Elektron kitabxana kitabların, müəssisə daxili əmr və sərəncamların, müxtəlif təlimat və
elektron sənədlərin saxlandığı məlumatlar bazasının idarəolunması sistemlərinə deyilir. Elektron
kitabxana özündə həm də müxtəlif təyinatlı elektron məlumatları (kompüter proqramlarını, media
və audio-video faylları və s.) saxlayan veb səhifə kimi də hazırlana bilər. Bu növ elektron bazalar
həm universal, həm də ayrı-ayrı ixtisaslaşmış bazalar şəklində də yaradıla bilər.
Elektron kitabxananın tətbiqi kitabxana resursları haqqında daha geniş, dəqiq və operativ
edərkən konkret sorğulara konkret cavablar alır və bu da ilk növbədə vaxt itkisinin qarşısının
alınmasına kömək edir. Əgər elektron kitabxananın işi şəbəkədə və xüsusilə də qlobal
şəbəkədə
təşkil olunursa, onda bu səmərə dəfələrlə artmış olur.
Elektron kitabxanadan istifadə tədris prosesinin səmərəli təşkilinə birmənalı olaraq geniş
imkanlar açır, kitabxana üzrə Elektron axtarış və naviqasiya sistemlərinin imkanlarından istifadə
etmək həm öyrənənlər, həm öyrədənlər, həm də tədris prosesinin bütün digər iştirakçıları üçün
prosesin təşkilinə yaxşı şərait yaradır.
Bu gün dünyanın ən böyük elektron kitabxanası Çin Xalq Respublikasında fəaliyyət göstərir.
Bu kitabxana 12 milyon müxtəlif elektron sənəddən ibarət məlumatlar bazasını
özündə
cəmləşdirir. Kitabxanaya müraciət internet şəbəkəsi vasitəsilə aparılır. Kitabxananın ən maraqlı
cəhəti burada pirat (oğurluq) vasitələrdən istifadə olunmamasıdır. Daha dəqiq desək, kitabanada
müəllif hüquqlarının qorunmasına ən önəmli yer verilir
.
Dostları ilə paylaş: