Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   2   3   4   5   6   7   8   9   ...   34
eliyev hikmet

 

Nəticə 

72 


İstifadə olunan ədəbiyyatlar 

77 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

3

                                                            



  G İ R İ Ş 

 

 

Mövzunun  aktuallığı.  Maliyyə  nəzarəti  –  bütün  səviyyələrdə  qanunvericilik  və 

icraedici  hakimiyyət  orqanlarının  və  habelə  xüsusi  yaradılmış  idarələrin  müəyyən  metod 

tətbiq  etməklə  bütün  iqtisadi  subyektlərin  (dövlətin,  müəssisənin,  idarələrin,  təşkilatların) 

maliyyə  fəaliyyətinə  nəzarət  etmək  deməkdir.  O,özundə  pul  vəsaitləri  fondlarının 

formalaşması  və  istifadəsi  prosesində  maliyyə-təsərrüfat qanunvericiliyinə  əməl  edilməsinə 

nəzarəti,  maliyyə-təsərrüfat  əməliyyatlarının  iqtisadi  səmərəliliyini  və  cəkilən  xərclərin 

məqsədəuyğunluğunun qiymətləndirilməsini birləşdirir. 

Maliyyə  nəzarəti  -  dəyər  nəzarətidir.  Buna  görə  də  başqa  nəzarət  formalarından 

(ekoloji,  sanitar,  inzibati  və.s) fərqli olaraq o,  ictimai  təkrar istehsalın  bütün  sahəsinə şamil 

edilir və pul fondlarının bütün hərəkət prosesini əhatə edir. 

Maliyyə nəzarətinin təşkilinin konkret formaları və metodları iqtisadi kateqoriya kimi 

maliyyəyə  obyektiv  surətdə  aid  olan  nəzarət  xüsusiyyətlərinin  praktiki  təcəssümündən 

ibarətdir.  Dövlətin  maliyyə  sistemi  bütün  nov  pul  fondlarını  əhatə  etdiyinə  görə  maliyyə 

nəzarəti də çoxsəviyyəli və hərtərəflidir.  

Maliyyə  nəzarəti  istər  dövlətin  və  onun  idarələrinin,  istərsə  də  bütün  digər  iqtisadi 

subyektlərin  mənafe  və  hüquqlarını  təmin  etməyə  yönəldilmişdir.  Məlumdur  ki,  maliyyə 

pozuntuları sanksiya və cərimələr tətbiq etməyi tələb edir. 

Dövlət  maliyyə  nəzarəti  –  dövlətin  maliyyə  siyasətini  reallaşdırmağa,  maliyyə 

sabitliyi üçün şərait yaratmağa yönəldilmışdir. Bu hər şeydən əvvəl bütün səviyyələrdən olan 

büdcələrin  və  büdcədənkənar  fondların  tərtibi,  baxılması,  icrası,  dövlət  müəsiləri,  idarələri, 

banklar  və  maliyyə  korporasiyalarının  maliyyə  fəaliyyətinə  nəzarət  deməkdir.  Dövlət 

tərəfindən  iqtisadiyyatın  qeyri-dövlət  sektoruna  nəzarəti  onların  yalnız  vergi  və  digər 

məcburi tədiyələr daxil olmaqla dövlət qarşısında pul öhdəliklərini yerinə yetirmək dairəsini, 

onlara  ayrılmış  büdcə  yardımlarının,  kreditlərinin  xərclənməsində  qanunçuluğun, 

məqsədyönlülüyünün gözlənilməsində, habelə pul hesablaşmalarının təşkilində, uçot hesabat 

işlərinin aparılmasında dövlət qaydalarına əməl edilməsini təşkil edir. 




 

4

Müəssisələrin  fəaliyyətinə  maliyyə  nəzarətinə habelə  kredit  idarələri,  səhmdarlar 



tərəfindən nəzarət və daxili nəzarət də aid edilir.Buraya isə aiddir: pul resurslarının – xüsusi, 

borc  alınmış  və  cəlb  edilmiş  resursların  səmərəliliyinin,həm  də  istifadə  edilməsinin 

məqsədyönlülüyünü 

yoxlamaq, 

faktiki 

maliyyə 


nəticələrinin 

təhlili 


və 

onun 


proqnozlaşdırılan  müqayisəsinin,  investisiya  layihələrinin  nəticələrinin  maliyyə  cəhətdən 

qiymətləndirilməsi, maliyyə hesabatlarının düzgünlüyünə, həqiqiliyinə, maliyyə vəziyyətinə 

və likvidliyinə nəzarət.  

İri 


kommerisya 

strukturlarında 

maliyyə 

meneceri 

kapitalın 

bütün 


investisiyalaşdırılması prosesinə nəzarət edir. Bu post “audit”adlanan proses özündə hər bir 

istehsal  investisiya  fəaliyyəti  mərhələsində  faktiki  maliyyə  nəticələrini,  biznes-planın 

maliyyə  bölməsi  proqnozları  ilə  müqayisıəsini,  onların  uyğunsuzluğunun  təhlili  və 

səbəblərinin  aradan  qaldırılmasını,  xərclərin  aşağı  salınması,  maliyyə  proqnozlaşdırılması 

metodlarının  yaxşılaşdırılması yollarının  axtarılmasını əks etdirir. Deməli, maliyyə  nəzarəti 

maliyyəni  idarə  etməyin  mühüm  ünsürüdür.  Bir  qayda  olaraq  inkişaf  etmiş  bazar 

iqtisadiyyatı ölkələrində maliyyə nəzarəti sistemi özündə aşağıdakı ünsürləri təqdim edir:  

-  bilavasitə  parlamentə  və  ya  ölkənin  prezidentinə  tabe  olmaqla  baş  təftiş-auditor 

idarəsi  (hesab  palata).  Bu  idarənin  başlıca  məqsədi dövlət  vəsaitinin  xərclənməsinə  ümümi 

nəzarət etməkdir;  

- vergilərin daxil olmasına nəzarət edən, hökumət və ya Maliyyə Nazirliyinə tabe olan 

vergi idarəsi;   

-  tabe  olan  idarələrdə  yoxlama  və  təftiş  aparan  idarə  tərkibində  olan  nəzarətedici 

strukturlar:  

-  hesabat  sənədlərinin  düzgünlüyünü  və  maliyyə  əməliyyatlarının  qanunçuluğunun 

kommersiya əsasında yoxlanmasını həyata keçirən qeyri-dövlət nəzarət xodməti;  

-  daxili  nəzarət  xidməti.  Onun  əsas  məqsədi  isə  xərcləri  aşağı  salmaq  və  mənfəəti 

çoxaltmaq yollarını axtarmaqdır. 

Doxsanıncı  illərin  əvvəllərində  Azərbaycanda  iqtisadi  və  siyasi  dəyişikliklər  ölkədə 

fəaliyyət  göstərən  maliyyə  nəzarəti  sisteminin  köklü  surətdə  yenidən  qurulmasına  gətirib 

çıxartdı.  Nəzarət  orqanları  sistemi  yenidən  quruldu.  Belə  ki,  xalq  nəzarəti  orqanları  ləğv 



 

5

edildi.  Başda  prezident  olmaqla  yeni  siyasi  hakimiyyət 



sistemi-prezident 

nəzarəti 

meydana gəldi.   

Maliyyə  nəzarətininin  yeni    orqanları:  Respublika  Xəzinədarlığı,  Baş  Dövlət  Vergi 

Müfəttişliyi,  Sığorta  Nəzarəti  orqanları  yarandı.  Azərbaycan  Respublikası  Maliyyə 

Nazirliyinin  strukturu  yenidən  quruldu,  onun  funksiyları  xeyli  dəyişildi.Auditor  nəzarəti 

meydana gəldi. İctimai-maliyyə nəzarəti yeni forma aldı. 

Bank  sisteminin  dövlətsizləşdirilməsi,  kommersiya  banklarının  və  digər  kredit 

təşkilatlarının  meydana  gəlməsi  istər  kommersiya  bankları  tərəfindən  müəssisə-müştərinin 

maliyyə  fəaliyyəti  üzərində,istərsə  də  kommersiya  banklarının  özlərinin  fəaliyyəti  üzərində 

Azərbaycan  Respublikasının  Milli  Bankı  tərəfindən,  habelə  Milli  Bankın  öz  fəaliyyəti 

üzərində qanunvericilik orqanları tərəfindən, maliyyə nəzarətinin yeni metodlarının meydana 

gəlməsinə səbəb oldu. 

Bazar  iqtisadiyyatına  keçid  şəraitində  Azərbaycanda  maliyyə  nəzarətinin  inkişafında 

yeni  meyllər  və  formalar  meydana  gəldi.  Əgər  planlı  bölgü  sistemində  dövlət  hakimiyyət 

orqanları və idarələri, SSRİ  Dövlət Bankı  şöbələri  və  xüsusi yaradılmış  nəzarət  strukturları 

tərəfindən  bütün  iqtisadi  subyektlərin  pul  fondlarının  hərəkətinə  dövlət  maliyyə  nəzarəti 

üstünlük  təşkil  edirdisə,bazar  iqtisadiyyatına  keçid  şəraitində  isə  nəzarətin  məzmunu  və 

metodları ciddi dəyişikliyə məruz qalır. Bu da dövlətin iqtisadiyyatda rolunun dəyişdirilməsi 

ilə əlaqədardır.  

Dövlət  maliyyə  nəzarətinin  dairəsi  getdikcə  məhdudlaşır.  Ümumi  daxili  məhsulun 

hərəkətinin  dəyər  nisbətinə,  pul kütləsinə,  dövlətin sərəncamına  daxil olan  pul vəsaitlərinin 

formalaşması  və  istifadəsinə  nəzarət  də  daxil  olmaqla  o,  getdikcə  daha  çox  makroiqtisadi 

proseslər dairəsində təmərküzləşmiş olur. Bununla yanaşı auditor və sığorta firmaları, kreidt 

təşkilatları və.s tərəfindən qeyri-dövlət maliyyə nəzarətinin fəaliyyət dairəsi xeyli genişlənir, 

onun forması və məzmunu dəyişir. 

Sonrakı nəzarətdən qabaqcadan (ilkin) nəzarət doöru keçiddə müəyyən dəyişiklik baş 

verir.  Azərbaycanda  demokratiyanın  və  parlamentizmin  inkişafı,  Milli  məclisin 

deputatlarının peşəkarlıqlarının artması, icra hakimiyyətinin maliyyə fəaliyyətinə daha ciddi 

nəzarət  etməyə,  dövlət  büdcəsi  layihəsi  və  büdcədənkənar  fondların  təsdiqi  zamanı 

vəsaitlərin məqsədyönlü  və  iqtisadi  cəhətdən səmərəli  istifadə  edilməsinin daha  dərin  təhlil 



 

6

edilməsinə  gətirib  çıxarır.  Buna  həm  də  səlahiyyətli  hakimiyyət  və  xüsusi  nəzarət 



orqanlarının  yaradılması  da  kömək  edir.  Ayrı-ayrı  təsərrüfatçılıq  subyekti  səviyyəsində 

xüsusi  məsləhətçi  firmaları,  investisiya  banklarının,  maliyyə  qurumlarını  cəlb  etməklə 

investisiya layihələrinin maliyyə yoxlamalarına diqqəti daha da gücləndirir. 

Maliyyə  nəzarətinini  həyata  keçirilməsində  ölkədə  mühasibat,  büdcə  və  vergi 

uçotunun  beynəlxalq  standartlara  uygun  təşkili  mühüm  rol  oynayar.  Hesabat  sənədləri 

maliyyə nəzarətinin başlıca obyekti hesab olunur. 

Maliyyə nəzarətinin gələcək inkişafı, onun səmərəliliyi xeyli dərəcədə yeni konseptual 

və  qanunvericilik  bazasının  yaradılmasından  asılıdır.Onlar  nəzarəti  demokratik  dövlətə  aid 

olan keyfiyyətcə yeni səviyyədə keçirməyi təmin edir. 

Qeyd  olunanlar  göstərir  ki,  Azərbaycanda  maliyyə  nəzarəti  və  audit  təşkili 

problemləri mövzusunun aktualdır. 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin