Genetik proseslərin molekulyar mexanizmi
DNT-nin replikasiyası, rekombinasiyası və modifikasiyası. Replikasiyanın yarımkonservativ mexanizmi. DNT-nin biosintezin mexanizmi. Replikasiyanın enzimologiyası. Əsasların analoqları, mutagenezdə rolu. E.coli DNT-polimerazası. Onların ferment aktivliyi (3'-5' və 5'-3'-ekzonukleazalar), DNT-nin sintezində onların rolu. DNT-liqazalar. Topoizomerazalar. Yüksək spirallıqda rolu.
Bakterial xromosomun daimi replikasiyası. Replikon haqqinda anlayış. Plazmidlər: episomlar, bakterial faktorlar, toksiklik və rezistensiallıq faktorları.
Ali orqanizmlərdə xromosom replikasiyası. Xromosomlarda replikon çoxluğu. rRNT-də genlərin amplifikasiyası. Mitoxondri və plastidlərin genomları, replikasiyası. Maya göbələyinin avtonom-replikasiya olunan ardıcıllıqları. Molekulyar strukturlar, sentromer və telomerlər. Süni xromosomlar. Telomera və telomeraza. Telomeraza, ölümsüz hüceyrələr, xərcəngin əmələ gəlməsi.
Matritsa üzərində RNT-nin fermentativ sintezi. Virus infeksiyası zamanı RNT. Virus RNT-nin reduplikasiyası. RNT-asılılı RNT-polimeraza. Fermentin “virus” təbiəti. Bakteial virus RNT-si.
RNT-nin sintezi. Nukleotid ardicillğı və tərkibi. RNT-nin replikativ forması. RNT-nin RNT-azaya davamiyyəti. RNT-nin ayrılması, xüsusiyyətləri, komplementarlığı və "+", "-" zənciri.
Mutasiyaların molekulyar-genetik mexanizmləri. DNT-nin reduplikasiyası zamanı əmələ gələn mutasiyalar. Replikasiya zamanı purin yaxud pirimidin halqasının tautomerləşmə nəticəsində əməl gələn spontan mutasiyalar. DNT-yə brom-urasilin daxil olması nəticəsində mutasiyalar. Artan tripletlər və xromosom xəstəlikləri.
Nöqtəvi mutasiyalar. Azot turşusunun təsirindən formalaşan mutasiyalar. Nöqtəvi mutasiyaların genetik və struktur nəticələri. Insersiya və delesiya nəticəsində əmələ gələn mutasiyalar. Akridin rəngləyicilər mutagen kimi. Frameshift mutasiyası zamanı əmələ gələn genetik və struktur mutasiyalar.
DNT-nin modifikasiya və restriksiyası. Bakteriofaqların DNT-nin qlükozallaşması. DNT-nin metilləşməsi. Akseptor azot əsasları. DNT-nin metiiləşməsinin enzimologiyası. Faq və bakteri DNT-nin metilləşməsi. Prokariotların DNT-nin metilləşməsinin bioloji mahiyyəti. Qeyri-metilləşmiş DNT-nin restriksiyası, fermentlər və modifikasiyalar. Onların strukturu, ardıcıllığı haqqında genetik və biokimyəvi məlumatlar, restriktazaların spesifikliyi, təsir mexanizmi.
DNT-nin reparasiyası. İşıq reparasiyası. Qaranlıq reparasiya, DNT-N-qlikozilaza, AP-endonukleaza. Ekssizion reparasiya. Qeyri-birləşən nukleotidlərin reparasiyası. SOS-sistem. DNT-nin reparasiyasının pozulması nəticəsində insanda yaranan irsi xəstəliklər.
Genetik rekombinasiya. Bakterilərdə cinsiyyət və konyuqasiya. Episoma-cinsi faktor. Cinsi faktorun avtonom və inteqrasiya olunmuş vəziyyəti. Tra-operon – cinsi faktorun genetik strukturu. DNT-nin donordan resipienta ötürülməsi. Sayt-spesifik rekombinasiya, mexanizmi və bioloji rolu. Sayt-spesifik rekombinasiya və eukariotların genomlarının rekonstruksiyası.
Faqların və episomların transduksiya, transformasiya və rekombinasiyanın molekulyar mexanizmi. Kəsilmə-birləşmə hipotezi. Rekombinasiyanın zülal və fermentləri. DNT-nin postreplikativ reparasiyası. Rec-mutasiyalar. DNT-nin heterodupleksklərin formalaşması zamanı korreksiya.
Transkripsiya. Məlumat RNT-nin kəşfi. Bakteriofaqların inkişafı zamanı yeni RNT-nin tərkibi. T-faqların inkişafı zamanı ilkin və sonrakı mRNT-ri.
Operon və polisistron mRNT. Bakterilərdə RNT-nin prossesinqi. R RNTaza. Polinukleotidfosforilazanın köməyi ilə poliribonukleotidlərin qeyri-matriks sintezi.
RNT-nin matriks sintezi. Inisiasiya, elonqasiya və terminasiya. Antibiotiklər transkripsiyanın inhibitorları kimi.
Jakob və Mono – klassik operon sxemi. Induksiya və repressiya. Laktoza operonun repressoru. Effektorlar. Operonun genetik ğyrənilməsi. Operator. Bakterial genlərinin promotor strukturu. Operonların birləşməsi. Arabinoz operonun pozitiv reduksiyası. Katabolik repressiya. Tsiklik AMF. Antimənalı RNT.
rRNT və zülalların sintezinin tənzimlənməsi. rRNT-nin ilkin strukturu – transkripsiya vahidi kimi. Eukariotlarda transkripsiyanın tənzim olunması. RNT-polimerazanın üç tipi, promotorların struktur təşkili. Enxanser və saylenserlər.
Genlərin tənzim edən sahələr. Hormonların təsir mexanizmi. Protoonkogenlər və transkripsiyanın tənzim olunması. Orqanizmin inkişafını təmin edən genlər, strukturu və xüsusiyytələri. Xromosomlarda DNT-nin təşkili səviyyələri.
Eukariotların mRNT-nin nəhəng başlanğıclarının prosessinqi. Intronların kəsilməsi – splaysinq. poliA 3'- ucun və 5'-metil-quanil qrupun formalaşması. Kiçik nüvə RNT formalaşması. Splaysoma. Alternativ splaysinq və genlərin ekspressiyasında onun rolu. Öz-özünə splaysinq. Transsplaysinq. RNT redaktəsi.
Dönən transkripsiya – RNT üzərində DNT-nin sintezi. Genom təkamülündə dönən transkripsiyanın rolu. Psevdogenlər.
Translyasia. nRNT-nin və akseptorlaşma prosesinin kəşfi. nRNT xüsusiyyətləri: uzunluğu, üc qrupları, universal 3’-uclu ardıcıllıq. Aminoasilin akseptorləşməsi. nRNT-nin CCA-ucu. Akseptorləşmə prosesində iştirak edən fermentlər.
Aminoatsil-nRNT-si – ribosomlara aminturşusunun çatdırılması üçün. Individual nRNT. nRNT spesifikliyi. Fermentləri.
Genetik kodun eksperimental açıqlanması. Kod münasibəti, kodonlar, kodonların üst-üstə düşməsi və s. nöqtəvi mutasiyalar kodonların bir-birinin üstünə düşməməsinin eksperimental dəlili. Akridin rəngləciyilərlə formalaşmış mutasiyalar vasitəsilə kodun tripletliyinin sübutu.
Hüceyrəsiz zülal-sintez edən sistemi və komponentləri, ribosomalr, matriks mRNT, aminoatsil nRNT, zülal faktorlar. Ribosomların funksional mərkəzləri. 30S subvahidində birləşən mRNT sahəsi. Ribosomların iş prinsipi.
Translyasiya mərhələləri: inisiasiya, elonqasiya və terminasiya. Inisiasiya edən kodonlar. Zülal faktorları. Ilkin kompleksin formalaşması. Ilkin peptid rabitəsinin formalaşması. Eukariotik sistemdə inisiasiya. Aminoatsilin polimərləşməsi, elonqasiya. Aminoatsil-nRNT-nin ribosoma daxil olunması. Translokasiya. Translyasiyanın iş prinsipi. Terminasiya, kodonları, zülal faktorları.
Postranslyasiya və ko-translyasiya dəyişkənliyi. Siqnal ardıcıllıqları, hissəvi proteoliz və zülalın kimyəvi modifikasiyası. Gen aktivliyində zülallın fosforlaşmasının rolu. Membran sisteində zülalın nəqli. Molekulyar şaperon.
Dostları ilə paylaş: |