1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə, bəsləmə, tədarük, emal) nümayiş etdirir * . 1.4.1. Tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və
bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri Şagird: 2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 2.1.1. Əl alətlərini təsnif edir və növlərini sadalayır.
2.1.2. Elektrik enerjisinin mahiyyətini, alınması yollarını izah edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş etdirir. 2.2.1. Əl alətlərindən istifadə edir.
2.2.2. Sadə elektrik mənbəyindən istifadə edərək elektrik dövrəsi qurur.