3.Bitkilər tərəfindən suda həll olan fosforun mineral formalarının mənimsənilməsi. Fosfor təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir.Bitki orqanizmin daxililndə gedən bütün həyatı proseslərdə fosforun çox böyük fizioloji əhəmiyyəti vardır.Bitkilər fosforun yalnız yüksək oksidləşmiş formada ortofosfat turşusunun (H3PO4) onu (PO43-) şəklində mənimsəyirlər. Torpaqlarda fosfora demək olar ki,tamam ilə orta fosfatlar şəklində rast gəlinir. Torpaq fosfatları fosfat turşusunun (H3PO4) törəməlidir.Orta fosfat turşusu üç cür duz əmələ gətirir.Normal duzlar dihidro və hodroortofosfatlar kimi turş duzlar Dihidro duzlar suda yaxşı,normal duzları isə pis həll olur.Ortafosfat turşusunun normal duzlarından yalnız Na3PO4,K3PO4 və (NH4)3PO4 suda həll olur.Fosfor torpaqlarda üzvi və mineral birləşmələrin tərkibindədir.Üzvi fosfor birləşmələri – fitin və nuklein turşuları,nukleoproteidlər,Fosfatidlər və s. Mineral birləşmələr isə - Ca,Mg,Fe və Al duzları aiddir.Torpaqın mineral birləşmələrində fosforun əsas hissəsi az mütərrik formadadır.Ana süxurların tərkibində fosfor birləşmələrindən ən geniş yayılanı florapatitdir. – Ca5F(PO4)3. Bu birləşmə yer qabığındakı fosforun 95%-ni təşkil edir.Qalan 5% isə fosforun biryarımı oksidli birləşmələrdir.Ana süxurların tərkibindəki ilk fosfor tərkibli birləşmələr aşınma proseslərində ayrılaraq törəmə fosfor birləşmələrinin müxtəlif duzlarını yaradır.Bunlardan başqa torpaqda üzvi mineral birləşmələrdən dəmir – fitin və aliminium-fitin birləşmələridə mövcuddur.Bitkilərin və mikroorqanizmlərin fəaliyyəti sayəsində torpaqda üzvi fosfor birləşmələri əmələ gəlir.Üzvi birləşmələrdən ən asan mineralları bitki qalıqları kök sistemi və peindir. Düzgün becərmə sistemləri də üzvi birləşmələrin minerallaşmasını sürətləndirir.Peini saxlanma üsullarını düzgün əməl edib torpaqa verdikcə onda fosfor ehtiyyatı əmələ gəlir və fosfor birləşmələrinin müxtəlifliyi artır.Üzvi fosfor birləşmələrinin minerallaşması torpaqın bioloji aktivliyindən asılıdır.Üzvi fosfor birləşmələri torpaq mikroorqanizmlərinin təsiri ilə minerallaşması aşağıdakı formalarda olur.
Nükleoproteid – nüklein turşusu --> H3PO4.
Torpaqda üzvi formada fosfat turşusunun və ya duzu çox hydrogen ionları efir birləşmələrində bağlı olur.Qalan hidrogen ionları isə qismən və ya tamam ilə metalların kationları ilə əvəz olunur.Torpaqda qeyri-üzvi formada fosfat turşusunun birdən üçə qədər hidrogen ionları metalların kationları ilə əvəz olunublar.Torpaqın üst qatının fosforla zəngin olması bitkinin kök sistemlərinin fəaliyyəti sayəsində alt qatların hesabına fosforun üst qatlarda hesabına toplanması əlaqədardır.Həmçinin üzvi fosforun miqdarı üzvi maddələrin miqdarından asılı olaraq çoxala və ya azala bilər.Ona görə də o,torpaq altı qatda az,torpaqın üst qatında isə xeyli çoxdur.Bitkilərin fosfora olan tələbi vegetasiyanın ilk başlanması dövründə çox yüksək olur.Bu onunla izah edilir ki,fosfor bitki həyatının ilk dövründə sitoplazmanın kütləsinin çox hissəsi əmələ gəlir ki, fosfor da bunun əsas hissəsini təşkil edir.Fosfor qidası bitkilərin və xüsusi ilə kök sisteminin böyüməsini sürətləndirir.Buradan belə nəticə çıxır ki,əlavə fosfora tələb bitkilərin inkişafının ilk dövrlərində çox olur nəinki soralar.Ona görə də bitkiləri vegetasiyanın ilk dövrlərində fosforla təmin etmək daha əhəmiyyətli hesab olunur(C.Ə.Əliyev.1974).
Torpaqda mineral fosfor birləşmələri mənimsənilmə dərəcəsinə görə bir birindən fərqlənir.Torpaqda iki hidrogeni əvəz olunan fosfat turşusu – CaHPO4,MgHPO4 , üç hidrogeni əvəz olunan Ca3(PO4)2, Mg3(PO4)2 və s. Birləşmələri üzvi maddələr parçalandıqda ayrılan turşuların təsirindən tədricən bitki tərəfindən mənimsənilir.(M.İ.Cəfərov,R.M.Quliyev – 1997).Turş və neytral torpaqlarda fosforun bütün birləşmələrinə nisbətən AlPO4, FePO4 çətin mənimsənilir,lakin bunlar Al(OH)3PO4, Fe(OH)3PO4 birləşmələrinə nisbətən daha yaxşı mənimsənilir.Beləliklə torpaqda olan fosfor həll olmasına və mənimsənilməsinə görə aşağıdakı qruplara bölünür: