İlişmə mexanizmi – nəqliyyat maşınlarında burucu momenti daxiliyanma
mühərrikindən ötürmələr qutusuna ötürən mexanizmdir. Bu mexanizm mühərrikin
valı ilə transmissiya valının qısamüddətli ayrılmasını, ötürmənin zərbəsiz
dəyişdirilməsini, maşının yerindən səlis tərpənməsini təmin edir. Aparılan disklərin
sayına görə ilişmə mexanizmi bir, iki və çoxdiskli olur. Məsələn, avtomobilin bu
mexanizmi yaylarla sıxılmış bir və ya iki disklidir. ilişmə mexanizmi pedal, yaxud
servointiqal (idarəedici mexanizm) vasitəsilə açılır. İlişmə mexanizmi ayrı-ayrı
nəqliyyat vasitələri (avtomobil, traktor, velosiped və s.) üçün müxtəlif quruluşda
hazırlanır.