Azərbaycan Respublikası Təhsil Nazirliyi Kooperasiya Universiteti



Yüklə 1,06 Mb.
səhifə7/13
tarix02.01.2022
ölçüsü1,06 Mb.
#42166
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Günel Abdullazadə Mülki müdafiə

Elektromaqnit impulsu. Nüvə partlayışı anında ətrafa külli miqdarda qamma-kvantlar və neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə girərək elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə, kabel xətlərində, siqnal, elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısamüddətli, lakin çox güclü cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsları deyilir. Elektromaqnit impulsları radioelektron cihazlarını sıradan çıxarır, xarici xətlərə qoşulmuş elektrik qurğularının işini pozur. Elektromaqnit impulsu, həmçinin yarımkeçirici cihazları, qazboşalma, vakuum cihazlarını, kondensatorları da xarab edib sıradan çıxarır. Bu cihazlarla işləyən adamların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək elektrik gərginliyi ilə adamları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi kimi qoruyucu avtomat tərtibatlardan istifadə edilir (ildırımdan mühafizədə olduğu kimi).

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin