Quşların mənşəyi və təkamülü
Quşların mənşəyinə dair paleontoloji material azdır. Quşlar sürünənlərdən əmələ gəlmişdir. Quşları sürünənlərlə bağlayan əlamətlər orqanizmin əsas quruluş sistemini əhatə edir (skelet, dəri və dəri örtüyü, hiss üzvləri və s. Trias dövründə yaşamış arxeozavrlar adlı qədim sürünənlərdən psevdozuxilər əmələ gəlmişdir. Psevdozuxilər klərtənkələ formalı heyvanlar olub, skeletləri quş skeletinə oxşar olmuş, arxa ətrafları üstündə hərəkət etmişlər.
Güman edilirki bəzi psevdozuxilər tədricən meşə həyatına keçərək bir ağacdan başqasına tullana biliblər. Tədricən onların pulcuğu lələk kimi uzanmağa başlamış, əzələ sistemi, bədən örtüyünün sonrakı inkişafı onlara əvvəlcə süzmə uçuşu etməyə, sonra isə qanad çalmaqla uçmağa imkan vermişdir.
Quşların burbaşa əcdadı olmuş reptillər yura dövründə yaşaya bilərdilər. Əldə olan ən qədim faktik material 150 milyon il qabaq yaşamış arxeopteriksə aiddir. Yura dövrünə aid qazıntıdan arxeopteriksin lələklərinin skeletinin izi tapılmışdır. O, təqribən sağsağan boyda heyvan olub. Onun 20 fəqərədən ibarət uzun quyruğu olmuşdur, hər fəqərənin yanlarına bir cüt sükan lələyi birləşmişdir. Lələk örtüyü yaxşı olubdur, amma ön ətrafda caynaqla təchiz olunmuş 3 barmaq qalmış və ağacdan tutmağa xidmət etmişdir. Körpücük sümükləri müasir qşda olduğu kimi, birləşib çəngə əmələ gətirmiş, kürək sümüyü nizə formalıdır. Lakin döş sümüyündə til yoxdur. Arxa ətrafları sadə quş ayağı kimi olub. Sürünənlərin çoxu kimi arxeopteriksin də qarın qabırğaları varmış. Onun kəlləsi sürünənlərin kəlləsinə oxşayır. Alt və üst çənə sümüklərində xüsusi alviollarda dişləri varmış.
Son tədqiqtlar isbat etmişdirki, arxeopterisin məməlilərin əcdadına daha çox yaxın olan Selurozavrların bir qoludur. Onu quşa oxşadan esas əlamət lələk örtüyü heab edilir. Lakin sürünənlərin təkamülündə lələk örtüyün əmələ gəlməsi neçə dəfə olmuşdur.
3
Təsnifat
Dostları ilə paylaş: |