Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti Məmmədli Ülviyyə Sərbəst iş



Yüklə 92,49 Kb.
səhifə1/4
tarix21.04.2022
ölçüsü92,49 Kb.
#55943
  1   2   3   4
referat 3547


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

Məmmədli Ülviyyə



Sərbəst iş: Keçisağankimilər dəstəsi

SDU-2014

Giriş

Azərbaycan Respublikasında quşların 18 dəstəsi, 58 fəsiləsi,187 cinsi və 366 növü müəyyən edilib. Quşların mövsümi yerləşməsi və məskunlaşması müxtəlifdir.. Onlar bütün landşaft qurşaqlarında məskunlaşır və yuvalayır. Tədqiqatlara əsasən deyə bilərikki, Azərbaycandakı quşların 33 % imonotipikdir,yəni yarımnövü yoxdur. Respublikamızın faunasına dair olan 243 növ politipik quşlar 302 yarımnövdən ibarətdir. Monotipik quşlarla birgə götürsək Azərbaycan quşlarının müxtəlifliyi 424 növ və yarımnövdən iarətdir. Bu quşların 141 növü oturaq, 108 növü nəsil vermək üçün, 51 növü qışlamaq üçün gələnlər, 49 növü miqrasiya dövründə olanlar və 16 növü azıb gələnlərdir.

Respublikamızdakı quşların ekoloji qruplaşması ekoloji qruplaşması da özünə məxsusdur. Su-bataqlıq quşlarının üstün olması, ilk növbədə qışlayan, ötüb keçən və azıb-gələn növlərin hesabınadır. Bu qrupda yuvalayan növlər azdır. Ağac-kol quşları arasında oturaq və köçəri yuvalayan növlər daha çoxdur. Açıq sahələrin sakinlkəri arasında da yuvalayanlar daha çox üstünlük təşkil edirlər.

Quşların yayılmasında şaquli zonallıq aydın nəzərə çarpır. Onlar dağətəyi düzənliklərdə daha çox məskunlaşır. Dağ-meşə qurşağında ornitofauna nəzərəçarpacaq dərəcədə kasıbdır. Yüksək dağlarda yanlız 70-ə yaxın növ qeydə alınıb. Burada oturaq həyat tərzi keçirən quşlar ( saqqalı quzugötürən, ular, alp dolaşası, mərciməkquşu, adi qarquşu istisna olmaqla) qışın düşməsi ilə daha aşağılara xüsusən də sərt və qarlı qışda düzən sahələrə köçürlər. Onagörə bu quşların oturaqlığı şərti xarakter daşıyır.

Azərbaycanın ornitofaunasında Palearktikanın – xüsusəndə Avropanın, Aralıq dənizi sahillərinin endemik növlərini, Sibirin və başqa regionların quş növlərini görmək olar.

2


Yüklə 92,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin