66
Müəllim yazı lövhəsində asılmış texnologi xəritəni stolun üzərində olan alət,
material və ləvazimatları göstərərək suallar verilir:
1. Siz yazı lövhəsində və stolun üzərində nə görürsüz? (texnoloji xəritəni və
bəzədilmə işləri aparmaq üçün alət, materialları göstərir)
2. Bəzədilmə işləri nə məqsədlə aparılır? (Məmulatın ömrünü uzatmaq, estetik
cəhətdən gözəl görsənməsi üçün).
2. Tamamlama işlərində hansı materiallardan istifadə olunur?
3. Tamamlama işlərində hansı alətlərdən istifadə olunur?
4. Bəzədilmə işlərində hansı materiallardan istifadə olunur?
5. Bəzədilmə işlərində hansı alətlərdən istifadə olunur?
Müxtəlif cavablara şagirdlərin diqqətini dərslikdə tamamlama və bəzədilmə
haqqında məlumata, onun tətbiq sahələrinə yönəldir.Bəzədilmə və tamamlama
üsulları, yolları haqqında məlumat verir.
Dostları ilə paylaş: