Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə52/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   48   49   50   51   52   53   54   55   ...   96
muh tehsilde ve elmde IKT

 

http://www.BrainBench.com/

: 

 

Sertifikatlaşmanı hər yerdə və hər cür şəraitdə keçmək olar, lakin qeyd olunur ki 



sertifikatlaçdırmanı bu hüquqa malik şəxslər keçirməlidirlər. BrainBench İnternet vastəsi ilə 

istənilən istifadəçinin pulsuz sertifikatlaşmasına imkan yaradır. Aydındır ki sertifikatlaşdırmadan 

söhbət gedəndə ancaq  kompeterətrafı məlumatlar yada düşür, lakin bundan fərqlilərinə də rast 

gəlinir. Məs: İngilis dilində yazılışın da sertifikatlarının alınmasına ehtiyac vardır. Testləşdirmə 

metodikası çox sadədir: Siz özünüzə lazım olan testi sifariş edirsiniz və bir ay müddətində sizə rahat 

olan vaxt və yerdə onu keçirsiniz. Test bir neçə onliqlarla suallardan təşkil olunub və onların hər 

birinə üç dəqiqə vaxt verilir. Bu mənbənin müəlliflərinin fikrinə görə bu layihə mütəxxəssis və 

potensial işədüzəldənlər üçün çox sərfəlidir. 

 



 

 

 



Servis pulsuzdur, lakin sertifikatların sifarişçiyə çatdırılması 9.99$ təşkil edir. Burada 4-dən 

çox bal yığanlara “Master” drəcəsində sertifikalar verilir və sertifikat gələndə onu üzərində qızılı 

həriflərlə Master sözü yazılır. 

 

•  FTP texnologiyaları 



FTP texnologiyaları (File Transfer Protocol – faylların köçürülmə protokolu) təhsil sistemlərində 

köməkçi xarakter daşıyır. FTP serverlərdə böyük ölçülü dərslik məzmunlu fayllar yerləşdirilir: Video 

filmlər, böyük ölçülü şəkillər, proqram modelləri, sənədlər (əsasən PDF formatda) və s saxlanılır. Bu 

faylların yüklənməsi üçün xüsusi proqram paketi lazım olmur, bütün brouzerlərdə avtomatik işə 

salınan FTP – müştərilər vardır. Əgər yükləmə vaxtı əlaqə kəsilərsə (bu çox vaxt baş verir) onda 

yükləməni yenidən başlamaq lazımdır. Bu çür hallardan keçinmək üçün xüsusi FTP brouzerlərdən 

və ya yükləmə proqramlarından məs GetRight, ReGet Deluxe istifadə etmək lazımdır. Əlaqə kəsilib 

qurulandan sonra bu proqramlar yükləməni kəsilmiş yerdən davam edirlər.  

Qeyd etmək lazımdır ki, FTP serverlərdə dərs prosesində istifadə etmək üçün böyük ölçüdə 

məlumatlar yerləşdirilir.  

 

•  Elektron poçt (e-poçt) texnologiyası 



Elektron poçt İnternet şəbəkəsinin daha məşhur və vacibli servisidir. Praktik olaraq internetin hər 

bir istifadəçisi Elektron poçt ünvanına malikdir. Elektron poçt vastəsi ilə mətn, şəkil, proqram, 

multimedia faylalrı ötürmək olar.  

Ən sadə Distant təhsil kursları məlumat və tapşırıqların e-poçt vastəsi ilə ötürülməsi 

texnologiyasının üzərində qurula bilər. Tələbə tapşırığı yerinə yetirərək nətəcələri müəllimə qiyabi 

tahsil formasındakı kimi mübadıləni yenə də e-poçt vəstəsi ilə ötürür, lakin e-poçt mübadilə 

formasında əməliyyat sürətlə baş verir. Hal hazırda elektron poçtun imkanlarından istifadı edın 

distant tədris mərkəzləri mövcud deyil, lakin buna baxmayaraq e-poçt yenə də əsas köməkçi servis 

olaraq qalır. 

Əgər poçt-a müxtəlif kompüterlərdən baxmaq lazım gələrsə, onda Veb poçt qutusu adlandırılmış 

saytdan poçta baxmaq olar. Bu qutuya İnternetə qoşulmuş ixtiyari kompüterdən baxmaq olar. 

 

•  Paylanma texnologiyası (listserv) 




Paylanma texnologiyası (listserv) – İntraşəbəkə ilə birləşmiş və ya müəyyən qrupun daxilində olan 

elektron poçtların mübadiləsi üçün nəzərdə tutulub. Qrupun hər bir istifadəçisi siyahının ünvanına 

məktub göndərə bilər və həmin məktub bütün qrup iştirakçılarına yayılacaq. Paylanma siyahısı 

ətrafında mühazirələr aparılması üçün mövzusu olmalıdır. Siyahının üzvü olmaq üçün İnternetdə 

elektron poçtun olması kifayətdir. İnternet şəbəkəsindəki tədris saytı əsasən mətn, şəkil, 

multimedia formatında olan məlumatlar saxlayır. İndividual tapşırıllar müəllimə elektron poçt 

vastəsi ilə göndərilir. Testlər avtomatik və ya eletron poçta gondərilməklə keçirilir. Dövri olaraq 

virtual otaqlarda əyanidəki kimi yığıncaqlar keçirilir. 





Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin