Azərbaycan Respublikası Təhsil Nazirliyi LƏNKƏran döVLƏt universiteti Rİyaziyyat və İnformatika kafedrasi


 Təhsildə Təlim/Tədris Sistemi (TTTS)



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə57/96
tarix28.01.2022
ölçüsü1,76 Mb.
#51697
1   ...   53   54   55   56   57   58   59   60   ...   96
muh tehsilde ve elmde IKT

 

13.1.3. Təhsildə Təlim/Tədris Sistemi (TTTS) 

Məlumdur ki, İKT təlim/tədris prosessinin tam kompüterləşdirilməsinə imkan verir. İKT-dən istifadə 

etməklə müxtəlif tip informasiyaların, o cümlədən, mətn, qrafik, audio, video məlumatların tam 

emal etmək, Elektron animasiya sistemləri yaratmaq, sürətli kommunikasiya xətlərindən istifadə 

etməklə təlim/tədris prosesinin effektivliyinin dəfələrlə artırılmasına nail olmaq olar. TTTS-in 

bünövrəsini təlim/tədris prosesini tam əhatə edə biləcək, Dərslik-Müəllim(DM) – elektron 

dərsliklər təşkil edir və onlar Ənənəvi TS-dəki dərsliklərdən aşağıdakı üstün imkanlarına görə 

fərqlənirlər: 

1.  Dərsliklərin mövzuları tam emal oluna bilən mətn, qrafik, audio, video, animasiya 

elementləri vasitəsilə hazırlanır.  

2.  DM elektron dərsliklərin istismarı həm fərdi kompüterdə (CD&DVD disklər), həm də şəbəkə 

vasitəsilə (lokal və qlobal) aparıla bilər.  

3.  DM elektron dərsliklərin “kağız” variantı İKT vasitələri məhdud olan təhsi müəssisələrində 

işlədilə bilər.  

4.  Belə dərsliklər TSS sistemindəki təhsil standartlarının minimal, orta, maksimum tələbləri 

nəzərə alınaraq hazırlanır.  

5.  Eyni bir fənn üzrə alternativ dərsliklərin sayına məhdudiyyət qoyulmur. Öyrənən dərsliyin 

seçilməsində müstəqil olur. Bu isə öz növbəsində təcrübəli pedaqoqların aktiv pedoqoji 

fəaliyyətinə yardım edir (TAİS).  

6.  Bu dərslikdən lokal, qlobal, korporativ şəbəkələr vasitəsilə istifadə etmək imkanı ənənəvi 

üsulla yanaşı, distant təhsilin inkişafına da yardım edir. 

7.  ETS-TYQKS ilə bağlılıq dərsliyin ayrı-ayrı mövzularının vaxtında, effektiv şəkildə korrektəsinə 

imkan verir.  

8.  ETS-TSS sisteminin tələbləri əsasında yaradılmış konkret fənn üzrə hər bir DM-in Dərslik 

Ssenarisi (DS) olur  və DS alt-sistemi bütün təlim/tədris prosesi müddətində:  

a.  öyrənənin mənimsəmə əmsalına avtomatik nəzarəti təmin edir.  

b.  mənimsəmə qiymətindən asılı olaraq mövzular arasında keçidləri müəyyən edir.  



c.  təhsil pillələri arasında keçid üçün nəzərdə tutulmuş vaxt limiti aradan götürülür. 

Öyrənənin dərs pillələri üzrə irəliləyişi fərdi xarakter alır.  

9.  ETS-lərin çoxdilli interfeysə malik olması, DM elektron vəsaitlərinin ölkə xaricindən istismarına 

şərait yaradır və s.  




Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin