AZƏrbaycan respublikasi adindan q ə t n a m ə sumqayit apellyasiya məHKƏMƏSİ 09 iyul 2015-ci IL



Yüklə 46.7 Kb.
Pdf просмотр
tarix11.06.2017
ölçüsü46.7 Kb.

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Q Ə T N A M Ə

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ

09 iyul 2015-ci il

İŞ № 2(105)-1009/2015

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu

(sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət

tərkibdə, məhkəmə iclas katibi Bədəlova Leyla Elman qızının, iddiaçı Həsənova Sənubər Hüseyn qızının,

onun nümayəndəsi Yusubov Xətai Niyabi oğlunun, cavabdeh Həsənov Ramiz Qulu oğlunun nümayəndəsi

Allahverdiyev Sahil Allahverdi oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü

şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət

Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi Cəfərov Asim Rasim oğlunun iştirakları ilə açıq

məhkəmə iclasında

Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli, 2(060)-7032/2014 saylı qətnaməsindən

iddiaçı Həsənova Sənubər Hüseyn qızının nümayəndəsi Yusubov Xətai Niyabi oğlunun apellyasiya şikayətinə

əsasən işə apellyasiya qaydasında baxaraq



M Ü Ə Y Y Ə N E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli, 2(060)-7032/2014 saylı qətnaməsi ilə

(sədrlik edən, hakim İlyas Mahmudov) iddiaçı Həsənova Sənubər Hüseyn qızının cavabdeh Həsənov Ramiz

Qulu oğluna qarşı özəlləşdirmənin ləğvi və çıxarışın etibarsız hesab olunması iddiasına dair mülki iş üzrə

iddia təmin edilməmiş, iddiaçının nümayəndəsi Yusubov Xətai Niyabi oğlu qətnamədən apellyasiya şikayəti

vermişdir.



İŞİN HALLARI:

Mülki işin materiallarından görünür ki, 28 avqust 2014-cü il tarixdə iddiaçı məhkəmədə cavabdehə

qarşı özəlləşdirmənin ləğvi və çıxarışın etibarsız hesab olunması barədə iddia qaldırmış və tələblərini onunla

əsaslandırmışdır ki, o, cavabdeh Həsənov Ramiz Qulu oğlunun övladı Həsənov Rəşad Ramiz oğlu ilə 15

oktyabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Sumqayıt şəhəri, 41-ci məhəllə, 1B saylı

evin 30 saylı mənzilinə gəlin köçmüşdür. Həsənov Rəşad Ramiz oğlu ilə birgə nikahlarından 25 dekabr 2000-

ci il tarixdə Emin adlı oğlu anadan olmuşdur. O, cavabdeh və digər ailə üzvləri ilə birlikdə uzun illər

mübahisəli mənzildə yaşayaraq, birgə təsərrüfat idarə etmişlər. Lakin 26 dekabr 2009-cu il tarixdə əri

Həsənov Rəşad Ramiz oğlu xəstəlikdən vəfat etmişdir. Dövlət mənzil fonduna daxil olan Sumqayıt şəhəri, 41-

ci məhəllə, 1B saylı evin 30 saylı mənzilin əsas kirayəçisi 1037 saylı 24 avqust 1987-ci il tarixli orderə əsasən

cavabdeh Həsənov Ramiz Qulu oğlu olmuşdur. 19 iyun 2008-ci il tarixdə mənzil bütün ailə üzvlərinin, o

cümlədən onun əri Həsənov Rəşad Ramiz oğlunun razılığı ilə cavabdehin adına özəlləşdirilmişdir. Mənzil

özəlləşdirilərkən o da faktiki olaraq həmin ünvanda yaşayırdı və oğlunun 8 yaşı var idi. Hazırda isə həmin

mənzildə o, oğlu Emin, qayınatası Ramiz Həsənov, qayınanası Ruqiyyə Həsənova və qaynı Oktay Həsənov

yaşayırlar. Əri vəfat etdikdən sonra cavabdeh Həsənov Ramiz Qulu oğlu və arvadı Həsənova Ruqiyyə Səlim

qızı onunla yola getməmiş, mənzil hüququnu pozmağa başlamış, ona oğlu Eminlə birgə həmin mənzildən

normal istifadə etmələrinə imkan verməmiş, müxtəlif maneçiliklər törətmişlər. Halbuki mənzilə onun da

hüquqları vardır. Buna görə də Sumqayıt şəhəri, 41-ci məhəllə, 1B saylı evin 30 saylı mənzilin

özəlləşdirilməsinin ləğv edilməsini və mənzilə dair Həsənov Ramiz Qulu oğlunun adına verilmiş çıxarışın

etibarsız hesab olunmasını xahiş etmişdir.

Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir.

APELLYASİYAŞİKAYƏTİNİN DƏLİLLƏRİ,

İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARI:


İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsini

qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün

tətbiq etməmiş, işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə düzgün qiymət verməmişdir. Bu qətnamə ilə

iddiaçının maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işə baxarkən Azərbaycan Respublikasının

MPM-nin, Konstitusiyanın və Beynəlxalq konvensiyaların bir çox müvafiq maddələrinin tələblərini düzgün

tətbiq etmədiyi üçün qətnamə qanunsuz və əsassızdır. İddiaçı, cavabdeh olan qayınatası Ramiz Qulu oğlu

Həsənovun oğlu Rəşad Həsənovla 15 oktyabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş və

mübahisəli Sumqayıt şəhəri, 41-ci məhəllə, 1B saylı evin 30 saylı mənzilinə gəlin köçmüşdür. İddiaçının

Həsənov Rəşad Ramiz oğlu ilə birgə nikahlarından 25 dekabr 2000-ci il tarixdə Emin adlı uşaqları anadan

olmuşdur. Onlar mübahisəli mənzildə cavabdehlə və digər ailə üzvləri ilə uzun illər bir yerdə yaşayaraq birgə

təsərrüfat idarə etmişlər. 26 dekabr 2009-cu il tarixdə iddiaçının əri qara ciyərin serrozu xəstəliyindən vəfat

etmişdir. Dövlət mənzil fonduna daxil olan mübahisəli mənzilin əsas kirayəçisi 1037 saylı, 24 avqust 1987-ci

il tarixli orderə əsasən cavabdeh olmuşdur. Bütün ailə üzvlərinin, o cümlədən iddiaçının ərinin razılığı ilə

mənzil 19 iyun 2008-ci il tarixdə cavabdehin adına özəlləşdirilmişdir. Mənzil özəlləşdiriləndə iddiaçı, faktiki

olaraq həmin mənzildə yaşayırdı və oğlu Eminin 8 yaşı var idi. Hazırda mənzildə iddiaçı, oğlu Emin,

qayınatası, qayınanası və qaynı Oktay yaşayır. Həyat yoldaşının vəfatından bir müddət keçəndən sonra

cavabdeh və qayınanası Həsənova Ruqiyyə Səlim qızı iddiaçı ilə yola getməmiş, mənzil hüququnu pozmağa

başlamışdılar. Qayınanası iddiaçının mənzildən istifadə hüququnu daim kobud şəkildə pozur, iddiaçıya və

uşağına rahat yaşamağa imkan vermir, hətta artıq 14 yaşı olan uşağına da əhəmiyyət verməyərək onu döyür,

onun evdə rahat oturmağına, mətbəxdən, kommunal sahələrdən normal istifadəsinə maneçilik törədir.

Qayınatası olan cavabdeh də bütün bunlara göz yumur, qayınanasına heç bir ciddi irad tutmur, mane olmur və

bununla da iddiaçının və uşağının sıxışdırılmasına kömək edir.

Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə

qətnamə çıxarılması xahiş olunmuşdur.

İddiaçı Həsənova Sənubər Hüseyn qızı və onun nümayəndəsi Yusubov Xətai Niyabi oğlu məhkəmə

iclasında apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahatlar verdilər və birinci instansiya məhkəməsinin

qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər.

Cavabdeh Həsənov Ramiz Qulu oğlunun nümayəndəsi Allahverdiyev Sahil Allahverdi oğlu məhkəmə

iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin

dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi.

Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü

şəxs qismində işdə iştirak etməyə cəlb olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət

Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi

Cəfərov Asim Rasim oğlu apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə

qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin olunmadan saxlanılmasını xahiş etdi və əlavə

olaraq göstərdi ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, 1B saylı evin 30 saylı mənzili özəlləşdirilərkən heç bir

qanun pozğunluğuna yol verilməmiş, mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin

razılığı ilə mənzil Həsənov Ramiz Qulu oğlunun adına özəlləşdirilmişdir.

Cavabdeh Həsənov Ramiz Qulu oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə

xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-

nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin

dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə

əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.



HÜQUQİ MƏSƏLƏLƏR:

İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin etməyərkən,

mübahisəli mənzilin özəlləşdirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməməsinə, mənzilin

özəlləşdirilməsinin ləğv edilməsi üçün heç bir hüquqi əsasın olmamasına istinad etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni, əsaslı və

ədalətli olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur.

Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi

birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən

2


hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona

etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya

şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini

yoxlayır.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti iş

üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində ifadə olunmuş dəlillərə

əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı

tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq

normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.

İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov

Rəşad Ramiz oğlu ilə Hüseynova Sənubər Hüseyn qızı 15 oktyabr 1999-cu il tarixdə nikahlarını bağlamışlar.

İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Həsənov Rəşad Ramiz

oğlu ilə Həsənova Sənubər Hüseyn qızının nikahından 25 dekabr 2000-ci il tarixdə Həsənov Emin Rəşad

oğlu anadan olmuşdur.

İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin

Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, 0023994 saylı Hüquqların dövlət qeydiyyatı

haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 41-ci

məhəllədə istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 1B nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 3-

cü mərtəbəsində yerləşən 53,75 kv.m ümumi, 35,68 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 30 nömrəli

mənzil tam mülkiyyət hüququ üzrə Həsənov Ramiz Qulu oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində

69 nömrəli reyestr kitabının 111 nömrəli vərəqində 19 iyun 2008-ci il tarixdə qeydiyyata alınmışdır.

İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İstehsalat

İstismar Birliyinin 12 saylı MİS tərəfindən verilmiş 2271 saylı, 29 iyun 2015-ci il tarixli 2 saylı forma üzrə

arayışdan görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, 1B saylı evin 30 saylı mənzilində Həsənov Ramiz Qulu

oğlu, onun arvadı Ruqiyyə Həsənova, oğlu Oktay Həsənov, anası Sədaqət Həsənova, gəlini Sevda Həsənova,

nəvəsi Rəşad Həsənli, gəlini Sənubər Həsənova və nəvəsi Emin Həsənov daimi qeydiyyatdadırlar.

Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin

yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsindən tələb edilərək işə əlavə

olunmuş Sumqayıt şəhəri, 41-ci məhəllə, 1B saylı evin 30 saylı mənzilin özəlləşdirilməsinə dair sənədlərin

surətindən görünür ki, yaşayış sahəsinin dəyişdirilməsinə dair 1037 saylı, 24 avqust 1987-ci il tarixli orderə

əsasən həmin mənzil 5 nəfər ailə tərkibində (özü, arvadı Ruqiyyə Həsənova, oğlu Rəşad Həsənov, oğlu Oktay

Həsənov və nənəsi Reyhan Həsənova) Həsənov Ramiz Qulu oğluna verilmişdir. Həmin sənədlərdə olan

Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İstehsalat İstismar Birliyinin 12 saylı MİS tərəfindən

verilmiş 4013 saylı, 26 may 2008-ci il tarixli 2 saylı forma üzrə arayışda Sumqayıt şəhəri, 41-ci məhəllə, 1B

saylı evin 30 saylı mənzilində Həsənov Ramiz Qulu oğlunun, onun arvadı Həsənova Ruqiyyə Səlim qızının,

oğlanları Rəşad Həsənovun və Oktay Həsənovun daimi qeydiyyatda olduqları göstərilmişdir. Mənzilin

Həsənov Ramiz Qulu oğlunun adına özəlləşdiirilməsinə Həsənova Ruqiyyə Səlim qızının, Həsənov Rəşad

Ramiz oğlunun və Həsənov Oktay Ramiz oğlunun yazılı razılıqlarında olan imzaları 27 may 2008-ci il

tarixdə Sumqayıt şəhər 6 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmişdir.

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 5-ci maddəsinə

əsasən mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş

və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan

birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi mülkiyyətinə verilə bilər.

Göründüyü kimi, qanun mənzilin özəlləşdirilməsi üçün o ailə üzvlərinin razılığının olmasını tələb edir

ki, onun adı mənzil kirayə müqaviləsində göstərilsin, kirayəçi ilə birlikdə faktiki yaşasın və yetkinlik yaşına

çatmış olsun.

İş materialları, işdə iştirak edən şəxslərin izahatları və yuxarıda qeyd edilən sənədlərlə sübuta

yetirilmişdir ki, iddiaçı Həsənova Sənubər Hüseyn qızı Sumqayıt şəhəri, 41-ci məhəllə, 1B saylı evin 30 saylı

mənzilində faktiki yaşasa da, həmin mənzilin özəlləşdirilməsi üçün müraciət edilən vaxtda, yəni 2008-ci ildə

onun adı mənzil kirayə müqaviləsində göstərilməmiş, mənzilə qeydiyyatı olmamışdır. İddiaçı Həsənova

Sənubər Hüseyn qızı ancaq 2014-cü ildə mənzilə qeydiyyata alınmışdır.

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 12-ci maddəsinə

3


əsasən mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə

bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində

sərəncamlar verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində

qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata

keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.

Sumqayıt şəhəri, 41-ci məhəllə, 1B saylı evin 30 saylı mənzili cavabdeh Həsənov Ramiz Qulu oğlunun

adına özəlləşdirildikdən sonra onun tərəfindən iddiaçının hər hansı hüquq və qanuni mənafeyinin pozulması

barədə iş materiallarında heç bir sübut yoxdur.

Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim

etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının

əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq

münasibətinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə düzgün olaraq iddia

təmin edilməmişdir.

İddiaçının nümayəndəsi apellyasiya şikayətində qətnamənin maddi və prosessual hüquq normalarının

tələbləri pozulmaqla çıxarılmasını göstərsə də, bunların nədə ifadə olunmasını konkret qeyd etməmişdir və

məhkəmə kollegiyası onun bu dəlilləri ilə razılaşmır.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən maddi və

prosessual hüquq normalarının tələblərini pozmamışdır.

Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi

qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə

edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq

normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar

nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında

ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə

məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə T

E T D İ:

İddiaçı Həsənova Sənubər Hüseyn qızının nümayəndəsi Yusubov Xətai Niyabi oğlunun apellyasiya

şikayəti təmin edilməsin.

Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli, 2(060)-7032/2014 saylı qətnaməsi

dəyişdirilmədən saxlanılsın.

Qətnamədən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası

Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi

gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.



Əsli ilə düzdür:

Hakim:

Telman Məmmədov

4



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə