Telefazada ( yunanca- telos-son; fazis- yaranma deməkdir). Xromosom tellərinin despiralizasiyası davam edir və xromosomlar tədricən profazada olduğu vəziyyətdə çox nazik və uzun olurlar. Hər qrup xromosom ətrafında nüvə qabığı əmələ gəlir, nüvəcik formalaşır. Bu vaxt sitoplazmanın bölünməsi qurtarır və hüceyrə qabığı meydana çıxır. Hər iki yeni qız hüceyrələr interfaza dövrünə başlayır. Bütün mitoz prossesi 1-2 saat müddətində keçir, onun müddəti hüceyrənin bölünməsi, yüksək temperaturanın, müxtəlif narkotiklərin, yüksək dozada radiasiyanın və bütün zəhərlərin təsirindən ləngiyə bilər. Hüceyrənin mitotik (sikli) bölünməsi yüksək dərıcədə dəqiqliyi və təkmilliyi ilə fərqlənirlər. Mitozun mexanizmi orqanizmlərin milyon illərdə təkamül inkişafı müddətində yaranmış və təkmilləşdirilmlşdir.
Sitokinez.Nüvə bölünəndən sonra sitoplazma da iki yerə bölünür və bunun nəticəsində iki qiz hüceyrələr əmələ gəlir. Bu proses heyvan hüceyrələrində ekvator səthində şırımın əmələ gəlməsi və bu şırımın get-gedə dərinləşib sitoplazmanı iki yerə bölməsi ilə nəticələnir. Bitki hüceyrəsində isə ekvator səthinin mərkəzindən (berefiriya) ətrafa doğru fraqmoplast adlanan iy təbiətli arakəsmə əmələ gəlir. Belə fərziyyə var ki, mitoxondrilər və plastidlər hüceyrədə bölünmə yolu ilə çoxalır. Ümumiyyətlə, orqanoidlərin çoxalma mexanizmi haqqında tam məlumat yoxdur. Sitokinez zamanı orqanoidlərin qız hüceyrələr arasında paylanması qanunauyğun şəkildə getmir. Bu prosesi idarə edən xüsusi mexanizm yoxdur. Orqanoidlərin qız hüceyrələr arasında təsa-düfi bölünməsi hüceyrənin həyat fəaliyyətini pozmur, lakin bu hal onların sayının çox olması ilə bağlıdır. Mitotik tsiklin müddəti orqanizmin növündən, onun fizioloji vəziyyətindən, toxumanın tipindən, xarici faktorlardan {temperatur, işıq rejimi və s.) asılı olaraq 30 dəqiqədən 3 saata qədər davam edir. Hüceyrəni bölünməyə vadar edən səbəblər dəqiq məlum deyil, lakin belə hesab edirlər ki, nüvə ilə sitoplazmanın həc-minin nisbətinin pozulması buna səbəb ola bilər. Hüceyrə böyüdükcə sitoplazmanın həcmi nüvə qılafının həcmindən daha tez böyüyür və elə bir an əmələ gəlir ki, hücey-rənin böyüməsi üçün nüvənin səthi nüvə ilə sitoplazma arasında maddələr müba-diləsinin normal getməsinə mane olur, bu da hüceyrə nüvəsinin bölünməsinə səbəb olur.
Mitozdan başqa digər bölünmə tipləri də məlumdur: Onlar bir qayda olaraq xüsusi funksiyalara məxsus olan toxumalarda baş verir. Bunların bəzilərinə nəzər yetirək: amitoz, endomitoz, politeniya