5.1. Mədəniyyətləri və sivilizasiyaları qiymətləndirir.
5.1.1. Mədəniyyətlərin inkişafına təsir edən amilləri izah edir. Mədəniyyətlərin inkişafına təsir edən amilləri, qarşılıqlı ticarət əlaqələrinin və amillərin izah edilməsi. Inkişaf, qarşılıqlı əlaqə, ticarət. 5.1.2.Mədəniyyətlərarası və sivilizasiyalararası qarşılıqlı təsiri və ziddiyyətləri izah edir. Müxtəlif ölkələrin mədəniyyətləri arasındakı qarşılıqlı təsiri və sivilizasiyalararası ziddiyətlərin izah edilməsi. Sivilizasiyalararası ziddiyyət, mədəniyyət, qarşılıqlı əlaqə. 5.1.3. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair esse və hekayələr yazır. Mədəniyyətlərarası və sivilizasiyalararası əlaqələrə dair, yəni onların qarşılıqlı münasibəti, birgə inkişafı və bir-birinə təsirinə aid müxtəlif mənbələrə istinad edərək esselər və hekayələrin yazılması. mənbə, sivilizasiya, mədəniyyət, inkişaf, təsir.