Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Magistratura Tədris Mərkəzi


Fəsil III. Azərbaycanda maliyyə nəzarəti və auditin   təkmilləşdirilməsi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix25.01.2022
ölçüsü0,71 Mb.
#51574
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
eliyev hikmet

Fəsil III. Azərbaycanda maliyyə nəzarəti və auditin   təkmilləşdirilməsi    

                istiqamətləri. 

3.1. Dövlət maliyyə nəzarəti və auditin yaxşılaşdırılması yolları. 

Ölkədə  xəzinədarlıq  sisteminə  keçid  artıq  öz  müsbət  nəticələrini  göstərmişdir.  Qeyd 

etmək  lazımdır ki, Maliyyə  Nazirliyi əsas xüsusi fondların, xüsusilə  Dövlət Sosial Müdafiə 

Fondunun  apardığı  əməliyyatlar  haqqında  çox  məhdud  informasiyaya  malik  idi. 

Büdcədənkənar fondların xəzinədarlıq sistemi vasitəsilə  icrasının  tətbiq  edilməsindən sonra 

həmin  vəsaitlərin  yığılması  və  təyinatına  xərclənməsinə  nəzarət  güclənmiş,  ümumiyyətlə 

dövlət maliyyəsinin idarə edilməsinin səmərəliliyini artırmışdır. 

Ölkəmizdə  maliyyə  bazarının  tərkib  hissəsi  olan  kreditlər  bazarı  artıq  müəyyən 

inkişafa  nail  olmuşdur.  İqtisadi  artımı  təmin  etmək  üçün  kommersiya  banklarının 

iqtisadiyyatın real sektoruna kredit qoyuluşunun aktivliyini artırmaq, faiz dərəcələrinin aşağı 

salınması  istiqamətində  Milli  Bank  tərəfindən  tədbirlərin  həyata  keçirilməsi  istiqamətində 

Milli  Bank  tərəfindən  tədbirlərin  həyata  keçirilməsi  istiqamətində  işləri  genişləndirmək 

gələcəkdə öz nəticəsini göstərəcəkdir. 

Dövlət  xərclərinin  idarə  edilməsinin  təkmilləşdirilməsi  yollarından  biri  kimi  dövlət 

büdcəsinin  bütün  xərcləri  üzrə  xərcləri  üzrə  xərc  normativlərinin  işlənib  hazırlanması  və 

mövcud normativlərin təkmilləşdirilməsi həyata keçirilməlidir. 

Dövlət  xərclərinin  səmərəliliyini  artırmaq  üçün  büdcədən  maliyyələşən  təşkilatlar  öz 

məsuliyyətlərini artırmalı, sərəncamlarında olan vəsaitlərdən istifadədə qənaət rejiminə əməl 

etməli və artıq xərclərə yol verməməlidirlər. 

Məlum  olduğu  kimi  maliyyənin  əsas  funksiyasıdır.  Nəzarət  olmadan  mütərəqqi 

maliyyə sistemi qurmaq mümkün deyil. 

Buna  görə  də,  maliyyə  nəzarətinin  hər  üç  mərhələsində,  əvvəlcədən  nəzarət,  cari 

nəzarət, sonradan nəzarət mərhələlərində nəzarət mexanizmi daim təkmilləşdirilməlidir. 

Sosial  iqtisadi  proseslərin  inkişaf  etdiyi  bir  zamanda  Maliyyənin  idarə  edilməsində, 

xüsusən  bazar  iqtisadiyyatı  münasibətləri  şəraitində  Dövlət  Maliyyə  nəzarətini  həyata 

keçirmək  əsas  şərtlərdən  biridir.  Azərbaycan  Respublikasında,  yeni  dövlət  idarəetmə 

strukturlarının  yaranması  ilə  əlaqədar  olaraq,  maliyyə  nəzarətinin  tamamilə  yenidən 

qurulması  və  gücləndiriliməsi  üzrə  tədbirlərin  işlənib  hazırlanması  əsas  məsələlərdən  biri 




 

50 


hesab edilir. Hazırda dövlət maliyyə nəzarəti  respublika  qanunverici  və  icra  orqanlar, 

maliyyə  və  vergi  orqanları  və  digər  dövlət  idarəetmə  orqanları  tərəfindən  həyata  keçirilir. 

Bazar  iqtisadiyyatına  keçid  dövründə  maliyyə  nəzarətinin  dövlət  maliyyəsinin  idarə 

olunmasında rolu daha da artır. 

Bu  baxımdan  Azərbaycan  Respublikasının  Prezidenti,  Azərbaycan  Respublikası 

Maliyyə  Nazirliyinin  fəaliyyətinin  təkmilləşdirilməsi  tədbirləri  haqqında  9  fevral  2009-cu 

ildə  fərmanını  xüsusi  qeyd  etmək  lazımdır.  Həmin  Fərman  ilə  dövlət  büdcəsinin  və  dövlət 

borcunun  idarə  edilməsi,  dövlət  maliyyə  sahəsində  dövlət  nəzarətinin  və  tənzimlənməsinin 

müasir tələblərə uyğun təşkil etmək məqsədilə Maliyyə Nazirliyinin yeni strukturunu təsdiq 

etmişdir.  Maliyyə  Nazirliyinin  maliyyə  nəzarəti  şöbəsinin  bazasında,  Azərbaycan 

Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti xidməti yaradılmış və onun yeni 

əsasnaməsi təsdiq edilmişdir. 

Əsasnaməyə  əsasən  Maliyyə  Nazirliyinin  Dövlət  Maliyyə  Nəzarəti  xidmətinin 

fəaliyyət istiqamətləri, xidmətin hüquq və vəzifələri müəyyən edilmişdir. 

Bunlar aşağıdakılardan ibarətdir: 


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin