123
İnduksiya
1)
elektrostatik induksiya – elektrik sahəsinə daxil edilmiş naqil və
dielektrikdə elektrik yüklərinin yaranması prosesidir. Həmçinin mühitin elektrik
sahəsini xarakterizə edən fiziki kəmiyyətdir.
2)
maqnit induksiyası – maqnit sahəsinə daxil edilmiş cisislərin maqnitlənmə
prosesidir, həmçinin maqnitlənməni xarakterizə edən kəmiyyətdir.
3)
elektromaqnit induksiyası – naqilin konturunu kəsib keçən maqnit selinin
bütün dəyişmələrində naqildə EHQ-nin yaranması prosesidir.
İnşaat işləri – bina və qurğuların tikilişi üçün inşaat meydançasında görülən
işlərdir, ümumi və xüsusi işlərdən ibarətdir. Ümumi işlərə: torpaq işləri, armatur
işləri, beton işləri, xarratlıq işləri, dam örtüyü işləri, tamamlama işləri (suvaq,
üzçəkmə və rəngsazlıq), quraşdırma işləri və s. Xüsusi işlərə isə hidroizolyasiya
işləri, istilik izolyasiya işləri, santexnika işləri, elektromontaj işləri daxildir.
Dostları ilə paylaş: