdaş qayalıqlarında çoxlu mağara vardır. Mezolit dövrünün
petroqlifləri əsasən bu mağaraların ətrafındakı və daxilindəki qayalarda həkk
olunmuşdur. Bu qayalar qədim rəssamların, bir növ, qədim “rəsm qalereyası”dır.
Böyükdaşın yuxarı mərtəbəsindəki bu “qalereya”da əzəmətli ovçuların surətləri,
bir cərgədə rəqs edən adamların rəsmi, gizləncəklər – müqəvvalar,
gizləncəklərdən istifadə edərək ov edən iki ovçu (3№ – li mağara, 45 № – li daş),
vəhşi atların qovularaq tələyə salınması (3 № – li mağara, 45 № – li daş) və bu
kimi dəyərli təsvirlər gözə dəyməkdədir.{11}
Böyükdaşın 3 № – li mağarasındakı 45№ – li daşın üzərindəki təsvirdən də
göründüyü kimi, xalqımızın bu günə qədər sevə – sevə ifa etməkdə olduğu yallı
rəqslərini ulu babalarımız hələ ən azı 12-14 min il əvvəl ifa etməyə başlamışlar.
Bu isə o deməkdir ki, rəqs mədəniyyəimizin kökləri ən azı Mezolit dövrünə qədər
uzanır. Elə təsviri sənətimizin kökləri də eyni dövrlərə qədər uzanıb gedir {11}
Qayalarda nisbətən dərin qazılmış ovçuların
böyük fiqurlu siluet şəkilli təs-virləri ilk Mezolit
dövrü rəssamlarının yardıcılığı üçün xarakterikdir.
Belə rəsmlər-dən ibarət böyük bir təsvir
kompozisiyası Böyükdaşın yuxarı mərtəbəsində,
29 № – li daşın şimal tərəfində qazılmışdır.
Kompozisiyanın mərkəzi hissəsində göstərilən
ovçuların siluet şəkilli təsvirləri sxematik və şərti
xarakter daşıyır, qulaq, burun, göz, ağız və sairə
hissələr göstərilmir. Bu rəsmlər təxminən natural böyüklükdədir. Buradakı insan
fiqurlarının təsvirində nisbət və sairə realistik xüsusiyyətlər gözlənilməmişdir.
Buna baxmayaraq, qədim rəssamlar ovçuların üç baxımdan — ön, yan və arxa
tərəfdən təsvir edilməsinə çalışmışlar. Bunu kamanların tam və yarımçıq şəkildə
7
təsvir edilməsindən anlamaq olur. Arxa tərəfdən göstərilmiş ovçuların kamanları
bütövlüklə, ön tərəfdən rəsm edilmiş ovçuların kamanlarının isə ancaq kənar
ucları təsvir edilir. Bundan başqa bu təsvirlərdəki kamanların yönləri də bir –
birinin əksinə olan diaqonal xətlər istiqamətindədir. Arxa tərəfdən rəsm edilmiş
ovçuların cinsi əlamətləri də bir qayda olaraq göstərilmir. Buradan aydın olur
ki, qədim rəssamlar insanların ön və arxa baxımdan rəsm edilməsinə ancaq
bilmişlər. Mezolit rəssamlarının bu nailiyyətini nəzərə alaraq həmin daşın
petroqliflərinə diqqətlə baxdıqda aydın olur ki, burada çevrə boyu düzülmüş
ovçular təsvir edilmiş, dairəvi kompozisiya yaradılmışdır. Ona görə də bu
petroqlif ibtidai rəsm xüsusiyyətlərinə baxmayaraq, Mezolit dövründə yardılmış
müəyyən kompozisiya tərtibatına malik çoxfiqurlu, monumental xarakterli nadir
təsviri sənət əsəri kimi çox qiymətlidir. {11}
Sənətşünas alim Nəsir Rzayev sözügedən petroqlif barədə yazır:
“Həmin petroqlifin mərkəzi hissəsində insan təsvirlərinin ayrı-ayrı fraq-
mentlərinə bənzər rəsmlər görünür. Onlar bir necə ovçunun profildən primitiv
şəkildə qazılmış təsvirləridir. Bu yarımçıq və anlaşılmaz rəsmlər qədim
rəssamların yaradıcılıq axtarışlarında çox cəsarətli bir addım idi.{11}
Petroqlifdə göstərilən ovçuların əllərindəki daş bıçaqlar və çiyinlərindəki
kamanlar
Mezolit
dövrünün
xarakterik
xüsusiyyətlərindəndir. Bu dövrün yetişdir-diyi
təsvir motivlərindən biri də insan fiqurlarında
əl və ayaqların statik və standart vəziyyətdə
verilməsidir. Əksər hallarda ovçuların qolları
yanlara doğru açılmış halda, qıçları isə
yarımbükülü vəziyyətdə təsvir edilir. Bu təsvir
motivləri qanun şəklini alaraq sonrakı
dövrlərdə də təkrar edilmişdir.{11}
Petroqlifin mərkəzində görünən ovçunun qıçları öz kobudluğu ilə diqqəti çəkir.
Bu onunla izah edilir ki, rəssam ovçunu heyvan dərisindən enli şalvar geymiş
vəziyyətdə təsvir etməyə çalışmışdır”.{11}
Bir zamanlar Xəzərin ləpələri Qobustana kimi uzanardı. Qobustan qayalarında
yüzdən artıq qayıq təsviri var. Formasına görə, bu qayıqları üç qrupa bölürlər:
xətti siluet və hörmə görünüşlü qayıqlar daha qədim qayıqlar hesab olunur. Çünki
arxeoloqlar bu fikirdədirlər ki, Qobustanda qayıqların tarixi yalnız mezolit - orta
daş dövründən başlayır. İlk qayıqlar əsasən ağac gövdəsindən düzəldilmiş, kiçik
8
ölçülü və təknəşəkilli olmuşdur. Belə qayıq təsvirləri Böyükdaş və Kiçikdaş
dağlarının ətəyindəki daşlar üzərində daha çoxdur. Qayalara döyülmüş kölgəvari,
enli gövdəli qayıq təsvirləri ikinci tipə daxildir.
Qamışdan və qarğıdan hazırlanmış qayıqlar isə
e.ə. VII-VI minilliklərə aid edilir. Qədim
insanlar bu qayıqlarla balıq ovuna çıxardılar.
Böyükdaşa həkk olunmuş balıq təsvirləri bu
baxımdan maraqlıdır. 29 saylı qayadakı səhnə
təxminən belə oxunur: qayıq səfərdən uğurla
qayıdıb.
Sahildəki
adamlar
sevinclərini,
şadyanalıqlarını
rəqs
edərək
bildirirlər.
Qayıq təsvirləri təkcə ovçuluğu deyil, həm də dənizçiliyin tarixi, su-nəqliyyat
vasitələrinin tarixini öyrənmək baxımından olduqca dəyərlidir. Qayıqların burun
hissəsində təsvir olunan günəşin təsviri isə fəza cisimlərinə inamı, işıqlı həyatı əks
etdirir. Xəzər Qobustanın qədim sakinləri üçün ümmansız, sonu görünməyən
bərəkətli bir dəniz idi və günəş də hər gün onun mavi suları arasından
doğurdu.{10}
Artıq 1986-cı ildə altı mindən çox qayaüstü təsvirin varlığı məlum olmuşdu.
Qobustan petroqlifləri - Şərqi Zaqafqaziyanın böyük bir dövr ərzində (bizim
eradan öncə on min ildən çox) - mezolitdən orta əsrlərin sonlarınadək
illüstrasiyalı tarixidir. Bəzi tədqiqatçıların (İ.M.Cəfərzadə, A.A. Formozov)
fikrincə, petroqliflərdə əks olunmuş süjetlərin çevrəsi Qobustan qravürlərinin
kult xarakterindən xəbər verir. Onlar ayin mərasimlərinin bir hissəsi idilər və
qədim insan öz icmasının rifahını bunsuz təsəvvür etmirdi.{4-24}
Azərbaycan ərazisində uzun illər aparılan arxeoloji qazıntılar nəticəsində
təqdim olunan dövrün tayfalarına məxsus mifoloji dəyərlərlə zəngin, saysız-
hesabsız qədim mədəniyyət nümunələri aşkar edilib, öyrənilmişdi. Qədim
qayaüstü təsvirlər tarixi-arxeoloji abidələrin ən maraqlı və sirlilərindəndir. O,
bəşər tarixini öyrənmək üçün obrazlı «dilə» malik qiymətli maddi-mədəniyyət
qalıqları, ibtidai cəmiyyətdə insan əməyi və fəaliyyətini, onun həyatını və
dünyagörüşünü rəngarəng və əyani şəkildə əks etdirən tarixi sənəd - «canlı»
arxivdir. Qayaüstü təsvirlər ibtidai cəmiyyətdə yaşayan insanların həyat tərzi
haqda biliklərimizin qiymətli mənbələrindən ibtidai yaradıcılıq yollarının
inkişafını təsəvvür etməyə imkan verən qədim incəsənət əsərləridir. Qədim
qayaüstü təsvirlər dünyada çox yerdə aşkar edilib öyrənilmişdir. Onların varlığı
XIX əsrin ortalarında qeydə alınmağa başlanmışdır.{6-22}
9
Qablar. Məlum olduğu kimi, hələ çox qədim zamanlardan qida-ərzaq
məhsularının tədarükü, emalı və saxlanması, yemək və içkilərin hazırlanması,
onların süfrəyə verilməsində bir sıra
qablardan istifadə olunmuşdur. Qablar
hazırladığı materialın növünə, həcminə,
məişətdə təyinatına görə fərqlənirdi. Uzun
əsrlər boyu Azərbaycan xalqının istifadə
etdiyi məişət qabları daş, hörmə, toxuma,
saxsı, metal, ağac, çubuq və dəri qablardan
ibarət olmuşlar.Bəşəriyyətin ilkin çağlarında,
hələ istehsal təsərrüfatı yaranmadığından,
ibtidai insanlar məişət tələbatlarını ödəmək
üçün “əllərini altında olan” materiallardan –
daşdan, ağacdan, çubuqdan, ağac liflərindən,
qamışdan
kobud
qablar
hazırlayır,
gündəlikdə istifadə edirdilər. Qobustanda Ana Zağa və Kənizə düşərgələri
ətrafından və onların içərisində çoxlu kasavari yaylaqlara rast gəlinmişdir.
Arxeoloqlar onları əsil “tərpənməz qablar” hesab edirlər. Bu konusvari yalaqlar
yağış sularının (ovdan), qurban qanını yığılması və şübhəsiz, duyu xörəklərin
hazırlanması üçün istifadə edilmişdir. Mingəçevir, Xocalı, Gədəbəy, Gəncəçay
hövzəsi və b. bölgələrdə yerləşən abidələrdə çoxlu daş qab nümunələri-cam,
nimçə əldə edilmişdir. Mingəçevir və Gəncə yaxınlığındakı Alabaşlı kəndində
tapılan daş camların qulplu qoşa və qoç başı formasında düzəldilmişdir. Sonralar
istehsal texnologiyasının yaranamsı, yeni-yeni qab materiallarının əldə edilməsi,
insan təfəkkürünün inkişafı, peşə-sənət vərdişləri daş qablara təlabatı
unutudurmuş, daş qabların çoxu məişətdən çıxmışdır. Zəmanəmizə qədər gəlib
çıxan duz və düyü (çəltik) dibəkləri, su daşı (çəfər), kirkirə (dəstər), su ovdanları
və s.vaxtilə daşdan məişət qabları və alətlərinin hazırlandığını əyani şəkildə sübut
edir.
Azərbaycan qaya təsvirləri ilə zəngin olan ölkələrdən biridir. Burada müxtəlif
dövrlərin həyat tərzini, təsərrüfatını və mənəvi mədəniyyətini özündə əks
etdirən çox sayda qaya təsvirləri tədqiq olunub öyrənilmişdi. Qayalar üzərində
müxtəlif süjetli kompozisiyalar, o cümlədən heyvan, quş və insan, ritual ayin
təsvirləri yer almışdır. Ərazidə təsadüf olunan təsvirlər həkkak qələmi rolunu
oynayan iti uclu daş və metal alətlərlə cızma, döymə, qazma texniki üsullarını
tətbiqi vasitəsi ilə qayalar üzərində yonulmuşdur. Azərbaycanda və o cümlədən
Qobustanda daş işləmə sənəti təkcə qayaüstü rəsmlərlə bitmir. Belə ki, Qobustan
10
kurqanlarının bəzilərində qəbirlərə əşya kimi rəsmli daşlar və daş heykəllər-
bütlər qoyulmuşdur. {6-22}
Qobustanda qədim qayaüstü təsvirlər qayalar üzərində harada gəldi
çəkilməyib.
Qədim
qobustanlıların
yaşayışını,
təsərrüfat
həyatı
və
dünyagörüşünü əks etdirən bu incəsənət abidələri ən çox qədim insan
düşərgələrinin divarlarında və oraya yaxın daş və qayalar üzərində döymə,
qazma, sürtmə, cızma üsulu və palitra ilə rəngli çəkilmişdır.{6-23}
M. M. Hüseynova görə, ənənəvi daş işləmə sənətinin arxaik növlərindən biri
sayılan ibtidai heykəltəraşlıq Azərbaycanda çox erkən intişar etmişdir.
Azərbaycan ərazisində daş abidələrin bu tipinə həm insan, həm də heyvan
heykəli şəklində rast gəlinir. Azərbaycanda insan heykəllərinin ilk nümunələri e.
ə. III minilliyə aid olmaqla qədim dövrü əsatiri, etiqad və inamları ilə üzvü surətdə
bağlı olmuş və əcdadlara sitayişin təcəssümü kimi meydana çıxmışdır . {6-23}
Qobustanda arxeoloji qazıntı aparılmış daşaltı sığınacaqlarda düşərgənin
divarlarını təşkil edən qayaların mədəni təbəqə örtmüş aşağı səthlərində də
yüzlərlə qədim təsvirlər aşkar edilmişdir. Qayaüstü təsvirlərin öyrənilməsi və
xüsusən, dövrlərinin müəyyənləşdirilməsi işində mədəni təbəqə altından aşkar
edilmiş bu kimi daşlar üzərindəki qədim rəsmlərin elmi əhəmiyyəti
qədərsizdir.{6-23}
Ərazidə ayin mərasimlərin keçirildiyini təsdiq edən təsvirlər içərisində şaman
və ritual ayin xarakterli kompozisiyalar qədim türk tayfalarının mənəvi
mədəniyyətinin açılmasında mühüm əhəmiyyət kəsb edir. Böyük elmi dəyər kəsb
edən bu mənbələr kökləri ilə qədim dövrlərə söykənənməklə yanaşı, şamanizmlə
bağlı təsəvvür və dünyagörüşləri öz daş yaddaşında qoruyub saxlayır.{6-23}
Əhəmiyyətli cəhət ondan ibarətdir ki, təqdim olunan məqalə ilə elmi
dövriyyəyə böyük elmi əhəmiyyət kəsb edən qiymətli mənbələr gətirilmişdi. Elə
həmin səbəbdən də mövzunu aktual hesab etmək olar.{6-23}
Dostları ilə paylaş: |