AZƏrbaycan respublikasi adindan q ə r a r d a d sumqayit apellyasiya məHKƏMƏSİNİn müLKİ kollegiyasi



Yüklə 20.12 Kb.

tarix10.06.2017
ölçüsü20.12 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə R A R D A D

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİNİN

MÜLKİ KOLLEGİYASI

27 oktyabr 2016-cı il

№ 2(105)-216/2016

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu

sədrliyi və məruzəsi ilə, hakimlər Rəhimov Elman Gülbaba oğlu və Məmmədova Lətifə Məhyəddin

qızından ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə,

İddiaçılar Vəliyev Rövşən Polad oğlunun, Şirinov İsrafil Şahniyar oğlunun, Hüseynov

Kəmaləddin Bəxtiyar oğlunun cavabdeh Məmmədov Telman Qəyyum oğluna qarşı torpaq sahəsinin

boşaldılması və həmin ərazidə inşa olunmuş tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt

Apellyasiya Məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsində olan yanlışlığın aradan

qaldırılmasına Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında

baxaraq,


MÜƏYYƏN ETDİ

Abşeron rayon məhkəməsinin 20 fevral 2015-ci il tarixli qətnaməsi ilə (hakim İ.Kərimli)

iddianın təmin edilməsi, Abşeron rayonu Məmmədli kəndində yerləşən və Vəliyev Rövşən Polad

oğlunun, Şirinov İsrafil Şahniyar oğlunun və Hüseynov Kəmaləddin Bəxtiyar oğlunun

mülkiyyətində olan, müvafiq olaraq 0,04 ha, 0,03 ha və 0,03 ha torpaq sahələrində qanunsuz inşa

edilmiş tikililər cavabdeh Məmmədov Telman Qəyyum oğlunun hesabına sökülərək torpaq sahələri

boşaldılması və iddiaçılar Vəliyev Rövşən Polad oğlunun, Şirinov İsrafil Şahniyar oğlunun və

Hüseynov Kəmaləddin Bəxtiyar oğlunun qanuni sahibliyinə qaytarılması, qətnamə qanuni qüvvəyə

minədək Abşeron rayon məhkəməsinin 03 aprel 2014-cü il tarixli qərardadı ilə iddianı təmin tədbiri

kimi iddiaçıların mülkiyyətində olan torpaq sahələrində cavabdeh Məmmədov Telman Qəyyum

oğluna və qeyrilərinə tikinti işlərinin aparılmasının qadağan edilməsinin qüvvədə saxlanılması,

ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq, iddiaçılara

verilməsi qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh

Məmmədov Telman Qəyyum oğlunun apellyasiya şikayətinin təmin edilməsi, Abşeron rayon

məhkəməsinin 20 fevral 2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul

edilməsi, iddiaçılar Vəliyev Rövşən Polad oğlu, Şirinov İsrafil Şahniyar oğlu və Hüseynov

Kəmaləddin Bəxtiyar oğlu cavabdeh Məmmədov Telman Qəyyum oğluna qarşı Abşeron rayonu,

Məhəmmədli kəndi ərazisində Zabrat-Pirşağı yolun sağ tərəfində sahəsi 0.10 hektar olan torpaq

sahəsinin boşaldılması və həmin ərazidə cavabdeh tərəfindən aparılan tikintinin sökülməsinə dair

iddia tələbinin rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat iddiaçılar Vəliyev

Rövşən Polad oğlundan, Şirinov Əisrafil Şahniyar oğlundan və Hüseynov Kəmaləddin Bəxtiyar

oğlundan müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı

Agentliyi, kod: 210005, VÖEN 1401555071, Muxbir hesab: AZ41NABZ01360100000000003944,

SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, hesab

AZ34CTRE00000000000002088501) hesabına və mütəxəssis tədqiqatının dəyəri olan 60 (altmış)

manat alınaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin (Kapital Bankın 1s

Xətai filialı kod 200071, VÖEN 9900003611, Muxbir hesab AZ37NABZ01350100000000001944,

S.W.I.F.T BIK AIIBAZ 2X, hesab nömrəsi AZ23AIIB38030019443701778107, VÖEN

1302005671) hesabına köçürülməsi qər edilmişdir.

Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin

14 iyun 2016-cı il tarixli qətnaməsinin təsviri hissəsində tərəflərin nümayəndələri İsmayılov Ramiz

Bəhrəm oğlu və İsgəndərov Coşqun İbad oğlunun izahatlarında səsləndirdikləri ifadələrdə


2

yanlışlıqlara yol verilmişdir.

Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən

şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə qətnamədə

buraxılmış yanlışıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə

iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar

edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 14

iyun 2016-cı il tarixli qətnaməsində olan yanlışlıq düzəldilməli, işdə iştirak edən şəxslərin

izahatlarında “iddiaçı Vəliyev Rövşən Polad oğlunun nümayəndəsi İsmayılov Ramiz Bəhrəm oğlu

apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə

kollegiyasından xahiş etdi” ifadəsi “iddiaçı Vəliyev Rövşən Polad oğlunun nümayəndəsi İsmayılov

Ramiz Bəhrəm oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin

edilməməsini məhkəmə kollegiyasından xahiş etdi” ifadəsi kimi, “cavabdehin nümayəndəsi

İsgəndərov Coşqun İbad oğlunun izahatı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya

şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi” ifadəsi “cavabdehin

nümayəndəsi İsgəndərov Coşqun İbad oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya

şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi” ifadəsi kimi oxunmalıdır.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 228.2 və 228.3-cü maddələrini

rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə R A R A A L D I :

Sumqayıt Apellyasiya Məhkəməsinin 14 iyun 2016-cı il tarixli qətnaməsinin işdə iştirak edən

şəxslərin izahatları hissəsində “iddiaçı Vəliyev Rövşən Polad oğlunun nümayəndəsi İsmayılov

Ramiz Bəhrəm oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini

məhkəmə kollegiyasından xahiş etdi” ifadəsi “iddiaçı Vəliyev Rövşən Polad oğlunun nümayəndəsi

İsmayılov Ramiz Bəhrəm oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin

edilməməsini məhkəmə kollegiyasından xahiş etdi” ifadəsi kimi, “cavabdehin nümayəndəsi

İsgəndərov Coşqun İbad oğlu apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin

edilməməsini məhkəmə kollegiyasından xahiş etdi” ifadəsi isə “cavabdehin nümayəndəsi İsgəndərov

Coşqun İbad oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini

məhkəmə kollegiyasından xahiş etdi” ifadəsi kimi oxunsun.

Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya

Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya



şikayəti verilə bilər.

Sədrlik edən: imza

Hakimlər: imzalar

Əsli ilə düzdür

Hakim

Səyyad Qafari

3

Sədrlik edən

Səyyad Qafari

Hakimlər

Elman Rəhimov

Lətifə Məmmədova





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə