Azərbaycan Respublikası Təhsil Nazirliyi Milli iqtisadiyyatın inkişafında turizm sektorunun rolu və bu sektorun dövlət tənzimlənməsi istiqamətləri Murad Şiriyev unec sabah azərbaycan Dövlət İqtisad Universiteti Elmi rəhbər



Yüklə 320,68 Kb.
səhifə32/33
tarix14.03.2022
ölçüsü320,68 Kb.
#53761
1   ...   25   26   27   28   29   30   31   32   33
iriyev-Murad

Nəticə və təklif

Beləliklə, turizm sektorunun ölkənin iqtisadiyyatına təsirləri qloballaşmanın sürətlənməsinə və turizm baxımından insanların rifah və həyat standartlarının zəruri bir hissəsi olaraq paralel artmasına səbəb olur. Turizm sektoruna daxil ediləcək sərmayə məbləği müasir dövrdə sürətlə artır və turizm sahəsinin gəlirləri artaraq iqtisadiyyatda mühüm rol oyanyır. Bu artan gəlirlərin payının müəyyən bir hissəsinə sahib olmaq üçün ölkələr daha sıx əməkdaşlıq və investisiya fəaliyyətlərini həyata keçirirlər. Bu fəaliyyətləri sağlam və səmərəli şəkildə təmin etmək üçün turizm fəaliyyətində iştirak edən iqtisadi sahələr dəstəklənməlidir və düzgün iqtisadi siyasət monitorinqi aparılmalıdır. Bu baxımdan turizmin iqtisadi təsirlərini sürətlə və giriş-çıxış analiz üsulları ilə ölçmək vacibdir. Nəticədə, turizm sektoru cari kəsirin bağlanması üçün mühüm rol oynayır və bu sektor digər sektorlarda iqtisadi artımlara və cari kəsirin bağlanmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Nəticədə, ölkə xaricindən idxal olunan neft bir ölkədə cari kəsirinin artırılmasında təsirli olsa da, xarici gəlir mənbələri cari kəsiri bağlamaqda hələ də effektivdir. Burada turizm sektoru bu gəlir mənbələrinin ən vacib elementlərindən biridir. Bir sözlə, xaricdən daha çox mal idxal edərkən, ölkədə valyuta azalmaqdadır. Bunu azaltmanın bir yolu turizm kimi xarici gəlir təmin edən sektorları dəstəkləməkdir.

Turizmin inkişafı psioxolji amildən aslı olduğundan bir çox dövlətlər müasir dövrün tələblərinə uyğun olaraq turizm sektorunun inkişafına böyük investisiyalar ayırır və müəyyən tədbirlər həyata keçirirlər. Livan hökuməti turistlərin diqqətin cəlb eləmək üçün gənc polis qızlara şort geyindirmişdir. Həmçinin Brazilya, iri şəhərlərindən olan Rioada hər il keçirilən əyləncə festivalları sayəsində dünyanın bir çox yerlərindən turist celb ede bilir. Fransa- “Eiffel Tower” ; İtaliya- “Leaning Tower of Pisa”, “Coliseum” ; Misir- “Pyramids”; Çin- “Great Wall of China” və s. bu kimi məşhur yerlər turist axınını özündə cəmləyən yerlər sayılır. Sadalanmış yerler dünyada tək olan gözəl, tarixi, möcüzəli və beynəlxalq səviyyədə brendləşdirilmiş yerlər sayılır. Ölkələrə səfər edən turistlərin ilkin təsəffürü olaraq həmin yerlərdə brendləşdirilmiş turizm sektorunun mövcud olması, özünə məxsus maraq dairəsinə malik yerlərin mövcud olması və beynəlxalq səviyyədə tanınması ölkəyə səfər edən turistlərin sayının artmasına və onlarda xüsusi marağın oyadılmasına səbəb olur. Araşdırmalara görə Azərbaycan Respublikasının xüsusi ilə də paytaxt Bakının xarici televizya kanalları vasitəsi ilə geniş bir kütləyə reklam olunması sadəcə şəhərin quruluşu ilə turistlərin ölkəyə cəlb olunması baş verir. Regional turizmin inkişaf meyyarları kimi rayonlarda tarixi abidələrin çoxsaylı mövcud olması turistlərin diqqətini daha çox çəkməkdədir.

Turizmin ölkədə inkişaf etdirilməsi üçün turizm məhsullarının müasir tələblərə uyğun olaraq hazırlanması və turistlərin istehakına verilməsi məqsədə uyğundur. Buraya müxtəlif kurort mərkəzlərinin yaradılmasını, nəqliyyat infrastrukturunun təkminləşdirilməsini, dağ xizək turizminin inkişaf etdirilməsini və s. aid etmək olar. Lakin bunlar ölkəyə gələn turistlərin yararlanmaq və görmək istədikləri ifrastrukturlardır. Hansı ki, ölkəyə gələn turistlər son 4 ildə müxtəli yarış tədbirlərinin keçirilməsi səbəbi ilə ölkəyə gələn və mövcud xidmətlərdən yararlanmağa çalışanlardır. Son 4 ildə Azərbaycan respublikasında keçirilən irimiqyaslı tədbirlər(Formula 1, İslam Həmrəyliy Oyunları, Avropa Oyunları və s.) sayəsində ölkəyə gələn xarici vətəndaşların sayı olduqca artmış və 3 milyona yaxınlaşmışdır. Lakin artıma əsas səbəb, ardıcıl illər üzrə keçirilən yarışlar zamanı ölkəyə gələn idmançlar və idman pərəstişkarları olmuşdur. Yarışlar sayəsində ölkənin beynəlxalq səviyyədə tanıdılması ilə xarici vətəndaşların ölkəyə gəlişini stimullaşdırmaq, yarışsız keçən illər üçün ölkəyə gələcək olan turist sayısının azalmasına səbəb olacaqdır. Bunun üçün xüsusi beynəlxalq səviyyəli brendləşdirilmiş turizm tədbirlərinin ölkədə reallaşdırılması bu sahənin inkişafına aparacaqdır. Buna fəlsəfi mial olaraq ölkə ərazsisndə regional monopoliya yarada biləcək, dünyada tanına biləcək və hər il sürətli turist axınını özündə cəmləyə biləcək “Sehirbaz Modeli” turizm tədbirlərinin həyata keçirilməsi inkişafın əsas amillərindən biri sayılmalıdır. Dgər tərəfdən bu modelin tətbiqi ilə yanaşı aşağıdaki bir sıra tədbirlərin reallaşdırılması inkişafa səbəb olacağı kimi ÜDM-də bu sektorun payının artmasınada səbəb olacaqdır:



  1. Turistlərə özəl xidmət göstərəcək “Rent a Car” sisteminin formalaşdırılması və bunun kütləvi şəkildə yayılmasına yönəlik tədbirlərin həyata keçirilməsi;

  2. Regionlara səfər zamanı əhəmiyyətli rola malik olan “İpək Yolu” üzərində hərəkətin ödənişli olması və bu yollarada radar sistemin azaldılaraq sürət həddinin 200 km/saat-a qədər qaldırılması;

  3. Mehmanxana tipli yaşayış yerlərinin sayının artırılması;

  4. Kurort zonalarında müasir tələblərə uğun olaraq yenidənqurma işlərinin aparılması;

  5. “Tax free”, “Asan viza” və s. bu kimi turizmin inkişafını stimulaaşdıracaq tədbirlərin və qanunvericiliklərin yaradılması;

  6. Hüquqi bazanın daha da təkminləşdirilməsi;

  7. Turizm sektorunda çalışacaq xüsusi peşəkar kadırların hazırlanması;

  8. Və ən əsas olaraq “Sehirbaz Modeli” fəlsəfəsinə əsasən turizm tədbirlərinin həyata keçirilərək turizm sahəsində yeni layihələrin yaradılması və bu layihlərə investisyaların cəlb olunması iqtisadi inkişafa səbəb olacaqdır.



Yüklə 320,68 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin