Məzmun xətləri üzrə əsas və alt standartlar 1. Emal texnologiyaları Şagird: 1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir. 1.1.1. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə,
qatlama, tikmə) sadalayır.
1.1.2. Sadə emal texnologiyalarını fərqləndirir.
1.1.3. Emal vasitələrini sadalayır.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.