Nəticə
72
İstifadə olunan ədəbiyyatlar
77
3
G İ R İ Ş
Mövzunun aktuallığı. Maliyyə nəzarəti – bütün səviyyələrdə qanunvericilik və
icraedici hakimiyyət orqanlarının və habelə xüsusi yaradılmış idarələrin müəyyən metod
tətbiq etməklə bütün iqtisadi subyektlərin (dövlətin, müəssisənin, idarələrin, təşkilatların)
maliyyə fəaliyyətinə nəzarət etmək deməkdir. O,özundə pul vəsaitləri fondlarının
formalaşması və istifadəsi prosesində maliyyə-təsərrüfat qanunvericiliyinə əməl edilməsinə
nəzarəti, maliyyə-təsərrüfat əməliyyatlarının iqtisadi səmərəliliyini və cəkilən xərclərin
məqsədəuyğunluğunun qiymətləndirilməsini birləşdirir.
Maliyyə nəzarəti - dəyər nəzarətidir. Buna görə də başqa nəzarət formalarından
(ekoloji, sanitar, inzibati və.s) fərqli olaraq o, ictimai təkrar istehsalın bütün sahəsinə şamil
edilir və pul fondlarının bütün hərəkət prosesini əhatə edir.
Maliyyə nəzarətinin təşkilinin konkret formaları və metodları iqtisadi kateqoriya kimi
maliyyəyə obyektiv surətdə aid olan nəzarət xüsusiyyətlərinin praktiki təcəssümündən
ibarətdir. Dövlətin maliyyə sistemi bütün nov pul fondlarını əhatə etdiyinə görə maliyyə
nəzarəti də çoxsəviyyəli və hərtərəflidir.
Maliyyə nəzarəti istər dövlətin və onun idarələrinin, istərsə də bütün digər iqtisadi
subyektlərin mənafe və hüquqlarını təmin etməyə yönəldilmişdir. Məlumdur ki, maliyyə
pozuntuları sanksiya və cərimələr tətbiq etməyi tələb edir.
Dövlət maliyyə nəzarəti – dövlətin maliyyə siyasətini reallaşdırmağa, maliyyə
sabitliyi üçün şərait yaratmağa yönəldilmışdir. Bu hər şeydən əvvəl bütün səviyyələrdən olan
büdcələrin və büdcədənkənar fondların tərtibi, baxılması, icrası, dövlət müəsiləri, idarələri,
banklar və maliyyə korporasiyalarının maliyyə fəaliyyətinə nəzarət deməkdir. Dövlət
tərəfindən iqtisadiyyatın qeyri-dövlət sektoruna nəzarəti onların yalnız vergi və digər
məcburi tədiyələr daxil olmaqla dövlət qarşısında pul öhdəliklərini yerinə yetirmək dairəsini,
onlara ayrılmış büdcə yardımlarının, kreditlərinin xərclənməsində qanunçuluğun,
məqsədyönlülüyünün gözlənilməsində, habelə pul hesablaşmalarının təşkilində, uçot hesabat
işlərinin aparılmasında dövlət qaydalarına əməl edilməsini təşkil edir.
4
Müəssisələrin fəaliyyətinə maliyyə nəzarətinə habelə kredit idarələri, səhmdarlar
tərəfindən nəzarət və daxili nəzarət də aid edilir.Buraya isə aiddir: pul resurslarının – xüsusi,
borc alınmış və cəlb edilmiş resursların səmərəliliyinin,həm də istifadə edilməsinin
məqsədyönlülüyünü
yoxlamaq,
faktiki
maliyyə
nəticələrinin
təhlili
və
onun
proqnozlaşdırılan müqayisəsinin, investisiya layihələrinin nəticələrinin maliyyə cəhətdən
qiymətləndirilməsi, maliyyə hesabatlarının düzgünlüyünə, həqiqiliyinə, maliyyə vəziyyətinə
və likvidliyinə nəzarət.
İri
kommerisya
strukturlarında
maliyyə
meneceri
kapitalın
bütün
investisiyalaşdırılması prosesinə nəzarət edir. Bu post “audit”adlanan proses özündə hər bir
istehsal investisiya fəaliyyəti mərhələsində faktiki maliyyə nəticələrini, biznes-planın
maliyyə bölməsi proqnozları ilə müqayisıəsini, onların uyğunsuzluğunun təhlili və
səbəblərinin aradan qaldırılmasını, xərclərin aşağı salınması, maliyyə proqnozlaşdırılması
metodlarının yaxşılaşdırılması yollarının axtarılmasını əks etdirir. Deməli, maliyyə nəzarəti
maliyyəni idarə etməyin mühüm ünsürüdür. Bir qayda olaraq inkişaf etmiş bazar
iqtisadiyyatı ölkələrində maliyyə nəzarəti sistemi özündə aşağıdakı ünsürləri təqdim edir:
- bilavasitə parlamentə və ya ölkənin prezidentinə tabe olmaqla baş təftiş-auditor
idarəsi (hesab palata). Bu idarənin başlıca məqsədi dövlət vəsaitinin xərclənməsinə ümümi
nəzarət etməkdir;
- vergilərin daxil olmasına nəzarət edən, hökumət və ya Maliyyə Nazirliyinə tabe olan
vergi idarəsi;
- tabe olan idarələrdə yoxlama və təftiş aparan idarə tərkibində olan nəzarətedici
strukturlar:
- hesabat sənədlərinin düzgünlüyünü və maliyyə əməliyyatlarının qanunçuluğunun
kommersiya əsasında yoxlanmasını həyata keçirən qeyri-dövlət nəzarət xodməti;
- daxili nəzarət xidməti. Onun əsas məqsədi isə xərcləri aşağı salmaq və mənfəəti
çoxaltmaq yollarını axtarmaqdır.
Doxsanıncı illərin əvvəllərində Azərbaycanda iqtisadi və siyasi dəyişikliklər ölkədə
fəaliyyət göstərən maliyyə nəzarəti sisteminin köklü surətdə yenidən qurulmasına gətirib
çıxartdı. Nəzarət orqanları sistemi yenidən quruldu. Belə ki, xalq nəzarəti orqanları ləğv
5
edildi. Başda prezident olmaqla yeni siyasi hakimiyyət
sistemi-prezident
nəzarəti
meydana gəldi.
Maliyyə nəzarətininin yeni orqanları: Respublika Xəzinədarlığı, Baş Dövlət Vergi
Müfəttişliyi, Sığorta Nəzarəti orqanları yarandı. Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin strukturu yenidən quruldu, onun funksiyları xeyli dəyişildi.Auditor nəzarəti
meydana gəldi. İctimai-maliyyə nəzarəti yeni forma aldı.
Bank sisteminin dövlətsizləşdirilməsi, kommersiya banklarının və digər kredit
təşkilatlarının meydana gəlməsi istər kommersiya bankları tərəfindən müəssisə-müştərinin
maliyyə fəaliyyəti üzərində,istərsə də kommersiya banklarının özlərinin fəaliyyəti üzərində
Azərbaycan Respublikasının Milli Bankı tərəfindən, habelə Milli Bankın öz fəaliyyəti
üzərində qanunvericilik orqanları tərəfindən, maliyyə nəzarətinin yeni metodlarının meydana
gəlməsinə səbəb oldu.
Bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanda maliyyə nəzarətinin inkişafında
yeni meyllər və formalar meydana gəldi. Əgər planlı bölgü sistemində dövlət hakimiyyət
orqanları və idarələri, SSRİ Dövlət Bankı şöbələri və xüsusi yaradılmış nəzarət strukturları
tərəfindən bütün iqtisadi subyektlərin pul fondlarının hərəkətinə dövlət maliyyə nəzarəti
üstünlük təşkil edirdisə,bazar iqtisadiyyatına keçid şəraitində isə nəzarətin məzmunu və
metodları ciddi dəyişikliyə məruz qalır. Bu da dövlətin iqtisadiyyatda rolunun dəyişdirilməsi
ilə əlaqədardır.
Dövlət maliyyə nəzarətinin dairəsi getdikcə məhdudlaşır. Ümumi daxili məhsulun
hərəkətinin dəyər nisbətinə, pul kütləsinə, dövlətin sərəncamına daxil olan pul vəsaitlərinin
formalaşması və istifadəsinə nəzarət də daxil olmaqla o, getdikcə daha çox makroiqtisadi
proseslər dairəsində təmərküzləşmiş olur. Bununla yanaşı auditor və sığorta firmaları, kreidt
təşkilatları və.s tərəfindən qeyri-dövlət maliyyə nəzarətinin fəaliyyət dairəsi xeyli genişlənir,
onun forması və məzmunu dəyişir.
Sonrakı nəzarətdən qabaqcadan (ilkin) nəzarət doöru keçiddə müəyyən dəyişiklik baş
verir. Azərbaycanda demokratiyanın və parlamentizmin inkişafı, Milli məclisin
deputatlarının peşəkarlıqlarının artması, icra hakimiyyətinin maliyyə fəaliyyətinə daha ciddi
nəzarət etməyə, dövlət büdcəsi layihəsi və büdcədənkənar fondların təsdiqi zamanı
vəsaitlərin məqsədyönlü və iqtisadi cəhətdən səmərəli istifadə edilməsinin daha dərin təhlil
6
edilməsinə gətirib çıxarır. Buna həm də səlahiyyətli hakimiyyət və xüsusi nəzarət
orqanlarının yaradılması da kömək edir. Ayrı-ayrı təsərrüfatçılıq subyekti səviyyəsində
xüsusi məsləhətçi firmaları, investisiya banklarının, maliyyə qurumlarını cəlb etməklə
investisiya layihələrinin maliyyə yoxlamalarına diqqəti daha da gücləndirir.
Maliyyə nəzarətinini həyata keçirilməsində ölkədə mühasibat, büdcə və vergi
uçotunun beynəlxalq standartlara uygun təşkili mühüm rol oynayar. Hesabat sənədləri
maliyyə nəzarətinin başlıca obyekti hesab olunur.
Maliyyə nəzarətinin gələcək inkişafı, onun səmərəliliyi xeyli dərəcədə yeni konseptual
və qanunvericilik bazasının yaradılmasından asılıdır.Onlar nəzarəti demokratik dövlətə aid
olan keyfiyyətcə yeni səviyyədə keçirməyi təmin edir.
Qeyd olunanlar göstərir ki, Azərbaycanda maliyyə nəzarəti və audit təşkili
problemləri mövzusunun aktualdır.
Dostları ilə paylaş: |