Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


İntibahın baş verməsinə şərait yaradırdı



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə10/39
tarix13.12.2022
ölçüsü0,91 Mb.
#74283
1   ...   6   7   8   9   10   11   12   13   ...   39
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

İntibahın baş verməsinə şərait yaradırdı. Azərbaycan və bütövlükdə İslam Şərqi fəlsəfəsində 
İntibah yerli fəlsəfi irsin qədim yunan fəlsəfi irsi ilə sintezi əsasında inkişaf edərək, sonradan 
Qərb və Şərq fəlsəfəsinin inkişafı üçün zəmin oldu. Azərbaycan fəlsəfi fikrinin İntibahı 
təbiətşünaslıq elmlərinin, təhsilin, ədəbiyyat, memarlıq, musiqi, musiqi nəzəriyyəsi və s. 
mənəvi mədəniyyət sahələrinin yüksəlişi və ölkənin dünya fəlsəfi təlimlərini bəhrələndirən 
fəlsəfi-mədəni irsinin vəhdətinin nəticəsi idi. 
XI–XII əsrlərdə Azərbaycanda fəlsəfi fikir Şərq fəlsəfəsinin ənənələrini yunan-Roma 
fəlsəfi fikri ilə sintezləşdirən və fəlsəfi fikir istiqaməti kimi orijinallığı ilə fərqlənən Şərq 
peripatetizmi, işraqilik, sufilik və s. cərəyanların fəlsəfi ideyalarını əks etdirən xüsusi 
risalələrdə, təfsir, teoloji və teosofiya məzmunlu əsərlərdə və fəlsəfi poeziyada əksini 
tapmışdı. Sonralar Şərqin klassik irsinə daxil olan bu əsərlərin meydana gəlməsi fəlsəfi 
fikrin müxtəlif sahələrini təmsil edən mütəfəkkir və alimlərin tədqiqat obyektlərinin geniş 
diapazonu və dövrün ensiklopedik biliklərinə yiyələnməsi sayəsində mümkün olmuşdur. 
Azərbaycanda İslam peripatetizmi. Azərbaycanda feodal istehsal münasibətlərinin tam 
bərqərar olub inkişaf etdiyi dövrlərdə fəlsəfi fikir şərq peripatetizmi (materializm ilə idealizm 
arasında tərəddüd edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) üsulunda meydana gəlib 
inkişaf etmişdir. XI-XII əsrlər dövründə, Azərbaycanda fəlsəfə sahəsində hakim yeri İslam 
dinini əsaslandırmağa xidmət edən idealizm tuturdu.
Ə.Bəhmənyarın fəlsəfəsi baxışları. XI əsrdə Azərbaycanda fəlsəfənin inkişafı 
Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin (993-1066) adı ilə bağlıdır. Onun bir sıra qiymətli 
əsərləri (“Təhsil kitabı”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət kitabı”, “Metafizika 
elminin mövzusuna dair traktat”, “Mövcudluğun mərtəbələri”) olmuşdur. Bunların içərisində 
“Təhsil kitabı” xüsusi yer tutur. O, orta əsrlər dövründə məntiq, metafizika və təbiəti öyrənmək 
üçün mühüm mənbələrdən biri olmuşdur. 
Ə.Bəhmənyarın fəlsəfəsində varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq problemləri 
sistemli şəkildə geniş şərh edilmişdir. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölərək 
göstərir ki, birinci qisimdən olan varlıq qeyri-varlığının fərz edilməsi mümkün olmayan 
varlıqdır, ikinci isə vacib varlıqdan savayı bütün yerdə qalan mövcudluqlardır. Zəruri və ya 
vacib varlıq bütün mövcudatın əsasını təşkil edir, mümkün varlıq isə varlığı və yoxluğu 
cəhətdən zəruri olmayanlardır. Vacib varlıq ilə mümkün varlıq arasındakı əlaqələr isə ilk səbəb 
və nəticə arasındakı münasibət kimi nəzərdən keçirilir. Ə.Bəhbənyarın fikrincə, səbəblə nəticə 
bir-birilə əlaqəlidir, hər bir nəticənin varlığı öz səbəbinin varlığı ilə birlikdə vacib və zəruridir. 


14 
Materiya, forma, cisim, hərəkət, məkan və zaman kimi fəlsəfi kateqoriyaları qarşılıqlı 
əlaqədə nəzərdən keçirən Ə.Bəhmənyar orta əsrlər peripatetizmində olduğu kimi materiya və 
formanın nisbətinə mürəkkəb substansiya kimi yanaşır, hərəkəti isə potensiallıqdan aktuallığa 
tədrici keçid kimi xarakterizə edir. Zaman gəldikdə o, hərəkətin miqdarı kimi təqdim olunur və 
o, materiyanın ayrılmaz xassəsi adlandırılır. Onun fikrincə, zamanın mövcudluğu materiyadan 
asılıdır, o, materiyada mövcuddur və bu mövcudluq hərəkət vasitəsilə şərtlənmişdir. 
Ə.Bəhmənyarın “Təhsil kitabı”nda dünyanın vəhdəti məsələsinin anlaşılmasına dair 
fikirlərində aydın olur ki, o, çoxlu dünyaların mövcudluğunu inkar edir, vahid materiya və 
forma daxilində xüsusiləşən aləmin dünyanın vəhdətinin əsası hesab edir. Onun fikrincə, bu 
mövcudat isə ilkin məqsədəuyğunluq, ilkin səbəblər əsasında tam zərurətlə inkişaf edir. 
Dünyadakı bütün hadisə və proseslərin düzülüşü, nizamı, qayda-qanunu onlara əvvəlcədən 
daxil edilmiş, həqiqi bir nizamdır, ondan daha bitkin nizam yoxdur. 
Ə.Bəhmənyarın idrak nəzəriyyəsində hissi və məntiqi (əqli) idrak pillələri bir-birilə 
əlaqədar şəkildə nəzərdən keçirilir, idrakın obyekti və subyekti düzgün fərqləndirilir və 
göstərilir ki, “hər dərk edilən şey dərk edəndə təzahür edir”, duyğular, qavrayışlar maddi 
varlıqların düzgün sürətləri, inikaslarıdır. Əqli və ya rasional idrak da onun diqqətindən 
kənarda qalmamış, o, əqli idrakı şeyləri mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü 
adlandırmışdır. 
Ə.Bəhmənyar Yaxın və Orta Şərq ölkələrində istedadlı bir məntiqçi alim kimi 
tanınmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş, məntiqin 
predmetinə, vəzifələrinə, problemlərinə “Təhsil kitabı”nda geniş yer vermişdir.
XIII əsrdə yaşamış Əfzələddin Məhəmməd Naməvər oğlu Xunəçi (1193-1248) böyük 
filosof, görkəmli məntiqçi, mahir təbib, müdrik hüquqşünas kimi hələ öz sağlığında, habelə 
sonrakı dövrlərdə şöhrət tapmışdır. Əfzələddin Xunəçi Azərbaycanın Xalxal vilayətinin Xuanc 
qəzasında anadan olmuş və orada təhsil almışdır. Mütəfəkkir sonralar gedib Misirdə baş qazi 
vəzifəsini tutmuşdur. 
Əfzələddin Xunəçinin yaradıçılığı çox cəhətlidir. “Məntiqə dair cümlələr”, “Məntiqə dair 
xülasə”, “Sirlərin kəşfi”, “Təriflərə və təsvirlərə dair məqalə”, “Tibb qanununun şərhi” bu 
Azərbaycan mütəfəkkirinin mühüm əsərləridir. Əbunəsr Fərabi (874-950), İbn Sina. 
Əbdülhəsən Bəhmənyar məktəbinin layiqli varisi olan Əfzələddin Xunəçinin yaradıcılığında 
xüsusilə məntiq məsələləri geniş işıqlandırılmışdır. Burada anlayış və onun tə'rifi, hökm, 
istidlal və onların növləri ardıcıl peripatetizm mövqeyindən dərindən araşdırılmışdır. 
Azərbaycan filosofu Aristotel ənənələrinə sadiq qalaraq onu yad ünsürlərdən qorumuşdur. 
Əfzələddin Xunəçinin traktatlarının, eləcə də onların Seyfəddin İsa ibn Davud (?-1365), 
Məhəmməd ibn Əhməd Tilimsani (?-1368), Bürhanəddin Bəğan (?-1457) və b. görkəmli 
filosoflar tərəfindən edilmiş şərhlərin əlyazması nüsxələri dünyanın bir sıra kitabxanalarında 
saxlanılır. 
Orta əsrlərdə Yaxın Şərq ölkələrində tanınmış Azərbayçan filosoflarından biri də 
Nəcməddin Naxçıvanidir (?-1253). 


15 

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin