Azərbaycan Respublikası



Yüklə 1,23 Mb.
səhifə8/41
tarix28.12.2021
ölçüsü1,23 Mb.
#17004
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   41
Misal 5. 27 mart 2009-cu il tarixdə 54 yaşlı kişi 20 il ümumi sığorta stajının tamam olduğu və bu müddətin 13 il 8 ayını Bibiheybət neft və qaz çıxarma idarəsində dəniz şəraitində buruqlara xidmət üzrə çilingər peşəsində işlədiyi nəzərə alınmaqla Qanunun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra Fond) rayon şöbəsinə müraciət etmişdir.

Sığortaolunanın 13 il 8 ay dəniz şəraitində işlədiyi buruqlara xidmət üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Siyahı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin 1-ci bəndinin 1100000a-18497 yarımbəndində nəzərdə tutulmasına və tələb olunan xüsusi sığorta stajına malik olmasına baxmayaraq, əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan 20 il ümumi sığorta stajını “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi tarixdən sonra, 27 mart 2009-cu il tarixdə qazandığı üçün onun bu Qanunun 9.1-ci maddəsinə əsasən əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş (sosial sığorta) stajı yoxdur.

2.2. Yaşa görə əmək pensiyası Qanunla müəyyən edilmiş aşağıdakı qaydada və məbləğdə təyin edilir.

2.2.1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

2.2.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir:

SH = PSK/T, burada:

SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;

PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla);

T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

2.2.3. Qanunun 27–ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır.




Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin