Azərbaycan respublikasi adindan q ə t n a m ə


APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ



Yüklə 277,04 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#2588
1   2   3   4   5   6
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

VƏ TƏRƏFLƏRİN İZAHATLARI:

Cavabdeh S.A.Gülmalıyeva və qeyrisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,

qətnamə əsassız və ədalətsiz olmaqla ləğv edilməlidir. Belə ki, məhkəmə qətnaməsi əsassız və

mövcud qanunvericilik normalarına ziddir, onların məhkəmə prosesində təqdim etdikləri sübutlar

tamamilə saxtalaşdırılmış və ya ümumiyyətlə qəbul edilərək işə əlavə edilməmiş, həmin məhkəmə

prosesində onların şahidlərinin iştirakının təmin edilməsi barədə xahişlərinə baxmayaraq, birtərəfli və

qərəzli qətnamə qəbul edilmişdir. Böyük bir ailə burada məskunlaşmışdır. O, yəni F.Bayramova bu

hadisələr zamanı, yəni evləri uçurularkən yıxılaraq sol ayağı sınmış, hal-hazırda şikəst olmuş və

kənar şəxslərin köməyi olmadan hərəkət edə bilmir. Burada azyaşlı körpələr və yaşlı insanlar

yaşayırlar. Maddi vəziyyətləri çox ağırdır. Çörək pulu belə yoxdur. Qubadlı rayonundan məcburi

köçkün kimi yeganə yaşayış yerindən məhrum edilmişlər. Lakin məhkəmə qanunsuz və əsassız

olaraq ailələrini ağır vəziyyətə düşürərək gündəlik çörək pulundan məhrum olunmuşlar. Hal-hazırda

MMC ayrı-seçkilik edərək onlarla qonşuluqda yaşayan evin sahibi Füzuliyə başqa yerdə ev tikmək

üçün 2 sot torpaq sahəsi, evi inşa etdirmək üçün tikinti materialları və yeni ev inşa edənədək

müvəqqəti kirayədə yaşamaq üçün hər qaldığı aya 200 manat hesablanmaqla kompensasiya

vermişlər. Məhkəmə qətnaməsindən əvvəl tikdirdiyi evin xərci “Maksimus” MMC tərəfindən

ödənilməmiş, onun məcburi köçkün kimi tikib məskunlaşdığı ev sökülsə böyük bir külfət çöldə

qalacaqdır. MMC tikiliyə sərf etdiyi xərci ödəməmiş, nə də həmin evin MMC-nin hesabına sökülərək

başqa bir yerdə tikilməsi və tikinti materiallarının verilməsini təmin etməmişdir. Hal-hazırda onlarda

olan məlumata görə “Maksimus” firması tikdikləri evləri və torpaq sahəsini başqa şəxslərə baha

qiymətə sataraq onların hesabına vicdansızcasına küllü miqdarda pul ələ keçirmək istəyir.

“Maksimus” MMC tərəfindən onlara 50.000 manata yaxın maddi və mənəvi ziyan vurulmuşdur.

Qətnamə qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, sübutlar yanlış olaraq

iddiaçının xeyrinə şərh edilmişdir. Bundan başqa məhkəmə faktları dərindən araşdırmamış və

yarımçıq, keyfiyyətsiz və qeyri-obyektiv məhkəmə baxışları ilə qanunsuz qərar çıxarmışdır. Onların

məcburi köçkün kimi yaşamağa başqa yerləri yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart

2015-ci il tarixli 2(060)-1690/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tamamilə rədd edilməsi

barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

Cavabdehlər F.İ.Bayramova, M.İ.Alverdiyev, S.A.Gülmalıyeva, 3-cü şəxslər S.F.Əliyeva,

İ.M.Alverdiyev, S.X.Əliyeva və nümayəndələri M.Q.Cəlalzadə apellyasiya şikayətinin dəlillərini

müdafiə etdilər, ona oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən

xahiş etdilər.

İddiaçının nümayəndəsi Z.S.Həsənov apellyasiya şikayətininin dəlillərini qəbul etmədi, iddia

ərizəsinə uyğun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və

qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.

İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar

edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan

Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında

xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə

gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

2



Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin

dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara

görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir.


Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin