AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ
P O L İ S A K A D E M İ Y A S I
KAFEDRA: «İctimai elmlər»
FƏNN: «Fəlsəfə»
FAKÜLTƏ: Qiyabi
MÜHAZİRƏ
MÖVZU: №3 «Fəlsəfədə varlıq və materiya problemi»
Vaxt-2 saat
Tərtib etdi: «İctimai elmlər»
kafedrasının baş
müəllimi, polis baş leytenantı
Rəşad Qasımov
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib.
Protokol № ____ “________” ______________ 2017-ci il
BAKI 2 0 1 7
3
GİRİŞ
Varlıq fəlsəfənin ən fundamental və ən ümumi kateqoriyalarındandır. Varlıq kateqorisıda məhz bu
cür universal əlaqənin predmetlərin,
hadisələrin, ideyaların və s.mövcudluğunu ifadə edir. Sözün ən
geniş mənasında son dərəcə əhatəli reallığı, obyektiv mövcudluğu, insan şüurundan asılı olmayan
gerçəkliyi bildirən ən ümumi fəlsəfi kateqoriyadır.Varlıq-dünyanın
real mövcudluğunun məcmusu,
təbiət və cəmiy-yətin, maddi və mənəvi aləminin vəhdətinin ən ümumi ifadəsini bildirən fəlsəfi kateqo-
riyadır. Daha konkret olaraq varlığın növlərini belə qruplaşdırmaq olar:
a) təbii və ya maddi varlıq. Buraya insanı əhatə edən maddi gerçəkilik daxildir ki,
onun da iki
aspektini qeyd etmək olar: təbii mühit və insan əməyi ilə yaradılmış süni mühit və ya “ikinci təbiət” b)
mənəvi və ya ideal varlıq. Buraya insanı əhatə edən mənəvi aləm, ideal mövcudluq: mədəniyyət, elm
incəsənət, adət-ənənələr, ideoloji formalar və s. məcmusu daxildir. v)əsasında
ictimai istehsal prosesi
və ictimai münasibətlərin, sosial -siyasi, strukturun durduğu sosial-siyasi varlıq.q)insanın obyektiv real
mövcudluğu və ya varlığı. Bunu da iki qismə ayırmaq olar: ictimailəşmiş insan-şəxsiyyət aləmi və
fərdiləşmiş insan-fərd aləmi.
Varlıq kateqoriyası öz mahiyyəti etibarilə dərin dialektik təbiətə malikdir.
Platon isə varlıq anlayışının hiss olunan tərəfini ataraq, onu “xalis ideya”-həqiqi dünya
mövcudluğu kimi səciyələndirirdi.Aristotel isə varlğa “forma və materiyanın vəhdəti”
kimi baxaraq
onun müxtəlif səviyyəsindən (hissi, “ideal” “insani”və s.)bəhs etmişdi.Orta əsr və sonrakı dövrlər şərq
və Azərbaycan fəlsəfəsində varlığı “zəruri varlığa”bütün gerçəkliyin və mümkün varlığın səbəbi və
ilkin substansional əsası kimi baxmışlar.
Materiya haqqındakı təsəvvürlər öz kökləri etibarı ilə mədəniyyətin ağlagəlməz qədimliyinə
aparıb çıxarır. Materiya haqqındakı fəlsəfi təlim öz mənşəyinə görə qədim insanların zamanca
başlanğıcı olmayan,yəni heç kim tərəfindən yaradılmamış və bütün dəyişmə və çevrilmələrində həmişə
özünə
bərabər qalan,heç vaxt tox olmayan əbədi varlığın mövcudluğuna inamı ilə bilavasitə
bağlıdır.Materiya haqqındakı təsəvvürlərin inkişafında yeni dövrün xarakterik xüsusiyyəti diqqəti
mütləq varlığı bütün mövcudatın əsasını təşkil edən ilk başlanğıc şəklində axtarmaq üzərində deyil, bu
varlığın ayrılmaz xassələrinin-atributlarının axtarılıb tapılması üzərində cəmləşməsidir. Dekarta görə
materiyanın bu əsas xassəsi uzunluqdur.Son dərəcə universal
həcmə malik olan materiya
kateqoriyasının mahiyyətini yalnız ona əks olan kateqoriya ilə subyektlə münasibətini aşkar çıxarmaqla
aydınlaşdırmaq olardı.Bu münasibətin isə iki başlıca momenti vardır:1)materiya subyektdən
kənarda,ondan asılı olmayaraq mövcuddur. 2)materiya subyektə təsir edərək onda duyğu oyadır.
Materiyanın yeganə əsas xassəsi onun maddiliyidir. Bəzən maddilikdə “obyektiv
reallıq”kateqoriyalarını eyni mənada işlədirlər.Lakin predmet və hadisələr arasında elə münasibətlər
vardır
ki,onların
mövcudluğu
subyektdən
asılı
deyildir
(məsələn,məkan
və
zaman
münasibətləri,materiyanın “yeganə xassəsini obyektiv reallıq”hesab etmək belə münasibətlərə materiya
statusu vermək deməkdir.