39
və ibadət isə yardımçı məqsədlər sayılır. Çünki məhz əxlaqa təsir etmək yolu ilə şəxsiyyəti,
ailəni və bütövlükdə cəmiyyəti dini etiqad və ibadət fəaliyyət amili kimi çıxış edir.
M.F.Axundoyun fikrincə əgər, insan yaratdığı xəyalı vücudu təsəvvür etmədən yaxşı əxlaq
sahibi ola bilərsə, o vaxt dinin strukturuna daxil olan iki yardımçı prinsipinə - etiqad və ibadətə
ehtiyac qalmaz, onlar aradan çıxar, əxlaq da dini pərdəsini itirər. M.F.Axundov dinin
strukturundakı etiqad və ibadətin (deməli, bütövlükdə dini dünyagörüşün də) aradan
qaldırmasının əsas səbəbini cəmiyyətin mənəvi yüksəlişində, elmi tərəqqisində görürdü.
M.F.Axundov öz ictimai-siyasi görüşləri, müasiri olduğu cəmiyyətə fəlsəfi baxışları
etibarilə despotizm, monarxiya üsul-idarəsinə, teokratiyaya qarşı çıxaraq, maarifçi və inqilabi-
demokrat kimi, demokratik respublikaya, xalqın seçdiyi nümayəndələrdən ibarət parlament
idarəçiliyinə tərəfdar idi, xalqın inqilabi-demokratik və azadlıq hərəkətini alqışlayırdı.
M.F.Axundov siyasi görüşlərində hökmdarın xalqla bir olması
,
özünü xalqdan
ayırmamağı məsələlərinə mühüm əhəmiyyət verirdi. M.FAxundov xalq kütlələrinə
münasibətdə özünün sələfləri hesab etdiyi fransız maarifçi materialistlərindən (Volter,
Monteskye və b.) daha qabağa getmişdi. O, xalqın inqilabi hərəkəti nəticəsində qurulacaq
demokratik cəmiyyəti özünün siyasi idealı hesab edir, tarixdə xalq kütlələrinin aparıcı rolunu
yüksək qiymətləndirirdi.
Böyük mütəfəkkir yazıçı, materialist və ateist filosof, maarifçi və inqilabi-demokrat olan
M.F.Axundovun dünyagörüşü Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixində mühüm
mərhələ idi. Onun əsas xidməti bundan ibarət idi ki, o din, idealizm və cəhalətin hökm sürdüyü
bir şəraitdə Azərbaycanda fəlsəfi materializm bayrağını ucaltmış, despotizm və fanatizmə
qarşı, demokratiya və hüquq bərabərliyi uğrunda kəskin və ardıcıl mübarizə ondan gələn
Azərbaycan maarifçiləri və inqilabçı-demokratları, xüsusilə
Dostları ilə paylaş: