Çilçıraq – binanın daxilini işıqlandırmaq üçün istifadə edilən dekorativ və
yaraşıqlı işıq saçan məmulatdır. Formasına görə əsasən medalyona bənzəyir (çox
müxtəlif formalarda hazırlanır). Çilçıraqın mərkəzində böyük, kənarlarında isə
kiçik və yüngül plafonlar olur. Çilçıraqın əsasını təşkil edən mərkəzi medalyon və
qollar adətən, metaldan (qızıl, gümüş, bürünc, dəmir və s.), plafonlar isə şüşə, çini,
büllur, keramika və s.-dən düzəldilir.
Çiləyici – zəhərli maddələri (məhlul, suspenziya, müxtəlif qatıqlı emulsiya
şəklində) tozlandırmaq və bitkilərə çiləmək üçün maşındır. Çiləyici bitki
zərərvericiləri, xəstəlikləri ilə mübarizə etmək, yığımdan əvvəl pambıq kolu
yarpaqlarını tökdürmək, alaqları məhv etmkə və s. üçün tətbiq edilir. Çiləyicidən
binaların dezinfeksiyasında da istifadə olunur. Tətbiq yerinə görə tarla bitkilərini,
bağ, üzümlük, pambıq və s. becərmək üçün çiləyicilər vardır.
|