Milli e-elm konsepsiyasının işlənməsi üçün ilk növbədə elmi fəaliyyətdə İKT-nin tətbiq
vəziyyətinin monitorinqi həyata keçirilməsi zəruridir. Bu məqsədlə 2009-cu ildə AMEA-nın
institutları da daxil olmaqla AR-da fəaliyyət göstərən 150-yə qədər elmi təşkilatda monitorinq
aparılmışdır. Növbəti monitorinqlər isə 2013 və 2015-ci illərdə yalnız AMEA-nın təşkilatları üçün
keçirilmişdir. Monitorinqlərin nəticələri əsasında informasiyalaşdırmanın priorietləri və istiqamətləri
• E-elm AzScienceNet şəbəkə infrastrukturu əsasında formalaşır. Şəbəkənin yaradılması,
istismarı, idarə olunması və daim inkişaf etdirilməsi AMEA İnformasiya Texnologiyaları İnstitutu
• AzScienceNet şəbəkəsi AMEA-nın bütün elmi müəssisələrini əhatə edir və 4100-ə yaxın
• Şəbəkə infrastrukturunun 95%-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə
• Böyük yaddaş və hesablama resurslarına malik AzScienceNet şəbəkəsinin Data Mərkəzi
• AzCloud xidməti çərçivəsində istifadəçilərə böyük hesablama resursları tələb edən
• AzStorage xidməti ilə AMEA-nın institut və təşkilatlarına təhlükəsizliyin təmin olunması
vacib sayılan məlumatların saxlanılması üçün yaddaş resursları təqdim edilir.
• AzScienceNet-də informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya verilməsi, bu
haqda məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması, müvafiq beynəlxalq
qurumlarla qarşılıqlı əlaqələrin həyata keçirilməsi məqsədilə AzScienceCERT xidməti yaradılmışdır.
Bu xidmət 31 may 2011-ci ildən TERENA çərçivəsində fəaliyyət göstərən Trusted Introducer
sistemində qeydiyyatdan keçmişdir.
• AzScienceNet-in “İstifadəçi və təhlükəsizlik siyasətləri” işlənmiş, onların səmərəli idarə
olunması və informasiya təhlükəsizliyinə operativ nəzarəti həyata keçirmək üçün “Şəbəkə
monitorinqi və informasiya təhlükəsizliyi xidməti” yaradılmış, mərkəzləşdirilmiş antispam və
antivirus xidmətləri fəaliyyət göstərir.
• AMEA keçən əsrin 90-cı illərin ortalarından Avropanın elm və ali təhsil müəssisələrinin
kompüter şəbəkələrinin formalaşması və inkişafı missiyasını həyata keçirən TERENA beynəlxalq
qurumun üzvüdür.
• 2014-cü ilin oktyabrında TERENA və DANTE-nin birləşməsi ilə yeni yaradılan GEANT
Assosiyasına Azərbaycanın elm və təhsil cəmiyyətlərinin təmsil olunması məsələsinə baxılır.
• E-elm UNESCO, CODATA və s. kimi digər beynəlxalq qurumlarla da münasibətlər qurur.
• Kadr hazırlığı e-elmin əsas vəzifələrindəndir. AMEA İTİ-nin Tədris-İnnovasiya Mərkəzində bu
sahədə ardıcıl və məqsədyönlü işlər aparılır.
• 2003-2013-cü illərdə İnstitutun Tədris-İnnovasiya Mərkəzində ölkənin elm və ali təhsil
müəssisələrinin 13000-dən artıq doktorant və dissertantlarına «Elmi informatika» fənninin əsasları
(baza informatika, elmmetriya, plagiatlıq və antiplagiat, superkompüter, Vikipedia, informasiya
cəmiyyəti, e-tibb, biliklər iqtisadiyyatı, GİS-texnologiyalar, informasiya təhlükəsizliyi, modelləşdirmə,
e-kitabxanalar, on-line elmi jurnallar və s.) tədris olunmuşdur.
• AMEA Rəyasət Heyətinin qərarı (yanvar 2014) ilə AMEA İTİ-nin nəzdində Vikipedia üzrə Tədris
Mərkəzi, digər elmi müəssisələrdə isə Vikiqruplar yaradılmışdır.
• Naxçıvan Dövlət Universiteti və AMEA-nın Gəncə Bölməsində Distant Tədris Mərkəzləri
yaradılmışdır. Həmin regionlarda fəaliyyət göstərən elm və ali təhsil müəssisələrinin doktorant və
dissertantlarına AMEA İTİ-nin əməkdaşları tərəfindən «Elmi informatika» fənni tədris olunur.
• H.Əliyev Fondu, AMEA, RYTN və TN-nin təşkilatçılığı ilə ali məktəb tələbələri arasında hər il
«İnformatika» fənni üzrə ümumrespublika olimpiadası keçirilir.