İzolyator(fr. isolateur, isoler – ayırmaq) –
1) tibbidə – ətrafdakıları yoluxdura bilən şəxsləri (infeksion xəstəliyə
tutulanlar və onlarla təmasda olanlar, epidemioloji cəhətdən xəstəlik törədə bilən
sağlam adamlar və s.) müvəqqəti yerləşdirmək üçün xüsusi avadanlıqla təchiz
olunmuş otaq və ya bina.
2) elektrik izolyatoru – elektrik qurğusunun müxtəlif potensiallı hissələrinin
elektrik izolyasiyası və mexaniki rabitəsi üçün quruluşdur. İzolyator dielektrikdən
və onu bərkitmək üçün bir sıra detaldan (armaturdan) ibarətdir. İzolyator ən çox
çini və bəzən də şüşədən hazırlanır. izolyatorun konstruksiya və ölçüləri ona düşən
mexaniki yüklər, qurğuların elektrik gərginliyi və istifadə qaydaları ilə müəyyən
edilir. Gərginliyi 6 kv-dan 35 kv-a qədər olan elektrikötürmə xətlərində çubuqlu
izolyatorlar, daha yüksək gərginlikli xətlərdə isə asma izolyator zəncirləri işlədilir.
İzolyatorlar – izolyasiya materiallarından olan (əsasən, çinidən) detallardır.
Elektrik qurğuları ötürücülərini bərkitmək və izolə etmək üçün işlədilir.