Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universitetinin Kolleci İstehsalat Təcrübəsinin hesabatı


Virus xəstəlikləri haqqında ümumi məlumat



Yüklə 1,06 Mb.
səhifə5/7
tarix02.06.2023
ölçüsü1,06 Mb.
#123738
1   2   3   4   5   6   7
Axundova Fatimə istehsalat hesabatı

Virus xəstəlikləri haqqında ümumi məlumat.
Viruslar hüceyrə quruluşuna malik olmayan zülal təbəqəsindən, DNT və ya RNT zəncirindən ibarət, həddən artıq kiçik ölçülərə malikdir (millimetrin milyonda bir hisssəsinə qədər). Viruslar hüceyrə membranına malik deyil. Hüceyrə şirəsi tərkibində çox sürətlə çoxalaraq orqanların funksional proseslərində və biokimyəvi reaksiyalarda pozğunluq yaradır. Fizioloji proseslərə təsir etməklə bitki orqanizmində patoloji hallar (deformasiya, nekroz, xloroz, spirallaşma, müxtəlif alabəzəklik və ləkəliklər) yaradır. Əksər hallarda bitkinin məhsuldarlığını və keyfiyyətini aşağı salır.
Viruslar yalnız canlı toxuma və hüceyrələrdə aktiv ola bilirlər. Adi şəraitdə yaşama qabiliyyətini tez itirir. Bir bitkidən digərinə bitki şirəsi, su damlaları, zərərverici və xəstəliklər, müxtəlif canlılar vasitəsi ilə kontakt təsirlərlə yayılır. Aralıq keçiriciləri bitki şirəsi ilə qidalanan, sorucu ağız aparatına malik olan gənələr, tripslər, mənənələr və b. zərərli orqanizmlərdir. Xəstə bitkinin şirəsi ilə həşaratın xortumuna və bədəninə daxil olan virus orada bir müddət yaşayır. Bir bitkidən digər bitkiyə keçir və sağlam bitki üzərindən şirə sormaqa başlayan həşarat bədənində olan virusu ona keçirir. Beləliklə, aralıq keçiricilərinin yardımı ilə viruslar geniş sahələrə yayıla bilir.
Viruslar bitkilərə mexaniki zədələrdən, calaq alətlərindən və toxunma vasitəsilə keçə bilir. Onların uzun müddət yerüstü hissəsi ölmüş, lakin kök sisteminin canlı hüceyrələrinin tərkibində qala bilir. Bitkilərin yarımçürümüş hissələrində, çoxillik alaqların kök sistemində, kök yumrularında, soğanaqlarda 3-4 ilə qədər həyatilik qabiliyyətini saxlayır. Saxlayıcılarda və quru meyvələrdə 35-50 ilə qədər yaşaya bilir.
V
irus xəstəliklərinin əlamətlərinin müxtəlif olmasına baxmayaraq, başlıca olaraq, nekroz (rəngsizləşmə), xloroz (yaşıl rəngin itməsi), saralma, mozaika və alabəzəklik kimi meydana çıxır.
Virusla sirayətlənmiş bitkini müalicə etmək mümkün olmadığı üçün infeksiya mənbəyi kimi çıxdaş olunmalıdır. Virus xəstəlikləri bitki orqanlarını diffuz yolla yoluxdurur. Xəstə bitkilər öldükdən sonra onun çürüntülərində virus öz həyatilik qabiliyyətini uzun müddət saxlaya bilir.
Meyvə, giləmeyvə, üzüm və texniki bitkilər üzərində çoxlu sayda növ müxtəlifliyi ilə seçilən virus xəstəlikləri aşkar edilmişdir.

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin