Azərbaycan Respublikası Təhsil Nazirliyi Mingəçevir Dövlət Universiteti



Yüklə 30,02 Kb.
səhifə2/3
tarix31.12.2021
ölçüsü30,02 Kb.
#49950
1   2   3
Asiman Hüseynzadə sərbəst iş .Ən yeni Azərbaycan ədəbiyyatı

Yaradıcılığı


Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır.[2][3] Onun "Əllərim" adlı ilk şeiri 1964-cü ildə "Аzərbаycаn gəncləri" qəzetində çаp оlunub. Ədibin "Bir ünvan" adlı şeir kitabı da çap olunub. M.Süleymanlının yaradıcılığını səciyyələndirən başlıca amillər ondan ibarətdir ki, əsərlərində məxsus olduğu xalqın tarixi, etnoqrafiyası, mənəvi-əxlaqi dəyərləri, vətənpərvərlik hisləri ön plandadır.[4]

M.Süleymanlının ilk nəsr kitabı yetmişinci illərin sonları çapdan çıxıb.[2] 1970-ci illərin ikinci yarısında ədibin bir-birinin ardınca hekayə və povestləri dərc edildi. "Qar", "Yanğın", "Şanapipik", "Şeytan", "Dəyirman" hekayələrindən ibarət 1979-cu ildə "Ayın aydınlığında" kitabı işıq üzü gördü. Bu hekayələr M.Süleymanlını xalqa cəmiyyət problemlərini zamanında görüb əks etdirən gözəl bir nasir kimi tanıtdı.[3] "Şanapipik", "Duzsuzluq", "Ot" yazıçının müharibə mövzusuna həsr etdiyi hekayələri sırasındadır.[4]

Ədib 1980-ci illərdən başlayaraq daha çox roman janrına müraciət etdi. "Köç", "Ceviz qurdu" "Səs" romanları çağdaş Azərbaycan romançılığının inkşafında bir pillədir.[3] "Köç"(1980) xalqın milli keçmişindən, sovet hakimiyyətinin gəlişinə qədərki taleyindən söhbət açır. Romanda təbliğ olunan başlıca ideya Azərbaycan xalqının birliyi ideyasıdır. Mövlud Süleymanlının bir sıra hekayələrində və "Köç" romanında Azərbaycan nəsri üçün yeni olan mifik təfəkkür tərzi, türk etnoqrafiyası və folklorunun ən qədim çalarları diqqəti cəlb edir. Xalq şairi Bəxtiyar Vahabzadə "M.Süleymanlıya açıq məktub"unda yazırdı:[3]



"Köç" xalqımızın yüz illərdən bəri keçib gəldiyi yolların tarixi, adət və ənənələrini qoruyub saxladığı köçəri ruhunun bədii etnoqrafiyasıdır".



"Ceviz qurdu"(1982) — 1930-cu illərin represiyalarından 80-ci illərə qədərki fasiləli tarixin xalqın həyatında buraxdığı izlərdən, milli insana vurduğu sağalmaz yaralardan bəhs edir. Müəllif roman boyu ceviz qurdunun cevizə daraşıb, onu tamam məhv etməsini təkcə ziyanvericilərə qarşı mübarizəni təsvir üçün qabartmır. Burada həmçinin geniş planda cəmiyyət ziyanvericilərinin insanların mənəvi dünyasına daraşmasını, onu getdikcə məhv etməsini göstərmək üçündür.[3]

"Səs" sovet cəmiyyətinin son durumunu əks etdirən sosial romandır.[3] Ümumilikdə yazıçı "Səs" və "Ceviz qurdu" romanlarında cəmiyyətin düçar olduğu mənəvi bəlaların necə fəsadlar törətdiyini əks etdirir. Hadisələr həm ailə-məişət çərçivəsində, həm ictimai münasibətlərdə, həm də ayrı-ayrı fərdlərin düşüncələrində cərəyan edir. Hər iki romanda rəmzi-metaforik obrazlar diqqəti cəlb edir.[2]

"Səs" romanının ikinci hissəsi kimi qələmə alınan "Günah duası" psixoloji roman kimi düşünülmüşdür. Romanda yazıçı sovet cəmiyyətinin çürüdüyünü, insanların mənəviyyatını pozduğunu göstərir.[3]

"Dəyirmаn" povesti üzrə səhnələşdirilmiş "Dəyirmаn" pyesi Hüseyn Ərəblinski аdınа Sumqayıt Dram Teatrındа (1988), "Sаtqın" əsəri "Yuğ" teаtrındа (2000) tаmаşаyа qоyulmuşdur. "Şeytаn" (1978), "Dəyirmаn" (1979) əsərlərinə görə uzun müddət tənqidə məruz qаlаn və təhlükəsizlik оrqаnlаrı tərəfindən çək-çevir edilən M. Süleymаnlı bir neçə dəfə Dövlət tərəfindən mükаfаtlаndırılmışdır. "Ömürdən qıraqda" povesti yazıçının son illərdə (2005) qələmə aldığı əsərlərdəndir.[4]



Yüklə 30,02 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin