125
həmçinin istehsal binaları, torpaq, yollar, kanallar və s. daxildir. Əmək predmeti
əmək prosesində insanın təsir göstərdiyi və öz şəxsi, yaxud istehsal istehlakına
uyğunlaşdırdığı təbiət cisimləridir. İnsan əməyinin təsirinə məruz qalan, lakin
sonrakı emal üçün nəzərdə tutulan əmək predmeti xammal adlanır. Bəzi hazır
məhsullar da istehsal prosesində əmək predmeti rolu oynaya bilər (məs., üzüm
şərabçılıqda əmək predmetidir). İstehsal vasitələri arasında əmək alətləri
müəyyənedici rol oynayır. Əmək vasitələrinin inkişaf səviyyəsi texniki tərəqqinin
mühüm göstəricisidir. Onların təkmilləşdirilməsi istehsalın texnika və
texnologiyasında dərin irəliləyişə, istehsal münasibətlərinin dəyişməsinə səbəb
olur, bir istehsal üsulundan digərinə keçməyi müəyyən edir.
Dostları ilə paylaş: