Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran Dövlət Universiteti «Təsdiq edirəm»


IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən başqa fənlərin tədris olunmasına zərurət yoxdur. V



Yüklə 29,9 Kb.
səhifə2/5
tarix11.06.2022
ölçüsü29,9 Kb.
#61258
1   2   3   4   5
Vilayət m palatolgiya

IV. Prerekvizitlər: Fənnin tədrisi üçün öncədən başqa fənlərin tədris olunmasına zərurət yoxdur.
V. Korekvizitlər: Bu fənnin tədrisi ilə eyni vaxta başqa fənlərin də tədris olunmasına zərurət yoxdur.
VI. Fənnin təsviri və məqsədi:
Politologiya kursunda siyasətin məqsəd və vəzifələri, onun bir elm kimi meydana gəlməsi, siyasi fikrin təşəkkülü və tarixi inkişaf mərhələləri, insan və siyasət problemi, siyasi hakimiyyət, siyasi şüur, siyasi ideologiya, siyasi sistem və onun strukturu, dövlət və siyasi partiyaların siyasi həyatda rolu, demokratiya institutlarının vətəndaş cəmiyyətinin təşəkkülünə göstərdiyi təsir, cəmiyyətdə siyasi münaqişələrin həlli yolları, müasir sivilizasiya və qlobal problemlər və siyasətlə bağlı digər məsələlərin tədrisi nəzərdə tutulur. 
Fənnin tədrisində məqsəd gənc nəslin əsas aparıcı dəstələrindən biri olan tələbələrin siyasi şüurunu inkişaf etdirmək, onlarda siyasət, siyasi münasibətlər və mənafelər haqqında aydın təsəvvür yaratmaq, cəmiyyətin siyasi sisteminə daxil olan struktur elementləri haqqında onları məlumatlandırmaqsiyasi partiyaların və ictimai-kütləvi təşkilatların işində praktiki surətdə iştirak etmək imkanı yaratmaqdır.
Politologiya fənni bakalavr pilləsində seçmə fənn kimi tədris olunur. Kursun tədrisi ikinci tədris ilinin IV semestrində (30 s. mühazirə, 15 s. seminar) nəzərdə tutulur.
VII. Davamiyyətə verilən tələblər: Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı normativ sənədlərdə müəyyən olunmuş həddən yuxarı (20%-dən çox) olduğu halda tələbə həmin fəndən imtahana buraxılmır və akademik borcu qalır.
VIII.Qiymətləndirmə: Tələbələrin biliyi 100 ballı sistemlə qiymətləndirilir. Bundan 50 balı tələbə semestr ərzində, 50 balı isə imtahanda toplayır. Semestr ərzində toplanan 50 bala aşağıdakılar aiddir: 10 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə və 30 bal kollokviumların nəticələrinə görə.
İmtahan biletinə bir qayda olaraq fənni əhatə edən 5 sual daxil edilir.
Qiymət meyarları aşağıdakılardır:
-10 bal- tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir.
-9 bal-tələbə keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam aça bilir.
-8 bal-tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
-7 bal- tələbə keçilmiş material başa düşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandıra bilmir
-6 bal- tələbənin cavabı əsasən düzgündür.
-5 bal-tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir.
-4 bal- tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir;
- 3 bal- tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandıra bilmir;
- 1-2 bal- tələbənin mövzudan qismən xəbəri var.
-0 bal- suala cavab yoxdur.
Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semester ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur.
Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)





Bal

Qiymət

Sözlə

Hərflə

1.

91-100

əla

A

2.

81-90

çox yaxşı

B

3.

71-80

yaxşı

C

4.

61-70

kafi

D

5.

51-60

qənaətbəxş

E

6.

50 və ondan aşağı

qeyri-kafi

F

IX. Davranış qaydalarının pozulması: Tələbə Universitetin daxili nizam –intizam qaydalarını pozduqda onun haqqında əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.



Yüklə 29,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin