Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə4/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   2   3   4   5   6   7   8   9   ...   96
muh tehsilde ve elmde IKT

GİRİŞ 

 

 

Bu gün informasiya və kommunikasiya texnologiyaları (İKT) dinamik inkişafın ən önəmli amili 

kimi çıxış edir və dövlətlərin siyasi, iqtisadi və sosial fəaliyyətinə aktiv təsir edərək iqtisadiyyatın və 

ictimai münasibətlərin qloballaşmasına təkan verir.  

Qloballaşan 

dünyada 


təhsil 

sisteminin 

informasiya cəmiyyətinin 

tələblərinə 

uyğunlaşdırılması  və  bu  məqsədlə  informasiya  cəmiyyətində  təhsilin  modernləşdirilməsi 

məsələlərinin həlli təhsildə İKT-dən geniş və səmərəli istifadə olunmasını tələb edir. 

Dünya  iqtisadiyyatı daha çox bilik yönümlü iqtisadiyyat olduğundan ölkələrin  təhsil sistemləri 

də  məhz  bu  tələbləri  ödəməyə  məhkumdur.  Bu  amil  inkişaf  etmiş  ölkələri   təhsilin 

informasiyalaşdırılması istiqamətində sistemli şəkildə  bir  neçə mərhələ islahatlar keçirməyə vadar 

etmişdir.  

Təhsildə İKT kursu bir sıra məsələlərə (təhsildə idarəetmə, İKT infrastrukturu, kadr məsələləri, 

elektron sənəd dövriyyəsi, distant təhsil, Elektron təhsil və s.) – təhsilin bütün mərhələlərində İKT-

nin səmərəli tətbiqinə dair metod və vasitələrin öyrədilməsinə həsr olunacaqdır.  

Kursun  əsas  məqsədi  təhsil  sistemində  İKT-nin  tətbiqi  ilə  bağlı  əsas  prinsiplərin  və  onların 

inkişaf yollarının göstərılməsi və bu sahədə əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin, 

tətbiq olunmalı metod və mexanizmlərin öyrədilməsidir.  

        Qloballaşma  istiqaməti   götürən  müasir   dünyada  hər  bir  ölkənin  davamlı  iqtisadi  inkişafının 

təmin  olunması  cəmiyyətin  bütün  sahələrində  beynəlxalq  rəqabət  prinsiplərinə  çevik  surətdə 

yiyələnməy tələb edir. 

          Bu  gün  yüksək  texnologiyalı  milli  iqtisadiyyatın  və  İnformasiya  cəmiyyətinin  yaradılması 

ölkələrin dövlət siyasətinin prioritet istiqamətindən birini təşkil edir. Belə vəziyyətdə informasiya və 

kommunikasiya texnologiyaları (İKT) inkişafın ən önəmli amilinə çevrilir və bu sahə dövlətlərin siyasi, 

iqtisadi  və  sosial  fəaliyyətinə  aktiv  təsir  edərək  iqtisadiyyatın  və  ictimai  münasibətlərin 

qloballaşmasını təmin edir. Təhsil sisteminin İnformasiya  cəmiyyətinin tələblərinə uyğunlaşdırılması 

ölkədə  yeni  təhsil  texnologiyalarının,  xüsusilə  də  İKT  yönümlü  təhsil  innovasiyalarının  istifadə 

metodlarının  yaradılmasını  və  dünyanın  qabaqcıl  təhsil  sistemlərinin  təcrübələrinin 

mənimsənilməsini tələb edir.  

Bu gün dünya  iqtisadiyyatı daha çox bilik yönümlü iqtisadiyyat olduğundan ölkələrin  təhsil 

sistemlərindən də məhz bu tələblərə  cavab verən  sistemin qurulması tələb olunur. Bu amil inkişaf 

etmiş  ölkələrdə   təhsilin  informasiyalaşdırılması  istiqamətində  sistemli  şəkildə   bir   neçə  mərhələ 

islahatlar keçirilməsinə səbəb olmuşdur.  

          İki  mərhələdə  –  2003-cü  ildə  Cenevrədə  və  2005-ci  ildə  Tunisdə  keçirilmiş  İnformasiya 

cəmiyyətinin  qurulması  problemlərinə  həsr  olunmuş  dünya  sammitlərində  məhz  təhsilin 

modernləşdirilməsi  məsələlərinə önəmli yer verilmişdir. 2003-cü ildə qəbul edilmiş “Azərbaycanda 

informasiya-kommunikasiya  texnologiyalarının  inkişafı  üzrə  Milli  Strategiya  (2003-2012-ci  illər)” 

sənədində hazırkı dövrdə Azərbaycan üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində 

ən  yüksək  prioritetə  malik  istiqamət  hesab  edilmişdir.  Həmin  strategiyanın  müddəalarından  irəli 

gələn  vəzifələri  uğurla  həyata  keçirmək  məqsədilə  ölkəmizdə  “2008-2012-ci  illərdə  Azərbaycan 

Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı” qəbul olunmuş, bu 

proqram çərçivəsində boyük bir layihə – “Xalq Kompüter” layihəsi həyata keçirilmişdir. “Azərbaycan 

 

Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün 




Dövlət Proqramı (Elektron Azərbaycan)” sənədində də təhsil sisteminin təkmilləşdirilməsindә İKT-

nin  tәtbiq  edilmәsi  və  İKT  sahəsində  ümumi  maarifləndirmə  üzrə  xüsusi  tədbirlər  keçirilməsi 

nəzərdə tutulmuşdur. Bunlardan biri kimi dünyanın İKT üzrə ən böyük kompaniyalarından sayılan 

MİCROSOFT şirkətinin dəstəyi ilə Respublika Təhsil Nazirliyinin pedaqoji kadrlar üçün təşkil etdiyi 

İNTEL-AZƏRBAYCAN  kurslarını  göstərmək  olar.  Bütün  bunlar  Azərbaycanda  təhsilin  modernləş-

dirilməsi,  təhsildə  informasiya  texnologiyalarının  tətbiqi  istiqamətində  ciddi  addımlar  atıldığını 

göstərir.  

Təhsildə  İKT  kursunda  öyrənəcəyimiz  bir  sıra  məsələlər  (təhsildə  idarəetmə,  İKT 

infrastrukturu,  kadr  məsələləri,  elektron  sənəd  dövriyyəsi  və  s.)  ölkə  təhsil  sisteminin  bütün 

mərhələləri  üzrə  xarakterizə  olunacaq,  təhsil  sistemində  İKT-nin  tətbiqi  ilə  bağlı  əsas  məqsədlər, 

vəzifə və prinsiplər göstəriləcək, onların inkişaf yolları və bu sahədə fəaliyyət istiqamətləri, tətbiq 

olunmalı metod və mexanizmlər öyrəniləcəkdir.  

Bundan  əlabə  Respublikada  21  avqust  2004-cü  ildə  qəbul  olunmuş  "Azərbaycan 

Respublikasında  ümumtəhsil  məktəblərinin  informasiya  və  kommunikasiya  texnologiyaları  ilə 

təminatı Proqramı (2005-2007-ci illər)" xüsusi əhəmiyyətə malikdir. Proqram ölkənin ümumtəhsil 

məktəblərinin  informasiya  və  kommunikasiya  texnologiyaları  ilə  təmin  olunması  və  ümumilikdə, 

təhsil  sisteminin  İKT  əsasında  qurulması  məqsədi  daşıyırdı.  Qeyd  edək  ki,  proqramın  icrası 

nəticəsində ölkənin bütün orta ümumtəhsil məktəblərinin kompyuter və digər zəruri İKT avadanlığı 

ilə  təmin  olunması  prosesi  başa  çatdırıldı  və  yuxarıda  qeyd  etdiyimiz  kimi  pedaqoqların  İKT  üzrə 

savadlarının  artırılması,  onların  tədris  prosesində  İKT-dən  səmərəli  istifadəsini  təmin  etmək 

məqsədilə dövlət hesabına seminarlar, kurslar və s. bu kimi müxtəlif tədbirlər həyata keçirildi. 

Lakin  bütün  bunlarla  bərabər,  ölkənin  təhsil  sistemində  müasir  informasiya  və 

kommunikasiya  texnologiyalarının  tətbiqinin  hazırkı  səviyyəsi  istər  dinamik  inkişaf  edən 

iqtisadiyyatımızın  mövcud  imkanları,  istərsə  də  dünya  təhsil  məkanına  inteqrasiya  baxımından 

qənaətbəxş  hesab  edilə  bilməz.  Təhlillərdən  aydın  olur  ki,  ölkədə  təhsil  ocaqlarının  kompyuter 

avadanlığı  ilə  təminatındakı  irəliləyişlərə  rəğmən,  bütövlükdə  təhsil  sisteminin  informasiya 

infrastrukturunun səviyyəsi günün tələblərindən cavab vermir. 

Müasir  təhsil  texnologiyalarının  geniş  miqyaslı  tətbiqi,  ilk  növbədə,  təhsil  müəssisələrinin 

kompüter avadanlığı ilə təminatının köklü şəkildə yaxşılaşdırılmasına xidmət etməlidir. Lakin bu gün 

şagird (tələbə)/kompüter nisbətinin bütövlükdə ölkə üzrə, xüsusilə də bölgələrdə və kənd yerlərində 

optimallaşdırılması  qarşıda  duran  ən  vacib  problemlərdən  biri  olaraq  qalır.  Bu  gün  ölkənin  təhsil 

sisteminin bütün pillələrində kompüterlərə çıxış imkanlarının genişləndirilməsi zərurəti ilə yanaşı, 

İKT  avadanlığının  daha  səmərəli  istifadə  olunmasının,  o  cümlədən  texniki  nəzarət  və  dəstək 

sisteminin  təkmilləşdirilməsinin  aktuallığı  qabarıq  şəkildə  hiss  olunur.  Xüsusən  də  rayon 

səviyyəsində  texniki  nəzarət  və  dəstək  sisteminin  mövcud  olmaması,  yaxud  günün  tələbləri 

səviyyəsində  qurulmaması  artıq  quraşdırılmış  kompüter  avadanlığından,  rəqəmsal  təhsil 

resurslarından tam səmərəli şəkildə bəhrələnmək imkanlarını məhdudlaşdırır. 

Araşdırmalar  göstərir  ki,  respublikada  təhsil  prosesində  rəqəmsal  texnologiyaların  geniş 

istifadəsinə maneçilik törədən əsas amillərdən biri rəqəmsal şəbəkə infrastrukturunun zəif inkişaf 

etməsi, təhsil ocaqlarının ölkədaxili intranet şəbəkəsi ilə yetərli səviyyədə və yüksək sürətli İnternet 

əlaqəsi ilə təmin olunmamasıdır. Belə ki, hazırda respublikanın ali məktəblərində İnternet əlaqəsi 

tam təmin olunsa da, orta təhsil məktəblərinin təxminən 3 faizi, orta ixtisas məktəblərinin isə 12 faizi 

özlərinə  məxsus  intranet  şəbəkə  ilə  İnternetə  çıxış  imkanlarına  malikdir.  Təhsil  müəssisələrinin 

böyük əksəriyyətinin (xüsusilə orta ümumtəhsil məktəblərinin) veb-səhifələrinin olmaması, onların  

müəssisədaxili  rəqəmsal  şəbəkələrinin  formalaşdırılmaması  da  həmin  tədris  müəssisələrini 

ölkədaxili ethernet şəbəkədə aktiv iştirak imkanlarından məhrum edir.  

Bununla  yanaşı,  multimedia  xarakterli  dərsliklərin  və  digər  tədris  vasitələrinin  işlənilməsi, 

yayılması və təhsil prosesində tətbiq olunması hələ də ləngiməkdədir. Son dövrdə bu sahədə bir sıra 

tədbirlər  həyata  keçirilmiş,  elektron  tədris  sistemlərinin  formalaşdırılması  istiqamətində  əməli 



addımlar  atılmışdır.  Lakin  İKT  tətbiqi  üzrə  elmi-metodiki  bazanın  təkmilləşdirilməsi,  ümummilli 

səviyyədə vahid elektron təhsil məkanının təşəkkül tapması günün əsas tələbi olaraq qalır. 

Azərbaycan Respublikasında təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən biri 

İKT tətbiq etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir. Bu sırada təhsildə İKT-nin tətbiqi 

sahəsində yerli özünüidarə və dövlət orqanlarının fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın 

təkmilləşdirilməsi,  təhsil  sahəsində  effektiv  idarəetmə  üçün  zəruri  olan  və  bu  sahənin  vəziyyətini 

xarakterizə edən elektron məlumat bazası sistemi hazırlanıb tamamlanması xüsusi diqqət tələb edir. 

Həmçinin  ölkənin  təhsil  sisteminin  yüksək  İKT  bilik  və  bacarıqlarına  malik  pedaqoji  və  inzibati 

kadrlarla təminatının müasir standartlar səviyyəsinə çatdırılması təxirəsalınmaz məsələ kimi qarşıda 

durur. 


Yuxarıda göstərilən qlobal problemlərin həllindən ötrü, 2007-ci ildə ölkədə daha bir  Dövlət 

Proqramı 

"2008-2012-ci 



illərdə 

Azərbaycan 

Respublikasında 

təhsil 


sisteminin 

informasiyalaşdırılması  üzrə  Dövlət  Proqramı"nı  qəbul  etdi.  Hər  iki  Dövlət  proqramı  və  yuxarıda 

adları  çəkilən  digər  tədbirlər  əsasən    "Azərbaycan Respublikasının  inkişafı  naminə  informasiya  və 

kommunikasiya  texnologiyaları  üzrə  milli  strategiya  (2003-2012-ci  illər)"  sənədinin  müddəalarına 

əsasən hazırlanmışdı. 

Bunlardan əlavə, qeyd olunmalıdır ki, Təhsil Nazirliyi 2010-cu ili ölkəmizdə "Təhsildə İKT ili" 

elan  etmiş  və  bu  kampaniya  çərçivəsində  konfranslar,  seminarlar,  müxtəlif  stimullaşdırıcı  və 

həvəsləndirici  aksiyalar,  müsabiqələr  həyata  keçirilmişdir.  Azərbaycan  Respublikası  Prezidentinin 

2013-cü  il  24  oktyabr  tarixli  sərəncamı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  təhsilin 

inkişafı  üzrə  Dövlət  Strategiyası”  təhsilin  informatlaşdırılmasını  mühüm  vəzifə  kimi  qarşıya 

qoymuşdur. Bütün bunlar dövlətimizin təhsilin inkişafına göstərdiyi böyük qayğının nəticəsidir. 

 

Təhsil müəssisələrinin komputerləşdirilməsi təhsil sistemində çox ciddi dəyişikliklər yaradır. 



Belə ki, informasiya texnologiyalarından bu gun nəinki təhsil müəssisələrinin idarə olunmasında, 

həm də müəssisədən kənar tədbirlərin həyata kecirilməsində də geniş istifadə olunur. Xususən də 

internetin yaranması, gənclər arasında onun cox populyar olması, təhsilin cox muxtəlif sahələrində 

yeni-yeni üfüqlər acir. Bu gunə qədər pedaqoqlar fərdi komputer kimi güclü təlim vastəsinə tarixən 

hec  vaxt  malik  olmamışlar.  Təlimdə  elə  texniki  vasitə  yoxdur  ki,  didaktik  imkanlarına  gorə  

kompyuterlə muqayisə edilə bilsin. 

 

İnformasiyanın surətli artımı şəraitində təhsilin məzmununa və təşkilinə qoyulan tələblər də 



dəyişir. Bu gunun təhsili şagirdlərə daha cox informasiya yadda saxlamaq yox, məntiqi və məhsuldar 

duşunməyi,  problem  xarakterli  məsələləri  sərbəst  həll  etməyi  oyrətməlidir.  Bu  baxımdan  bu  gün 

tədris prosesində şagirdlərin idrak fəallığının yuksəldilməsi daha aktual problemlərdəndir. 

 

  



 

 




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin