Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi


  Audit  təşkilatlarında  audit  fəaliyyətinin müasir vəziyyətinin təhlili



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
eliyev hikmet

2.3.  Audit  təşkilatlarında  audit  fəaliyyətinin müasir vəziyyətinin təhlili 

Azərbaycan  Respublikasının  bazar  iqtisadiyyatına  keçməsi,  ölkədə  iqtisadi-hüquqi 

nəzarətin  keyfiyyətinin  əsaslı  surətdə  yüksəldilməsini  və  onun  dünya  standartlarına  cavab 

verməsini tələb edir. Bu da öz növbəsində son illərə kimi fəaliyyət göstərən inzibati amirlik 

sisteminə  əsaslanan  köhnəlmiş  bir  sıra  iqtisadi-nəzarət  qurumlarının  təkmilləşdirilməsini 

tələb edir. 

Bu baxımdan bazar iqtisadiyyatının məhsulu olan audit xidmətinin yaradılıb, fəaliyyət 

göstərməsi təqdirəlayiq bir hadisə kimi qəbul olunmalıdır. 

Yeri  gəlmişkən qeyd  etmək  lazımdır ki, hazırki dövrdə  audit xidməti iqtisadi-hüquqi 

nəzarətin  ən  yüksək  pilləsi  hesab  olunur.  Auditin  əsas  vəzifəsi  təkcə  yaranan  iqtisadi 

münasibətləri  qeyri-səmimi  sabuhbkarlardan  qourmaqla  bitmir.  O  həm  də  iqtisadiyyat 

sahəsində  hüquq  pozuntularının  qarşısını  almaqla  yanaşı  həm  də  ictimai  hüquq  şüurunun 

daha da yüksək səviyyədə formalaşdırılmasına əsaslı surətdə təsir göstərməkdən ibarətdir.  

Bununla əlaqədar onu da qeyd  etmək  lazımdır ki, son illər  respublikamızda müstəqil 

auiditor  nəzarəti  sisteminin  yaradılması,  auditor  kadrlarının  hazırlanması,  auditorların  peşə 

vəzifələrinin,  hüquq  və  məsuliyyətinin  tənzimlənməsi  sahəsində  və  s.  məsələlər  sahəsində 

xeyli işlər görülmüşdür. Qeyd edilənlərə misal olaraq onu qeyd etmək lazımdır ki, son illər 

“Auditor  xidməti  haqqında”Qanun,  “Azərbaycan  Respublikasının  Auditor  Palatası 

haqqında”  əsasnamə,  qəbul  olunmuş  əsassız  yoxlamaların  qadağan  edilməsinə,  dövlət 

idarəetmə  sisteminin  təkmilləşdirilməsinə  dair  Respublika  Prezidenti  fərman  vermiş  və  i.a. 

Bütün bunların nəticəsində respublikada auditor xidmətləri bazarı formalaşmışdır. 

Belə  bir  vaxtda  auditor  fəaliyyətinin  daha  yüksək  səviyyədə  tənzimlənməsinə  böyük 

ehtiyac  vardır.  Məlum  olduğu  kimi,  Auditorlar  Palatasının  fəaliyyəti  onun  əsasnaməsi  ilə 

tənzimlənir.  Bu  əsasnamə  Azərbaycan  Respublikası  Milli  Məclisi  tərəfindən  1995-ci  il  19 

sentyabr tarixdə 1115 saylı qərarla təsdiq edilmişdir. 

Qüvvədə olan qanunçuluğa əsasən Palatanın əsas vəzifəsi mülkiyyət formasından asılı 

olmayaraq bütün  təsərrüfat  subyektlərində  maliyyə  və  mühasibat  uçptunun  dəqiq  və  dürüst 

aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və 

mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün 

tədbirlər həyata keçirməkdən ibarətdir. 




 

42 


Palata  aşağıdakı  funksiyaları  yerinə  yetirir: 

- Azərbaycan Respublikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir; 

-  Azərbaycan  Respublikası  ərazisində  sərbəst  auditorlara  və  auditor  təşkilatlarına 

lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin “Auditor xidməti 

haqqında” Azərbaycan Respublikası Qanununa uyğunluğuna nəzarət edir; 

-  sərbəst  auditorları  və  auditor  təşkilatlarını  qeydiyyatdan  keçirir,  uçotunu  aparır  və 

onlara qeydiyyat haqqında şəhadətnamə verir; 

- Azərbaycan Respublikası ərazisində auditor xidməti ilə məşğul olmaq hüququ verən 

lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsbih edir; 

-  auditor  fəaliyyəti  ilə  məşğul  olmaq  hüququ  verən  lisenziyaların  verilməsi  üçün 

imtahan  komissiyasının  tərkibini  və  əsasnaməsini  hazırlayıb  təsdiq  edir,  imtahan  haqqını 

müəyyən edir; 

-  təsərrüfat  subyektinin  maliyyə  və  mühasibat  hesabatlarına  dair  auditor  rəyinin 

formalarını,  sərbəst  auditorların  və  auditor  təşkilatlarının  işi  haqqında  müxtəlif  hesabat 

formalarını hazırlayıb təsdiq edir; 

-  auditor  təcrübəsinin  ümumiləşdirilməsi  və  mövcud qanunvericilik  aktlarının  tətbiqi 

məsələləri  ilə  əlaqədar  sərbəst  auditor  təşkilatlarına  məsləhətlər  verir,  auditor  xidmətinin 

inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət 

edir; 

- audit aparılmasına dair təlimatlar, tövsiyyələr və metodik göstərişlər hazırlayır; 



-  auditor  xidməti  göstərilməsinin  forma  və metodlarına  dair  normativ  sənədlər  tərtib 

edir,  milli  və  beynəlxalq  təcrübənin  daimi  öyrənilməsi  əsasında  müvafiq  tövsiyələr 

hazırlayır; 

-  peşə  funksiyalarını  lazımi  səviyyədə  yerinə  yetirilməsi  ilə  əlaqədar  sərbəst 

auditorlara  və  auditor  təşkilatlarına  qarşı  sifarişçilərin  iddialarına,  respublikanın 

qanunvericilik aktlarına müvafiq surətdə baxılmasını təmin edir; 

- sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafeələrinin 

qorunması üçün müvafiq tədbirlər həyata keçirir. 

Bütövlükdə,  Palata  öz  fəaliyyətini  “Auditor  xidməti  haqqında”  Azərbaycan 

Respublikasının  Qanununa,  “Azərbaycan  Respublikasının  Auditorlar  Palatası  haqqında” 




 

43 


Əsasnaməyə, 

Azərbaycan 

Respublikası  Prezidentinin 

“Daxili 


audit 

haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə”  2007-ci  il  29  iyun  tarixli  və 

“Auditorun  peşə  məsuliyyətinin  icbari  sığortası  haqqında  Azərbaycan  Respublikası 

Qanununun  tətbiq  edilməsi  barədə”  2007-ci  il  16  avqust  tarixli  fərmanlarına,  Prezidentin 

2007-ci il 28 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya 

qarşı  mübarizə  üzrə  Milli  Strategiya”ya,  habelə  Azərbaycan  Respublikasının  Prezidenti 

cənab  İlham  Əliyevin  Azərbaycan  Respublikası  Auditorlar  Palatasının  fəaliyyətə 

başlamasının 10 illiyi münasibətilə Palatanın kollektivinə və üzvlərinə ünvanladığı 2006-cı il 

4  aprel  tarixli  təbrik  məktubundan  irəli  gələn  vəzifələrin  icrası  ilə  əlaqədar  Auditorlar 

Palatasının  kompleks  tədbirlər  planına  və  Beynəlxalq  Mühasiblər  Federasiyasının  (İFAC) 

tamhüquqlu üzvlüyünə qəbul edilməsi ilə əlaqədar Palatanın götürdüyü öhdəliklərə müvafiq 

olaraq qurmuşdur. 

2013-cü  il  dekabrın  31-nə  respublikamızda  cəmi  48  auditor  şirkəti  və  43  sərbəst 

auditor  fəaliyyət  göstərmişdir.  Audit  sahəsində  mütəxəssislərin  sayının  az  olması,  öz 

növbəsində,  təsərrüfat  subyektlərinə  kəmiyyət  və  keyfiyyət  baxımından  yetərli  auditor 

xidməti  göstərilməsinə  imkan  vermir.  Palata  tərəfindən  auditor  fəaliyyəti  göstərən  fiziki  və 

hüquqi  şəxslərə  (müddəti  uzadılan  lisenziyalar  nəzərə  alınmadan)  2001-ci  ildə  52,  2002-ci 

ildə 40,  2003-cü ildə 39, 2004-cü ildə 23, 2005-ci ildə 24, 2006-cı ildə 39, 2007-ci ildə 19, 

2008-ci  ildə 18 və 2009-cu  ildə cəmi  13  lisenziya  verilmişdir. Göründüyü kimi, son  illərdə 

auditor fəaliyyəti göstərmək üçün verilən lisenziyaların sayı nəzərçarpacaq dərəcədə azalmış 

və həmin azalma meyli bu gün də davam edir. 

Aparılan  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  lisenziya  alınması  üçün 

müraciətlərin  azalması  meylini  yaradan  əsas  amillərdən  biri  ixtisaslı  gənc  kadrların  bu 

sahəyə  axınının  zəif  olması,  sahibkarlıq  fəaliyyətinin  bir  növü  olan,  yüksək  hazırlıq  və 

ixtisas  biliyinin  olmasını  tələb  edən  auditor  peşəsinə  başlamazdan  əvvəl  böyük  məbləğdə 

rüsumun  ödənilməsi  zərurətdir.  Belə  ki.  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

2002-ci  il  18  noyabr  tarixli  180  nömrəli  qərarı  ilə  auditor  fəaliyyətinə  xüsusi  razılıq 

(lisenziya)  alınması  üçün  ödənilən  dövlət  rüsumu  110  manat  müəyyən  edildiyi  halda,  hal-

hazırda  həmin  məbləğ  2200  manat  təşkil  edir.  Halbuki,  müvafiq  rüsum  Rusiya 

Federasiyasında  təxminən  30,  Qazaxıstanda  100,  Gürcüstanda  50,  Özbəkistanda  80, 



 

44 


Moldovada  isə 20  ABŞ dolları  həcmindədir.  Bir  sıra  ölkələrdə  isə,  məsələn  Latviya 

Respublikasında,  belə  rüsum  ümumiyyətlə  tutulmur.  Göründüyü  kimi,  respublikamızda 

auditor  fəaliyyətinə  xüsusi  razılıq  (lisenziya)  alınması  üçün  ödənilən  dövlət  rüsumu  digər 

dövlətlərdə olduğundan 30-130 dəfə yüksəkdir. 

2012-ci il ərzində Palata tərəfindən 14 fiziki şəxsə və 8 hüquqi şəxsə auditor xidməti 

göstərmək  üçün  lisenziya  verilmişdir  (o  cümlədən  5  fiziki  şəxsin  və  4  auditor  təşkilatının 

lisenziyasının vaxtı uzadılmışdır). 

2013-cü il 1 yanvar tarixinə respublika ərazisində 122 fiziki şəxs auditor lisenziyasına 

malik olmuşdur. Onların 44 nəfəri sərbəst auditor kimi, 75 nəfəri  isə 50 auditor təşkilatının 

tərkibində fəaliyyət  göstərmişdir. Qalan 13 nəfər  lisenziyalarını  müvəqqəti  saxlanmaq üçün 

Auditorlar Palatasına qaytarmışdır. 

2012-ci il ərzində 39 sərbəst auditor, 51 auditor təşkilatı (o cümlədən 2 xarici auditor 

təşkilatının filialı (və ya nümayəndəliyi) və 4 xarici investisiyaslı auditor təşkilatı) tərəfindən 

Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilmişdir. 

Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilmişdir ki: 

Hesabat  dövründə  təsərrüfat  subyektləri  ilə  32.722.431,6  manat  məbləğində  4.321 

müqavilə  bağlanmışdır.  Həmin  müqavilələrin  6.161.978,5  manat  məbləğində  521-i  ilin 

əvvəlinə  qalıq  kimi,  26.560.453,1  manat  məbləğində  3.800-ü  isə  hesabat  dövründə 

bağlanmışdır  ki,  bunun  da  xüsusi  çəkisi  xarici  auditor  təşkilatlarının  filial  və  ya 

nümayəndəlikləri üzrə sayına görə 7,9% və məbləğinə görə 36,3%, yerli auditor təşkilatları 

üzrə sayına görə 44,3% və məbləğinə görə 25,9%, sərbəst auditorlar üzrə sayına görə 43,7% 

və  məbləğinə  görə  5,5%  təşkil  etmişdir.  2008-ci  il  ilə  müqayisədə  2009-cu  ildə  bağlanmış 

müqavilələrin  sayı  251  ədəd  və  ya  5,5%,  məbləği  isə  15.330,179,9  manat  və  ya  31,9% 

azalmışdır. 

2013-cü il ərzində bağlanmış müqavilələrdən 23.655.804,8 manat məbləğində 3.752-

si yerinə yetirilmişdir. 

2012-ci  il  ilə  müqayisədə  yerinə  yetirilimiş  müqavilələrin sayı 217 ədəd və ya 5,5% 

məbləği  isə  14.491.335,9  manat  və  ya  38,0%,  orta  məbləğ  isə  9.611,3  manatdan  6.304,9 

manata qədər, yəni 3.306,4 manat və ya 34,4% azalmışdır. 



 

45 


2013-cü  ildə  931  müqaviləyə  əsasən  könüllü  auditor xidməti  növlərinin  təsərrüfat 

subyektləri  üzrə  xüsusi  çəkisi  cədvəl  12-də  göstərilən  kimi  olmuşdur  (əmlakın 

qiymətləndirilməsinin  auditi  –  ƏQA,  nizamnamə  fondunun  auditi  –  NFA,  mühasibat  və 

vergi uçotu xidmətləri – MUX, mühasibat uçotu və vergiqoyma üzrə məsləhət xidmətləri – 

MVMX, maliyyə-vergi hesabatlarının auditi – MVHA, digər xidmətlər – DX). 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin