Bu gün informasiya cəmiyyətinə kecid şəraitində Azərbaycan təhsil sisteminin qarşısında duran
ən əsas vəzifələrdən biri kimi innovasiya texnologiyalarını dərindən bilən, onları öz işinə tətbiq
etməyi bacaran və yeni iqtisadi münasibətlər şəraitində əmək bazarının tələblərini ödəyə biləcək
mürəkkəb iqtisadi münasibətlər şəraitində rəqabətə davamlı kadrların – şəxsiyyətlərin
yetişdirilməsidir. Bu vəzifələr “yeni insan”ın aşağıda göstərilən keyfiyyətlərə yiyələnməsini
zəruri edir:
Müstəqil və qrup şəklində fəaliyyət göstərmək bacarıqlarına yiyələnmək;
Zəruri informasiyanı axtarıb tapmaq və ondan sistemləşdirilmiş formada istifadə
etmək;
İnformasiyanı sürətlə və keyfiyyətlə emal etmək və nəticələrin nümayiş olunmasını
təmin etmək;
Mürəkkəb məsələlərin, xüsusilə də qeyri-standart məsələlərin həllində dəqiq və
məsuliyyətli qərarlar vermək;və s.
Bu və ya digər məqsədlərə çatmaq üçün informasiya və informasiya texnologiyalarının
fundamental anlayışlarını mənimsəmək vacibdir. İnformatika kursunun tədrisində ən əsas
məqsəd də məhz öyrənənləri informasiya texnologiyalarının nəzəri əsasları ilə tanış etmək,
onlara avtomatlaşdırılmış informasiya sistemlərindən istifadə vərdişlərini aşılamaqdır.
Dostları ilə paylaş: