Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi


Maliyyə nəzarəti qarışıq elmlər sistemində



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
eliyev hikmet

 

Maliyyə nəzarəti qarışıq elmlər sistemində 

Nəzarət  və  mühasibat  uçotu.  Maliyyə  nəzaərti  və  mühasibat  uçotunun  münasibəti 

məsələsi xüsusi diqqət tələb edən məsələlərdəndir, ona görə ki, mühasibat uçotu nəzəriyyəsi 

maliyyə nəzarəti nəzəriyyəsində nisbətən zəngin ədəbiyyata malik və möhkəm ənənəsi  olan 

sahədir. Bəzi iqtisadçılar maliyyə nəzarətini mühasibat uçotundan ayırmağın doğru olduğunu 

inkar  edir.  Bu  zaman  belə  bir  arqument  irəli  sürürlər  ki,  mühasibat  uçotu  ilə  maliyyə 

nəzarətinin  predmeti  eynidir  (yəni  təkrar  istehsal  prosesində  müəssisə  ilə  təşkilatların 

vəziyyəti və onların istifadə etdiyi vasitələr eynidir). 

Y.V.Sokolov  yazır:  Bir  xeyli  fikirləşdikdən  sonra  belə  bir  nəticəyə  gəlmək  olar  ki, 

uçot  nəzarətə  ehtiyacdan  irəli  gəlir;  indi  isə  əksinə,  hesab  olunur  ki,  nəzarət  mühasibat 

uçotunun funksiyalarından biridir. Lakin tarixən uçot-nəzarətin balansıdır... 

Mühasibat  uçotu  idarəetmənin  müxtəlif  funksiyasını  (o  cümlədən  nəzarəti)  yerinə 

yetirmək üçün əsas informasiya mənbəyidir. Eyni zamanda uçot prosesində maddi əmək və 

mali resurslardan rasional istifadə və mülkiyyətin qorunması prosesi həyata keçirilir. Nəzarət 

funksiyası  mühasibat  uçotu  vasitəsilə  onun  bütün  metodlarının  elementlərindən  istifadə 

edilərək yerinə yetirilir: sənədləşdirmə, inventarlaşdırma, qiymət və kalkulyasiya hesablama 

sistemi və  ikiqat qeydə alma, balans və hesabat.  Mühasibat  uçotunun  bütün  vacib cəhətləri 



 

25 


ilə  yanaşı-özünənəzarət,  cari  və  gələcəkdə  ediləcəklər- maliyyə nəzarəti və reviziyaların 

təşkili  metodologiyasının  hazırlanması  və  nəzəri  cəhətdən  əsaslandırılması  mühasibat 

uçotundan kənarda qalır. 

S.P.Openişev  və  V.A.Jukov  hesab  edirlər  ki,  mühasibat  uçotunun  nəzarət  funksiyası 

anlayışını  maliyyə  nəzarəti  anlayışı  ilə  eyniləşdirmək  olmaz, belə  ki,  predmet  və  hadisənin 

daxili  mahiyyəti  ilə  ondan  praktikada  istifadə  olunması  arasında  bərabərlik  işarəsi  qoymaq 

olmaz. Əgər mühasibat uçotu ona obyektə xas olan xüsusiyyətlərə malik olmasaydı – nəzarət 

funksiyasına, onda dövlət  uçordan nəzarət vasitəsi kimi istifadə edə bilməzdi. 

Maliyyə  nəzarətindən  dövlət  tərəfindən  mühasibat  uçotunun  nəzarəti  funksiyasını, 

maliyyə, kredit təsərrüfat hesabı və iqtisadiyyatın digər kayeqoriyalarından istifadə etməyin 

nəticəsi kimi özünü göstərir (çıxış edir). 

Mühasibat  uçotunun  aparılması  maliyyə  nəzarətini  aparan  orqanlar  tərəfindən  daima 

nəzarət obyektinə çevrilməlidir. Onun təsir dairəsinə həmçinin plan göstəricilərinin gərginlik 

dərəcəsi  və  əsaslandırılmasının  öyrənilməsi  və  istehsalat  xərclərinin  normativləri  daxili 

təsərrüfat ehtiyatlarının aşkar edilməsi də daxildir. 

Şübhəsiz  ki,  maliyyə  nəzarətinin  məqsəd  və  əvəzifələri  çox  hallarda  mühasibat 

uçotunun  məqsəd  və  vəzifələri  ilə  ümumi  cəhətlərə  malikdir.  Çünki,  onların  obyekti 

vahiddir; müəssisə və birliklərin maliyyə-təsərrüfat fəaliyyəti. 

Fərq  bu  iqtisadi  birliklərin  elm  sahələrinin  məqsədlərinin  istiqamətlənməsindədir. 

Maliyyə  nəzarət  və  təftişinin  başlıca  istiqaməti  təsərrüfat  proseslərinin  və  əməliyyatlarının 

qanunçuluq 

baxımından, 

məlumatların 

doğruluğu, 

təsərrüfat 

baxımından 

məqsədəuyğunluğu, mülkiyyətin qorunmasına təminat, maliyyə vəsaitindən effektiv istifadə 

olunmasını öyrənməkdən ibarətdir. 

Xüsusi elm sistemi kimi, maliyyə nəzarəti xalq təsərrüfatı sahəsində mühasibat uçotu 

zəmnində  yaranmışdır.  Lakin,  nəzarət  sahəsində  müəssisələrin  birlik  və  sahələrin  iqtisadi 

fəaliyyətləri sahəsində əldə edilmiş nailiyyətləri mənimsəyərək sintez etmiş maliyyə nəzarəti 

öz  tədqiqat  predmeti,  metod  və  xüsusi  metodologiyası  kimi  priyomu  ilə  ayrıca  elm  sahəsi 

kimi özünü göstərir. Maliyyə nəzarəti öz məqsədlərinə yalnız özünə məxsus vasitələrlə çatır. 

O,  uçot  məlumatlarından,  iqtisadi  analiz  priyomlarından  istifadə  edir  (bununla  da 

kifayətlənmir). Məsələn, öz yoxlama, sonrakı faktiki nəzarət zamanlar uçot məlumatlarından 



 

26 


və  mühasibat  uçotundan  kənara  çıxan  mənbələrdən  də  istifadə  olunur  (məntiqi 

nəzarət proqramı, təkrar hesab qarşılaşdırma ilə yoxlama). 

Mühasibat uçotu əmtəə-material dəyərlər və pul vəsaitinin dövriyyəsi ilə əlaqədar olan 

bütün təsərrüfat əməliyyatlarının fasiləsiz bütün və sənədli qeydiyyatı əsasında qurulmuşdur. 

Maliyyə nəzarəti mühasibat uçotundan fərqli olaraq tez-tez (çox zaman) tam olmayan 

məlumatlara  (analiz  alınan  məlumatlara)  yaxud  bir  dəfə  yoxlayış  aparmaqla  (yoxlama 

ölçüləri, ekspert dəyərləri və s.) edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

27 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin