AZƏrbaycan respublikasi adindan qətnamə surəTİ



Yüklə 60.62 Kb.
PDF просмотр
tarix22.05.2017
ölçüsü60.62 Kb.

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

QƏTNAMƏ 

SURƏTİ 

10 yanvar 2017-ci il  

İş № 2(106)251/2017 

Şirvan şəhəri 

Şirvan  Apellyasiya  Məhkəməsinin  mülki  kollegiyasının  hakimləri  Heydərov  Tofiq 

Xudayar  oğlu  (sədrlik  edən,  məruzəçi),  Mirzəyev  Nüsrət  Fətulla  oğlu  və  Cəbrayılov  Vüsal 

Adil  oğlundan  ibarət  tərkibdə,  Xıdırov  Bəhruz  Müseyib  oğlunun  katibliyi  ilə,  iddiaçı 

«Azərbaycan  Beynəlxalq  Bankı»  ASC-nin  cavabdeh  Şərifova  Badam  Tapdıq  qızından  kredit 

borcun  tutulması  tələbinə  dair  mülki  iş  üzrə  İmişli  Rayon  Məhkəməsinin  2(036)2971/2016 

saylı,  12  avqust  2016-cı  il  tarixli  qətnaməsindən  cavabdeh  Şərifova  Badam  Tapdıq  qızı 

tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında 

(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, 

MÜƏYYƏN ETDİ: 

İmişli  Rayon  Məhkəməsinin  2(036)2971/2016  saylı,  12  avqust  2016-cı  il  tarixli 

qətnaməsi (hakim Hacıyev Qurban Hamid oğlu) ilə, iddianın təmin edilməsi, Şərifova Badam 

Tapdıq qızından 719,25  manat əsas borc, 233,52 manat faiz borc, 228,66 manat cərimə pulu, 

cəmi  1181,43  (bir  min  yüz  səksən  bir  manat,  qırx  üç  qəpik)  manat  borc  və  ödənilmiş  20 

(iyirmi)  manat  dövlət  rüsumu  tutularaq  «Azərbaycan  Beynəlxalq  Bankı»  ASC-nin  xeyrinə 

verilməsi qət edilmişdir. 

Qətnamədən  narazı  qalan  cavabdeh  Şərifova  Badam  Tapdıq  qızı  tərəfindən  apellyasiya 

şikayəti verilmişdir. 

İŞİN HALLARI: 

«Azərbaycan Beynəlxalq Bankı» ASC ərizə ilə birinci instansiya məhkəməsinə müraciət 

edərək  Şərifova  Badam  Tapdıq  qızından  719,25  manat  əsas  borc,  233,52  manat  faiz  borc, 

228,66  manat  cərimə  pulu,  cəmi  1181,43  manat  borcun  və  ödənilmiş  20  manat  dövlət 

rüsumunun  tutularaq  «Azərbaycan  Beynəlxalq  Bankı»  ASC-nin  xeyrinə  ödənilməsi  barədə 

məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. 

İmişli  rayon  məhkəməsinin  30  mart  2016-cı  il  tarixli  2(036)-2971/2016  saylı  məhkəmə 

əmrinə  əsasən  İmişli  rayonunun  Otuziki  kəndində  yaşayan  Şərifova  Badam  Tapdıq  qızından 

719,25  manat  əsas  borc,  233,52  manat  faiz  borc,  228,66  manat  cərimə  pulu,  cəmi  1181,43 

manat borc  və ödənilmiş 20 (iyirmi)  manat dövlət rüsumu tutularaq «Azərbaycan Beynəlxalq 

Bankı» ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. 

İmişli rayon məhkəməsinin 12 may 2016-cı il tarixli 2(036)-2971/2016 saylı qərardadı ilə 

Şərifova Badam Tapdıq qızının etirazına əsasən İmişli rayon məhkəməsinin 30 mart 2016-cı il 

tarixli  2(036)-2971/2016  saylı  məhkəmə  əmri  ləğv  edilərək  işə  mahiyyəti  üzrə  iddia  icraatı 

qaydasında baxılması qərara alınmışdır. 

İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «Azərbaycan Beynəlxalq Bankı» 

ASC-nin İmişli filialı ilə cavabdeh Şərifova Badam Tapdıq qızı arasında 10 dekabr 2012-ci il 

tarixli 3551065/12 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borclu Badam 

Şərifova 24 ay müddətinə 24 faizlə bankdan 2500 manat məbləğində pul götürmüşdür. Borclu 

Badam Şərifova üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək banka olan borcunu vaxtında 

ödəməmiş  və  nəticədə  borclunun  719,25  manat  əsas  borc,  233,52  manat  faiz  borc,  228,66 


 

manat  cərimə  pulu,  cəmi  1181,43  manat  borcu  yaranmışdır.  Bununla  əlaqədar  borclu  Badam 



Şərifovaya  xəbərdarlıq  olunaraq  banka  olan  borcunun  ödənilməsini  təmin  etməsi  xahiş 

olunmuşdur.  Lakin  buna  baxmayaraq  hal-hazıradək  borclu  öz  öhdəliklərini  yerinə 

yetirməyərək banka olan borcun ödənilməsini təmin etməmişdir.  

Birinci  instansiya  məhkəməsi  tərəfindən  aparılan  icraat  zamanı  iddiaçının  nümayəndəsi 

Mirzə  Toğrul  Arif  oğlu  iddianı  müdafiə  edib  iddia  ərizəsinə  uyğun  izahat  verərək  iddianın 

təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 

Məhkəmə  iclasının  vaxtı  və  yeri  barədə  xəbərdar  olunmuş  cavabdeh  Şərifova  Badam 

Tapdıq  qızı  məhkəmə  iclasına  gəlmədiyindən  məhkəmə  Azərbaycan  Respublikası  MPM-nin 

185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 

Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən hüquqi nəticəyə gəlmişdir. 



APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  cavabdeh  Şərifova 

Badam Tapdıq qızı tərəfindən vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 

banka ödəniş etdiyinə baxmayaraq bank birinci instansiya məhkəməsinə ərizə verərkən mənim 

etdiyim ödənişlər nəzərə alınmamışdır. Bundan əlavə müqavilədə göstərilən məbləğdən başqa 

ona faiz borcu və cərimə borcu çox hesablanmışdır. Buna görə də, apellyasiya şikayəti yazır ki, 

bu  məsələ  obyektiv  və  düzgün  araşdırılsın.  Ona  hesablanmış  faiz  borcunun  və  cərimə 

borcunun  qismən  ləğv  edilərək,  onun  etdiyi  ödənişlər  nəzərə  alınaraq  yeni  qətnamə  qəbul 

edilsin.  

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  cavabdeh  Şərifova 

Badam  Tapdıq  qızı  vermiş  olduğu  apellyasiya  şikayətində  İmişli  Rayon  Məhkəməsinin 

2(036)2971/2016  saylı,  12  avqust  2016-cı  il  tarixli  qətnaməsini  qismən  ləğv  edib,  yeni 

qətnamə qəbul edilməsini xahiş etmişdir. 

TƏRƏFLƏRİN İZAHATI: 

İddiaçı  «Azərbaycan  Beynəlxalq  Bankı»  ASC-nin  nümayəndəsinə,  cavabdeh  Şərifova 

Badam Tapdıq qızına qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının vaxtı və 

yeri  barədə  məlumat  verilməsinə  baxmayaraq,  onlar  məhkəmə  iclasında  iştirak  etməmiş  və 

iştirak  etməməmələrinin  səbəbləri  barədə  heç  bir  məlumat  verməmişlər.  Odur  ki,  məhkəmə 

kollegiyası  Mülki  Prosessual  Məcəllənin  376.2-ci  maddəsinə  əsasən  onların  iştirakı  olmadan 

apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. 

HÜQUQİ MƏSƏLƏLƏR: 

Azərbaycan  Respublikası  MPM-in  372.1-ci  maddəsinə  əsasən  apellyasiya  instansiya 

məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan  və  əlavə  təqdim  olunmuş  sübutlar 

əsasında  mahiyyəti  üzrə  baxır.  Həmin  Məcəllənin  372.7-ci  maddəsinin  tələbinə  görə 

apellyasiya instansiya  məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,  məhkəmənin  maddi 

və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 

Birinci  instansiya  məhkəməsinin  qətnaməsindən  müəyyən  edilir  ki,  məhkəmə  iddianın 

təmin  edilməsini  mülki  iş  üzrə  tədqiq  olunmuş  sübutlar  və  iş  üzrə  tərəflərin  izahatları  ilə 

əsaslandırmışdır. 

Birinci  instansiya  məhkəməsinin  gəldiyi  nəticə  ilə  razılaşmayan  cavabdeh  Şərifova 

Badam  Tapdıq  qızı  vermiş  olduğu  apellyasiya  şikayətində  İmişli  Rayon  Məhkəməsinin 

2(036)2971/2016  saylı,  12  avqust  2016-cı  il  tarixli  qətnaməsini  qismən  ləğv  edib,  yeni 

qətnamə qəbul edilməsini xahiş etmişdir. 


 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsi  iş  üçün  əhəmiyyətli 



olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı 

münasibətləri  üzrə  hüquqi  nəticəyə  gələrkən  tətbiq  edilməli  olan  maddi  hüquq  normalarını 

tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)2971/2016 saylı, 12 avqust 2016-

cı  il  tarixli  qətnaməsi  dəyişdirilmədən  saxlanılmalı,  apellyasiya  şikayəti  təmin  edilməməlidir. 

Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, 

cavabdehin  apellyasiya  şikayətində  göstərdiyi  dəlillərin  apellyasiya  instansiyası  məhkəməsi 

tərəfindən  araşdırılması  və  onlara  hüquqi  qiymət  verilməsi  zəruridir.  Belə  ki,  “İnsan 

hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında”  Avropa  Konvensiyasının  6-cı 

maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya 

ona  qarşı  hər  hansı  cinayət  ittihamı  irəli  sürülərkən,  qanun  əsasında  yaradılmış  müstəqil  və 

qərəzsiz  məhkəmə  vasitəsi  ilə,  ağlabatan  müddətdə  işinin  ədalətli  və  açıq  araşdırılması 

hüququna  malikdir...”.  Həmçinin  MPM-nin  392.2-ci  maddəsinə  əsasən  apellyasiya  şikayəti 

təmin  edilmədikdə  və  ya  məhkəmənin  qətnaməsi  dəyişdirildikdə,  apellyasiya  instansiyası 

məhkəməsi  hansı  dəlillərə  əsasən  şikayətin  təmin  edilmədiyini  və  yaxud  qətnamənin 

dəyişdirildiyini göstərməyə borcludur. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlilləri  ilə  əlaqədar  iş  materiallarını 

araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. 

İş  materiallarında  əlavə  edilmiş  10  dekabr  2012-ci  il  tarixli  3551065/12  saylı  kredit 

müqaviləsinin  surətindən  görünür  ki,  «Azərbaycan  Beynəlxalq  Bankı»  ASC-nin  İmişli 

filialının  müdiri  Babayev  Əbülfət  Xudaverdi  oğlu  ilə  borclu  Şərifova  Badam  Tapdıq  qızı 

arasında  bağlanmış  müqaviləyə  əsasən  borclu  B.T.Şərifova  «Azərbaycan  Beynəlxalq  Bankı» 

ASC-nin  İmişli  filialından  24  ay  müddətinə  illik  24  faizlə  ödəmək  şərti  ilə  2500  manat 

məbləğində kredit götürmüşdür. 

İş  materiallarında  əlavə  edilmiş  arayışdan  (mülki  iş  materialları  səh.  4)  görünür  ki, 

cavabdehin  iddiaçıya  719,25  manat  əsas  borc,  233,52  manat  faiz  borc,  228,66  manat  cərimə 

pulu, cəmi 1181,43 (bir min yüz səksən bir manat, qırx üç qəpik) manat borc vardır 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən 

bir  şəxs  (borclu)  başqa  şəxsin  (kreditorun)  xeyrinə  müəyyən  hərəkəti  etməlidir,  məsələn,  pul 

ödəməli,  əmlak  verməli,  iş  görməli,  xidmətlər  göstərməli  və  i.a.  və  ya  müəyyən  hərəkətdən 

çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 

Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma 

və  ya  bu  Məcəllədə  nəzərdə  tutulmuş  digər  əsaslar  nəticəsində  əmələ  gəlməsi  halları  istisna 

olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 

Mülki  Məcəllənin  425.1-ci  maddəsinə  əsasən  öz  hüquqlarını  həyata  keçirərkən  və 

vəzifələrini  icra  edərkən  tərəflərdən  hər  biri  vicdanlılığın  tələb  etdiyi  tərzdə,  yəni 

şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə 

müvafiq  surətdə,  belə  şərtlər  və  tələblər  olmadıqda  isə  işgüzar  adətlərə  və  ya  adətən  irəli 

sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 

Mülki  Məcəllənin  21,  442,  448.1  və  465.2-ci  maddələrinə  əsasən  öhdəliyin  icra 

edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun 

risk  dairəsinə  daxil  olan  icra  etmədiyi  bütün  hallar  üçün  cavabdehdir  və  hüququ  pozulmuş 

şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini 

tələb  etmək  hüququ  vardır.  Əgər  borclu  öhdəliyin  lazımınca  icra  edilmədiyi,  o  cümlədən 

müəyyənləşdirilmiş  müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor 

cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.  

Mülki  Məcəllənin  445.2.1-ci  maddəsinə  əsasən  öhdəliyin  onun  icrası  üçün 

müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 


 

Mülki  Məcəllənin  445.1-ci  maddəsinə  əsasən  icranı  gecikdirmiş  borclu  gecikdirmə 



nəticəsində  vurduğu  zərər  üçün  və  gecikdirmə  zamanı  təsadüfən  baş  vermiş  icra 

mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 

Məhkəmə  kollegiyası,  cavabdehin  apellyasiya  şikayəti  dəlilləri  ilə  bağlı  qeyd  edir  ki, 

cavabdeh  ilə  iddiaçı  arasında  kredit  müqaviləsi  bağlanmış  və  cavabdehin  bağlanmış  kredit 

müqaviləsi  üzrə  öhdəliyi  lazımınca  və  vicdanlılığın  tələb  etdiyi  tərzdə  icra  etmədiyindən 

müqavilədən  yaranan  öhdəliyə  görə  məsuliyyəti  yaranmışdır.  Buna  görə  də  tərəflərin  iradə 

azadlığı  əsasında  bağlanmış  müqaviləyə  görə  yaranmış  öhdəliyi  (əsas  kredit  borcu,  faiz  və 

cərimə borcu) icra etməlidir.  

Cavabdeh  Şərifova  Badam  Tapdıq  qızı  apellyasiya  şikayətində  bank  tərəfindən  ona  faiz 

borcu  və  cərimə  borcu  çox  hesablandığını  qeyd  etsə  də,  bunu  təsdiq  edən  sübutu  nə  birinci 

instansiya  məhkəməsinə,  nə  də  ki  apellyasiya  məhkəməsinə  təqdim  etməmişdir.  Əksinə  iş 

materiallarına  əlavə  olunmuş  arayışdan  (mülki  iş  materialları  səh.  4)  görünür  ki,  cavabdehin 

iddiaçıya  719,25  manat  əsas  borc,  233,52  manat  faiz  borc,  228,66  manat  cərimə  pulu,  cəmi 

1181,43  (bir  min  yüz  səksən  bir  manat,  qırx  üç  qəpik)  manat  borc  vardır  və  həmin  borclar 

tərəflər  arasında,  iradə  azadlığı  əsasında  bağlanmış  10  dekabr  2012-ci  il  tarixli  3551065/12 

saylı kredit müqaviləsinin (mülki iş materialları səh. 5) şərtlərinə uyğun olaraq hesablanmışdır. 

Cavabdeh  Şərifova  Badam  Tapdıq  qızının  məhkəmə  iclasının  yeri  və  vaxtı  barədə  məlumatı 

olmasına  baxmayaraq  nə  birinci  instansiya  məhkəməsinə,  nə  də  ki  apellyasiya  instansiya 

məhkəməsinin  iclaslarına  gəlməmiş,  istər  iddia  tələbinə  qarşı  öz  etirazlarını,  istərsə  də 

apellyasiya  şikayətinin  dəlilləri  ilə  bağlı  (həmin  məbləğdə  borcunun  olmaması  barədə)  sübut 

təqdim  etməmişdir.  Bu  isə  apellyasiya  şikayətinin  verilməsinin  pozulması  ehtimal  olunan 

hüquq və maraqlarla bağlı olmadığını, əksinə birinci instansiya məhkəməsinin qanuni və əsaslı 

qətnaməsi  ilə  müəyyən  edilmiş  öhdəliyin  gecikdirilməsi  xarakteri  daşıyır.  Bu  isə  Azərbaycan 

Respublikası mülki prosessual qanunvericiliyi ilə yolverilməz hal hesab edilir. 

Hər  bir  tərəf  öz  tələb  və  etirazlarının  əsası  kimi  istinad  etdiyi  halları  sübut  etməlidir. 

Məhkəmə  yalnız  tərəflərin  təqdim  etdiyi  sübutları  araşdırmalı  və  onlardan  istifadə  etməlidir. 

Məhkəmə  sübutlara  obyektiv,  qərəzsiz,  hərtərəfli  və  tam  baxdıqdan  sonra  həmin  sübutlara 

tətbiq  edilməli  hüquq  normalarına  müvafiq  olaraq  qiymət  verir.  Heç  bir  sübutun  məhkəmə 

üçün qabaqcadan  müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız 

məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 

14.2, 88 və 217.4-cü maddələri). 

Məhkəmə  qətnaməsi  hüquqla  bağlı  mübahisəyə  baxıldıqdan  sonra  məhkəmə  iclasında 

müəyyən  olunmuş  işin  faktiki  halları  və  hüquq  normaları  əsasında  çıxarılır.  İddiaçının 

hüququnun  pozulması  təsdiqlənərsə,  məhkəmə  öz  qətnaməsilə  bu  hüququ  müdafiə  etməlidir. 

Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və 

bununla  da,  cavabdehin  iddiaçının  əsassız  hərəkətləri  və  ya  fikirləri  ilə  pozula  biləcək 

hüquqlarını  müdafiə  etməlidir.  Hər  bir  halda  məhkəmənin  qətnaməsi,  ilk  növbədə,  məhz 

mübahisə  tərəflərinin  fərdi  hüquqlarını  və  qanuni  mənafelərini  müdafiə  edən  akt  kimi  çıxış 

etməlidir  (N.Məmmədovanın  şikayəti  üzrə  Konstitusiya  Məhkəməsinin  31  yanvar    2006-cı  il 



tarixli qərarı). 

Beləliklə  məhkəmə  kollegiyası  iş  üzrə  toplanmış  sübutları  tədqiq  edərək  hesab  edir  ki, 

apellyasiya  şikayətinin  dəlilləri  əsassızdır.  Apellyasiya  şikayətinin  təmin  edilməsi  və  İmişli 

Rayon  Məhkəməsinin  2(036)2971/2016  saylı,  12  avqust  2016-cı  il  tarixli  qətnaməsinin  ləğv 

edilməsi üçün  Azərbaycan Respublikası  MPM-nin 385-ci  maddəsində nəzərdə tutulan əsaslar 

yoxdur.  Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  385.2-ci  maddəsinə  əsasən 

birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti 

üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.  



 

Şərh olunanlara əsasən  və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 



393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası,  

QƏT ETDİ: 

Cavabdeh  Şərifova  Badam  Tapdıq  qızı  tərəfindən  verilmiş  apellyasiya  şikayəti  təmin 

edilməsin. 

İmişli  Rayon  Məhkəməsinin  2(036)2971/2016  saylı,  12  avqust  2016-cı  il  tarixli 

qətnaməsi dəyişdirilmədən saxlanılsın. 

Qətnamə  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay  müddətində 

Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinə 

kassasiya şikayəti verilə bilər. 

Apellyasiya  instansiyası  məhkəməsinin  qətnaməsindən  şikayət  verilməmişdirsə,  qəbul 

edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. 



Sədrlik edən:  

imza var. 

Hakimlər: 

imzalar var. 

Əsli ilə düzdür, 

Sədrlik edən 

 

 

Tofiq Heydərov 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Sədrlik edən: 



Tofiq Heydərov 

Hakimlər: 

Nüsrət Mirzəyev 

   

 

 

 

 

 

 

Vüsal Cəbrayılov 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə