Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universitetinin Kolleci İstehsalat Təcrübəsi Hesabat



Yüklə 134,25 Kb.
səhifə1/4
tarix22.05.2023
ölçüsü134,25 Kb.
#119815
  1   2   3   4
torpaq islahati haqqinda



Azərbaycan Respublikası Təhsil Nazirliyi
Qərbi Kaspi Universitetinin Kolleci
İstehsalat Təcrübəsi
Hesabat


Tələbə : Eyvazov Fərid
İxtisas : Yerquruluşu və torpaq müfəttişliyi
Qrup : 304
Mövzu: Torpaq islahatları
Tədris ili : 2022-2023
Müəllim : Aydəmirova Gövhər
Bakı -2023

PLAN


1. TORPAQ İSLAHATLARI HAQQINDA.
2. TORPAQ ÜZƏRİNDƏ MÜLKİYYƏT FORMALARI
3. TORPAQ MÜLKİYYƏTÇİLƏRİNİN HÜQUQLARININ TƏNZİMLƏNMƏSİ
 4. İSLAHATIN TƏMİNATI


Torpaq islahatı haqqında
Bu Qanun Azərbaycan Respublikasında torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edir.
ÜMUMİ MÜDDƏALAR.
1. Torpaq islahatının məqsədi və vəzifələri
Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir.
Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.
2. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Aqrar islahatının əsasları haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən və digər normativ aktlardan ibarətdir.
3. Torpaq islahatının obyekti
Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur.
Torpaq islahatı zamanı vahid torpaq fondunda:

  • dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları);

  • bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları);

  • xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir.

4. Torpaqların xüsusi mülkiyyətə və istifadəyə verilməsi
Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. [1]
5. Torpaq islahatının aparılması şərtləri
Torpaq islahatı aparılarkən aşağıdakı şərtlərə əməl edilir:

  • ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınması;

  • torpaqlardan təyinatı üzrə istifadə edilməsi;

  • ətraf mühitin mühafizəsinin təyin edilməsi;

  • torpaq islahatının yerquruluşu layihələri əsasında aparılması.




Yüklə 134,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin