BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:
1. Problem müəllim tərəfindən elan edilir.
2. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri
qeyd edir: – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
3. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda
qeyd olunur.
4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
5. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı
öyrəndikləri üçüncü sütunda qeyd edilir.
Auksion
Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə
qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadisənin xüsusiyyətləri
ardıcıl şəkildə adlandırılır.
Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən
sonra müəllim sayır: “bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər.
Sonuncu təklif verən qalib sayılır. Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun
üçün hamı bir-birini dinləyir. Bu zaman başqa şagird tez yeni fikir söyləyə bilər.
Oyunda axırıncı mümkün cavabı verən şagird “Auksion”u qazanır.
Məsələn:
M: Adlardan fel düzəldən şəkilçiləri deyin.
Ş:
- la
2
- laş
2
- lan
2
- ar
2
M: “-ar
2
” bir..., “-ar
2
” iki
Ş:
- al
2
(-l)
Klaster (şaxələndirmə)
Müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun
mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə
tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli
sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və
onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə
edilir və ümumiləşdirmə aparılır.
|