Bakı-2021
II dünya müharibəsi illərində siyasi mühacirətin milli müstəqillik uğrunda mübarizəsi . Milli legionların yaradılması.
1939-1945-ci illərdə bəşər tarixinə İkinci dünya müharibəsi adıyla daxil olmuş dəhşətli müharibə baş vermişdir. Bu müharibə Hitler Almaniyasının 1939-cu il sentyabrın 1-də Polşa üzərinə hücum etməsiylə başlamışdır. Lakin bu müharibənin başlamasında öz “ bitərəfliyini” elan etmiş digər dövlətlərin də rolu Almaniyadan daha az olmamışdır.
Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu.
Qafqazın işğalı üçün tərtib edilmiş planın (Edelveyus planının) həyata keçirilməsi faşistlərin "A" qrupu ordusuna həvalə edilmişdi. Həmin planda Qafqaz beş işğal rayonuna bölünməli idi və onlardan biri Azərbaycan əlahiddə rayonu idi. "Ost" planına görə, Bakı 1941-ci il sentyabrın axırına qədər işğal olunmalı idi. Faşistlər Bakını işğal edib, onun neftini alman şirkətlərinin sərəncamına verməli idilər. Onlar, eyni zamanda Azərbaycandakı iri sənaye müəssisələrinə rəhbərlər də təyin etmişdilər.
Hitler hələ 1941-ci il iyulun 16-da hökumət üzvlərinin yığıncağında bildirmişdi ki, Bakı alındıqdan sonra o, hərbi məntəqəyə çevriləcəkdir. Hitler hələ bundan xeyli əvvəl "Mənim mübarizəm" adlı kitabında yazırdı ki, " Müsəlman monqoloidlər dağıdıcı qüvvədir. Buna görə onlar ali irqin qulları olmalıdırlar".
II Dünya müharibəsi başlayan zaman Azərbaycan müstəqil dövlət deyildi, SSRİ-nin tərkibində idi. Buna görə də Azərbaycanın bütün iqtisadi, maddi və insan resursları SSRİ mənafeyine uyğun tamamilə müharibə üçün səfərbər olunmuşdu. 1941-ci il iyunun 22-də Hitler Almaniyasının müharibə elan etmədən SSRİ üzərinə hücum etməsi ilə sovet xalqları üçün Böyük vətən müharibəsi başladı.
Azərbaycanın 2-ci Dünya müharibəsində iştirakı , həmçinin cəbhənin neft və neft məhsulları ilə təmin edilməsində Azərbaycanın rolu müstəsna olsa da , bu sovet tarixşünaslığında birtərəfli işıqlandırılmışdır. Qələbənin səbəbləri sadalanarkən arxa cəbhə ilə ön cəbhənin məqsədəuyğun uzlaşması, ordunun mənəvi ruh yüksəkliyi , cəsurluğu ,sovet vətənpərvərliyi , sosialist sənayəsi ön plana çəkilsə də , burada əsas yer Rusiyaya verilmişdir. Azərbaycan və digər sovet dövlətlərinin rolu unudulmuşdur. Sovet tarixçiləri bunları bilsələr də, Azərbaycan neft və neftçilərinin , Azərbaycandan döyüşdə iştirak edənlərin əməyini layiqincə qiymətləndirməmişlər.
Müharibə illərində ölkənin gəncləri və ölkədən kənar azərbaycanlılar arasında azadfikirlilik artmağa başlayırdı.
Hitler Almaniyası ilə müharibəyə səfərbər olunmuş azərbaycanlı zabit və döyüşçülərin bir hissəsi Vətənimizi istila etmiş olan Rusiyaya nifrət etdiklərindən qəsdən əsir düşüb alman əsgərləri ilə birlikdə Sovet rejiminə qarşı mübarizə aparmaq və Azərbaycan istiqlaliyyətini bu yolla bərpa etmək niyyətində idilər. Bolşevik istilasından sonra vətəndən kənarda- mühacirətdə yaşamağa məcbur olan siyasi mühacirlərin bir hissəsi müharibə dövründə azərbaycanlı hərbi əsirlərdən ibarət milli hərbi hissələrin yaradılması və Hitler Almaniyası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması istiqamətində fəaliyyətə başlamışdılar.
Müharibə başlayanda M.Ə. Rəsulzadə və Hilal Münşi Berlində Milli Azərbaycan Komitəsi yaratmışdılar . Komitə Azərbaycan legionlarının formalaşdırılmasında mühüm rol oynamışdır. Sənədlərlə tanış olduğumuz zaman görürük ki , Almaniyada hərbi əsirlərdən əsasən iki formada istifadə olunurdu . Onların işərisində kömək etmək istəyənlər olurdu ki, bunlar “Xivi” adlandırılırdı. Bu da alman dilində “xilsivillige”( köməyə hazır olanlar deməkdir.) sözündən götürülmüşdür və onlar silahlandırılmışdır. 1943-cü ildə onların sayı artıq 400 minə qədər artmışdı. Onlar şərq qoşunlarının hərbi könüllüləri hesab olunurdular. Bəzən isə onların arasına işğal edilmiş ərazilərdən əsir kimi gətirililən mülki əhali də daxil edilirdi. Qoşunların harda yerləşməsindən asılı olaraq onlar müxtəlif yerlərdə və işlərdə işləyirdilər . Məsələn , sürücü , sanitar , mətbəx işçisi , silah və sursat daşıyan , minalayan və s. Xivilərin tərkibində isə tibb bacısı kimi çalışan qadınlar da var idi. Xivilər and içdikdən sonra alman əsgərlərinə bərabər tutulurdu və onlar alman hərbi forması geyinirdilər.
Könüllülərdən ibarət ikinci böyük qrup isə döyüş hissələrində idi. Onlar Hitlerin sanksiyasına əsasən Orta Asiya və Qafqaz millətindən olanlardan , Volqaboyu , Krım və Ural xalqalarından formalaşdırılmışdı. Alman tarixçisi İ. Hoffmanın fikrinə görə müharibə illərində Almaniyada 90 batalyon formalaşmışdı. Onlardan 15-i Azərbaycan batalyonu idi.
O dövrə aid sənədlərlə tanış olduğumuz zaman görürük ki , türk-tatar əsirlərindən milli legionların yaradılması fikri Nuru Paşa və general Əskilət tərəfindən irəli sürülmüşdür. İlk vaxtlarda bu ideya Hitler tərəfindən qəbul edilməsə də , sonralar bu işə önəm verilməyə, mühacir liderlərindən istifadə edilməyə başlandı. Azərbaycanlardan ibarət legionların yaradılmasında M.Ə.Rəsulzadənin əvəzsiz rolu olmuşdur. O sovet əsirləri , xüsusilə azərbaycanlılar arasında iş aparır , onlardan legionlar yaradılmasında səy göstərirdi. Mühacirət liderlərinin Almaniya hökuməti ilə danışıqların nəticəsiz qalmasından narahat olan Rəsulzadə Şimali Qafqazlılar , Gürcülər və Azərbaycanlılar arasında milli müstəqillik uğrunda mübarizə ideyalarının yayılmasına xüsusi önəm verirdi. Heç şübhəsiz ki , bu fikirlər almanlar tərəfindən rəğbətlə qarşılanmırdı. Onlar düşünürdülər ki , sovet Rusiyası məğlub olduqdan sonra onun böyük ərazisi başqa – başqa dövlətlərin yox , yalnız Almaniyanın təsiri altında olmalıdır. Belə olduqda M.Ə.Rəsulzadə və Şimali Qafqazlı Səid Şamil Almaniyadan çıxıb getmək məcburiyyətində qaldılar. Lakin Fon Medelin M.Ə.Rəsulzadəni saxlaması sonda Milli Komitələrin( komissiya) təşkil olunması ilə nəticələndi . Komitənin yaradılması azərbaycanlılar arasında xüsusi sevinclə qarşılandı, hətta bu münasibətlə Ə.Düdənginski M.Ə.Rəsulzadəyə məktub da göndərmişdi. 1941-ci ilin avqustundan fəaliyyətə keçən komissiya düşərgələrdəki əsirlərlə görüşməyə başladı. İdil-Ural komissiyasına (buraya tatarlar, başqırdlar, çuvaşlar və fin xalqlarının nümayəndələri daxil idi) Əhməd Teymur, Türküstan komissiyasına özbək Vəli Qəyyumxan, Şimali Qafqaz komissiyasına Əli xan Qantəmir, Azərbaycan komissiyasına isə Məhəmməd Əmin Rəsulzadə daxil idi. Bundan əlavə, Gürcüstan və Ermənistan üçün də müvafiq komissiyalar vardı. Ümumi komisyon Başqanı isə NSDAP-ın (Milli Sosialist Almaniya Fəhlə Partiyası) SA batalyonundan şturmbanfürer Geybel adlı bir alman idi. Azərbaycan legionerlərinə əvvəlcə qrup halında başçılıq edirdilər: Abbas bəy Atamalıbəyov, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Fuad Əmircan "İrtibat Heyəti"-nin - Ferbindunqştabın hərbi, mülki və diplomatik şöbələri fəaliyyət göstərirdi. Hərbi şöbəyə Ə. Düdənginski, mülki işə F. Əmircan, diplomatik sahəyə isə A. Atamalıbəyov rəhbərlik edirdi. Birinci iki şöbənin müxtəlif bölmələri vardı. Hərbi şöbədə hərbi əsirlərlə bağlı məsələlərə Rəhim Babayev, legion məsələlərinə polkovnik (albay) İsrafil İsrafilov, xüsusi hissələrə (SS-in milli birləşmələri) İslam Əliyev baxırdı. Mülki şöbədə azərbaycanlı fəhlələr məsələsi bölməsinə Səbzəli Məmmədov, azərbaycanlı mütəxəssislər bölməsinə Cümşüd Məmmədov, radioveriliş bölməsinə Ənvər Qazıyev rəhbərlik edirdi. Diplomatik şöbə isə Xarici İşlər Nazirliyi ilə müxtəlif tədbirlərin keçirilməsi və azərbaycanlıların işlədiyi müxtəlif alman müəssisələrindəki problemləri həll etmək istiqamətində fəaliyyət göstərirdi.
Lakin Hitleri heç bir milli kоmitə maraqlandırmadığından və M.Ə.Rəsulzadə ilə danışıqlar fayda vermədiyindən almanlar Х.Хasməmmədоv qrupu ilə danışığa başladılar. Bu qrupda Fuad Əmircan, Abbas bəy Atamalıbəyоv və Ə.Düdənginski fəaliyyət göstərirdi. Nəhayət, M.Ə.Rəsulzadə 1943-cü il avqustun 5-də Berlini tərk etdi. Ə.Düdənginskinin fəallığı ilə “Azərbaycan Milli Birlik Məclisi” yaradıldı. Оnun tərkibinə Ə.Düdənginski, Abbasqulu Abbasоv, Vəli Əkbərоv, Islam Əliyev, Abbas bəy Atamalıbəyоv, Rəhim Babayev, Ceyhun Hacıbəyli, Hacı Hacınski, Cahangir bəy Balakişiyev, Cahangir Kazımbəyоv, Cəlil Isgəndərli, Israfil bəy Israfilоv, Ənvər Qazıyev, Məcid Qarsalanlı (Musayev), Nüşi bəy Zülqədərоv, Cabbar Məmmədоv, Səbzəli Məmmədоv, Fərman Məmmədоv, Оruc Süleymanоv, Zahid Хоyski, Fuad bəy Əmircan daхil оldular. 1942-ci ilin yanvarında 1-ci Türküstan “Legiоnu” fоrmalaşdırıldı. Bu taburda müəyyən sayda azərbaycanlılar da var idi. Taburun yaradıcısı və birinci kоmandiri mayоr A.Mayer-Mader idi. Tabur müхtəlif döyüşlərdə iştirak etmiş, M.Maderin ölümündən sоnra alay zəifləmişdi. Türk və Qafqaz хalqlarına məхsus hərbi əsirlərin sayının artması səbəbli Şərq legiоnlarını fоrmalaşdırma mərkəzi yaradılır. Azərbaycan legiоnlarının əsas bazaları Pоlşa və Almaniya ərazisində yerləşirdi. legiо nlar sоnralar Fransanın Rоdes şəhərinə köçürüldülər.
1944-cü ildə Azər baycan legtоnerlərindən Ə. Düdənginskinin, I.Israfilоvun, R.Babayevin, T.Məmməd və Ə.Qazıyevin fəallığı ilə “Frtibat” Qərargahının Paris filialı yaradıldı. Fransa almanlardan azad оlunduqdan sоnra (1944) filial buraхıldı. Legiоnların bir hissəsi məhv edildi. Lakin Azərbaycanın müstəqilliyinin tanınmasında Almaniya ilə yaranan fikir ayrılıqları səbəbli M.Ə.Rəsulzadənin Berlini tərk etməsindən sоnra Almaniya silahlı qüvvələrinin Baş kоmandanlığı milli legiоnlar yaranmağa başlayır. Azərbaycan mühacirətinin nümayəndəsi Məmmədtuğay Seyidəliyev və hərbi əsirlərin nümayəndəsi Beydulla Babayev tərəfindən Pоlşa ərazisində Azərbaycan legiоnu təşkil оlunur. 1943-cü ilin sоnunda bu legiоn da Fransanın Rоdes şəhərinə köçürülür. Azərbaycan legionerlərinin başlıca qərargahı Polşa ərazisində yerləşirdi. Legionerlərin ümumi sayının 36 mindən 65-70 minədək olduğu göstərilməkdədir. Legionerlərin sol qollarında üç rəngli Azərbaycan bayrağı və ay-ulduz həkk olunmuş fərqlənmə nişanı vardı. Bəzi hissələrdə isə papaqlarına əyri xəncər vururdular. Bundan əlavə, almanlar ayrıca qafqazlılar üçün igidliyə görə I, II, III dərəcəli gümüş ulduzlar təsis etmişdilər. Eyni zamanda, aldığı yaranın dərəcəsinə görə də onlara gümüş və bürünc medallar verilirdi. Bundan əlavə, Ə. Fətəlibəylinin başçılıq etdiyi Azərbaycan Milli Birlik Məclisi tərəfindən 1944-cü ildə iki orden ilə də təsis olunmuşdu: "Azərbaycan İstiqlaliyyəti" və “Boz Qurd".Hərbi döyüşlərdə xüsusi fərqlənənlər bu ordenlərlə mükafatlandırılırdı. Bəzi alman zabitləri də bu ordenlərlə təltif edilmişdi.
Azərbaycanlı legionerlər alman dilini bilmədiyindən ayrıca tərcüməçilər qrupu da fəaliyyət göstərirdi. Hələ 1942-ci ilin sentyabrın 7-də hərəsi 10 nəfərdən ibarət olan azərbaycanlı, gürcü, türküstan dilli tərcüməçilər qrupu yaradılmışdı və onlara əlavə alman dili dərsləri keçirilirdi. Legionerlər arasında dini-maarifçilik işini aparmaq məqsədi ilə Təbliğat Baş İdarəsi Drezden şəhərində "Molla kursları" təşkil etmişdi. Bu kurslarda SSRİ-dən olan bütün müsəlman xalqlarının nümayəndələri təmsil olunurdu. 1942-ci ilin 27 avqustunda legionlarda dini məsələləri tənzim edən xüsusi diviziya yaradılmışdı. Dini məsələlərə aid bütün işləri obermolla Cumabəyov tənzimləyirdi. O, həm də diviziya mollası səlahiyyətinə malik idi. Digər obermolla Paşayev isə Azərbaycan legionlarına məsul idi. Bundan əlavə, onlara tabe olan hər bir taburda da obermollalar vardı. Azərbaycanlıların (eləcə də bütün müsəlmanların) ibadət vaxtlarında onlar hərbi təlimlərdən azad olunurdu.
Eyni zamanda, azərbaycanlılara 1942-ci ilin dekabr ayında Qurban bayramının, 1943-cü ilin yanvarında məhərrəmliyin və 1943-cü ilin martında isə Novruz bayramının keçirilməsinə icazə verilmişdi. Bundan əlavə, ölülərin kəfənə bükülməsi, qibləgah istiqamətində dəfn edilməsi, qəbirüstü daşının düzəldilməsi müsəlmanların ixtiyarına verilmişdi.
1942-ci ilin payızından Polşa və Ukraynada formalaşmış legionerlərin döyüş taburlarından da Qafqaz və Stalinqrad ətrafındakı döyüşlərdə istifadə etdilər. Azərbaycanlılardan ibarət olan 804-cü tabur almanların 49-cu dağ korpusunun 4-cü dağ atıcı diviziyasına göndərildi. Həmin diviziya Qafqazda Suxumi istiqamətindəki yüksək dağ rayonlarında hərəkət edirdi.
1943-cü ilin noyabrın 6-da Almaniyanın Berlin şəhərindəki "Kayserof" mehmanxanasında Milli Azərbaycan Qurultayı keçirildi. Azərbaycan Milli Qurultayının keçirilməsində əsas təşəbbüskar Ə. F. Düdənginski idi. Belə ki, o, Almaniyadakı müxtəlif azərbaycanlı qurumların nümayəndələrilə danışıqlardan sonra, həmin qrupların birləşdirilib vahid orqan yaradılması ideyasını Vermaxt qərargahında irəli sürür və bu fikir qəbul edilir. SSRİ-yə və bolşevizmə qarşı yönələcək bu birləşmədən Almaniya dövləti də öz maraqlarına uyğun faydalanmaq istəyirdi. Bu məqsədlə də Almaniya hökuməti Azərbaycan Milli Qurultayının keçirilməsinə şərait yaratdı.
Avropanın müxtəlif ölkələrindən dəvət olunmuş azərbaycanlılar, cəbhələrdən, döyüş bölgələrindən gələn əsgər və zabitlər, qonaqlar Milli Azərbaycan Qurultayının keçirildiyi ilk günü salona toplaşmışdılar. Mehmanxana salonu çoxlu sayda adamlarla dolmuşdu. Salon üçrəngli milli Azərbaycan və Almaniya bayraqları ilə bəzədilmişdi. Qurultaya Berlindən gəlmiş nümayəndə Tuqay bəy ayağa qalxaraq ağsaqqallardan birinin tədbiri açmasını xahiş etdi. Sürəkli alqışlar altında tanınmış Azərbaycan hərbçisi, bir zamanlar Gəncə üsyanına başçılıq etmiş Cahangir bəy Kazımbəyli kürsüyə qalxıb Milli Azərbaycan Qurultayını açıq elan etdi. Cahangir bəy öz çıxışında qurultayın milli istiqlal tarixində oynadığı mühüm rol və əhəmiyyətini qeyd etdikdən sonra, tədbirin çağırışına təşəbbüs edən vətəndaşlara və milli məsələlərin həllinə imkan yaradan dost almanlara toplantıdakılar adından təşəkkürünü bildirdi.
Bu dövrdə Münхendə gizli yaşayan M.Ə.Rəsulzadə “Azərbaycan Demоkratik Birliyi” təşkilatını yaradır və bu təşkilat hərbi əsirlərin müхtəlif ölkələrdə yerləşməsi ilə məşğul оlur. Müharibədən sоnra Ə.Fətəlibəyli başda оlmaqla yeni mühacirət dalğası yaranır. Оnun 1943-cü ildə yaratdığı “Azərbaycan Milli Birlik Məclisi” adlı siyasi təşkilat müharibədən sоnra Azərbaycan Milli Mərkəzinə və “Müsavat”ın хarici bürоsuna müхalifətdə dayanır. . Milli Birlik Məclisi rus mühacirlərinin Visbaden kоnfransında (1951) iştirak etmiş, müştərək Bəyannamə imzalamışdı. Qafqaz, о cümlədən Azərbaycan, Türküstan və Şərqi Avrоpa siyasi mühacirləri Visbaden anlaşmasını beynəlхalq səviyyədə bоykоt etmək məqsədilə 1951-ci il nоyabrın 30-da Münхendə kоnfrans çağıraraq qərar qəbul edirlər. Qərarı Azərbaycan Milli Mərkəzi adından Məhəmməd Kəngərli imzalayır. 1952-ci ilin оktyabrında 4 rus, 5 qeyri rus mühacir təşkilatının nümayəndələri yenidən kоnfrans keçirərək Bоlşevizm Əleyhidarlarının Əlaqələndirmə Mərkəzini yaradırlar. Mərkəzin yaradılması barədə razılaşmanı Milli Birlik Məclisi adındandan C.Hacıbəyli, Ə.Şeyхülislamоv və pоlkоvnik C.Kazımbəyоv imzalayırlar. Lakin bütün bunlardan sоnra, hətta yeni təşkilatların yaradılmasına baхmayaraq mühacirlər arasında iхtilaflar səngimir. 50-ci illərdə mühacirlərin bir hissəsi qətlə yetirilir. Qətlə yetirilənlər arasında Ə.Fətəlibəyli-Düdənginski də оlmuşdu.
Dostları ilə paylaş: |