Təhsildə informasiya texnologiyalarının tətbiqinin inkişaf tendensiyası analiz olunmalı,
dünya təcrübəsi öyrənilməlidir. Bu sahədəki tədqiqatlar informasiya cəmiyyətinin formalaşma
istiqamətlərini və sosial-iqtisadi proseslərin qanunauyğunluqlarını öyrənməyə və müasir İKT-dən
daha effektiv istifadə edilməsinin nəzəri və metodoloji aspektlərini həll etməyə imkan yaratmalıdır.
İKT-nin təhsilin müxtəlif sahələrində tətbiqinin nəzəri-metodoloji və tətbiqi aspektlərinin
hazırlanması aşağıdakıları nəzərdə tutur:
- Kompüter siniflərinin, proqram təminatının, şəbəkələrin və idarəetmə sistemlərinin ən
optimal konfiqurasiyalarının hazırlanması;
- İKT-nin təhsildə tətbiqinin yeni, daha effektiv variantlarının hazırlanması;
- Müxtəlif informasiya sistemlərinin, məsafədən təhsil və multimedia vasitələrinin tətbiqi
ilə bağlı meydana çıxan yeni nəzəri məsələlərin öyrənilməsi;
- Kadrların yenidən hazırlanması sahəsində İKT nəzəriyyəsinin və yeni şəraitdə istifadə
metodologiyasının hazırlanması;
- Təhsilin müxtəlif sahələrində yerli və qlobal şəbəkələrin effektiv tətbiqinin elmi
əsaslarının hazırlanması;
- Təhsildə İKT-nin tətbiqinin gedişi ilə bağlı elmi-praktik konfransların keçirilməsi;
- Təhsil sisteminin informasiyalaşdırılması problemləri ilə məşğul olan elmi-tədqiqat
mərkəzinin yaradılması;
- Təhsil sisteminin informasiyalaşdırılması üzrə elmi-pedaqoji jurnalın təsis edilməsi;
- Təhsil sisteminin informasiyalaşdırılması üzrə xarici elmi-pedaqoji və metodiki
ədəbiyyatın tərcümə və çap olunması, yayılması.
Dostları ilə paylaş: