II hissə.
İNTELLEKTUAL VƏ EKSPERT TƏLİM SİSTEMLƏRİ
Kompüterin iş prinsipini öyrənərkən onların sadəcə yaddaşlna yazılmış əmrləri yerinə
yetirdiyi söylənmişdi, yəni kompüter alqoritm əsasında işləyir, onun düşünmə, fikirləşmə
qabiliyyəti yoxdur. Kompüterə bu qabiliyyəti aşılamaq olarmı?
İntellektual, yəni şüurlu maşınların yaradılması sahəsində uğurlu araşdırmalar aparılır.
Kompüterin şüurunu, intellektini insan şüurundan fərqləndirmək üçün onu süni intellekt
adlandırmaq qəbul olunmuşdur. Süni intellekt insanın intellektual fəaliyyətinə nüfuzu ilə
səciyyələnən V nəsil kompüterlərin yaradılması ilə inkişaf etdi. Bu nəsil kompüterlər təbii dili başa
düşməlı, hər hansı gözlənilməz və qeyri-müəyyən vəziyyət üçün qərar çıxara bilməli, yaddaşına
əvvəlcədən yazılmış biliklərlə kifayətlənməyərək yeni biliklər qazanmalı, öyrənmə, qavrama
qabiliyyəti olmalıdır.
Öhdəsinə düşən funksiyaları yerinə yetirmək üçün kompüter saniyədə trilyon əməliyyat
aparmalıdır. Bu sürəti isə paralel işləyən çoxprosessorlu, çoxmaşınlı sislemlərin köməyi ilə əldə
etmək olar. Məs, Connection Machin adlı 65536 prosessordan ibarət kompüter saniyədə 7 milyard
əməliyyat yerinə yetirə bilir.
Ətraf mühit haqqında biliklərin 90%-i gözlər vasitəsilə alınır. Kompüterdə təsviri yaddaşa
daxil edən qurğu – skanerin tanima, qavrama qabiliyyəti yoxdur. Bu problem də hələ tam həllini
tapmayıb.
İntellektual sistemlərdə informasiya emalının kompüterdə də insan beynində olduğu kimi
həyata keçirilməsi məsələsi öyrənilir. Beyin fəaliyyətini tənzimləyən sinir hüceyrələrinin –
neyronların funksiyalarıni kompüterdə modelləşdirən nəzəriyyə (neyron şəbəkələri nəzəriyyəsi)
əsasında kompüterlərə öyrənmə qabiliyyəti verən alqoritmlər yaradılır. Neyronların bir sıra
funksiyalarını yerinə yetirən inteqral sxemlər yaradılmışdır. Nəzəri hesablamalara görə optik
elementlər əsasında yaradılan kompüterlər saniyədə qüz trilyonlarla əməliyyat yerinə yetirə bilər.
Məlumatın işıq şüalarından istifadə etməklə yüksək sürətlə və etibarlı ötürülməsi və emalı son illər
geniş yayılmışdır. Molekulyar biologiyaya əasalanan biokompüterlərin elementləri molekullardır.
|