Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə21/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   ...   17   18   19   20   21   22   23   24   ...   39
304 felsefe m N9dialektika eyani

inkar, varislik və 
inkişaf
. Bu qanunun mahiyyətinin dərk edilməsi üçün "dialektik inkar" anlayışının 
məzmununa daha çox diqqət yetirilməlidir. Bu isə o deməkdir ki, fəlsəfə tarixində 
inkarın anlaşılmasına münasibətdə başqa mövqelər də olmuşdur. İnkarın anlaşılmasında 
əsasən iki münasibət - 
dialektik və
metafizik 
mövqe fərqləndirməlidir. Fəlsəfədə iki cür 
metod olan dialektika və metafizikanın "inkar" anlayışına münasibəti də fərqlidir. 
Təkamülçü və təftişçi cərəyanların inkarı-inkarı tam rədd etməsinin əksinə olaraq, 
metafizik filosofların çoxu inkarı qəbul edirlər, lakin onların inkarın mənasını ancaq yox 
etmək, köhnənin mütləq məhv edilməsi kimi, tamamilə kənara atılması kimi şərh edirlər, 
inkara dialektik münasibət isə başqa cür yanaşır, inkara köhnə ilə yeni arasında "əlaqə 
momenti", köhnədə yeniyə lazım olan keyfiyyətlərin mənimsənilməsi kimi, inkişafda 
varislik əlaqəsi kimi baxır, "yox etmək", "məhv etmək" kimi "quru", "əbəs" inkarı rədd 
edir. Dialektikaya görə, köhnə inkar edilmədən yeninin meydana çıxması və 
yetkinləşməsi, deməli, bütövlükdə inkişaf prosesi mümkün deyildir. İnkişaf 
mərhələlərdə davam edir ki, hər bir mərhələ də özlüyündə üç yarım mərhələyə bölünür; 
obyektiv çıxış nöqtəsinin öz əksliklərinə çevrilməsi və ya inkar, həmin əksliklərin də öz 
əksliklərinə çevrilməsi. Dialektik İnkar fasiləsizlikdə fasiləni, inkişafda varisliyi, yüksək 
mərhələdə ibtidainin təkrarını və i.a. ifadə edir. Məsələn, kapitalizmdə xüsusi mülkiyyət 
əvvəlki quldarlıq və feodalizmdəki kimi təkrar olunur, sanki geriyə qayıdılır, lakin bu 
tamam yeni keyfiyyətli xüsusi mülkiyyətdir, ancaq istehsal alət və vasitələri üzərindəki 
xüsusi mülkiyyətdir, insanlar, işçi qüvvəsi üzərində yox. Deməli, dialektikaya görə 
inkişaf düz xətlə deyil, 
"spiralabənzər" 
davam edir, burada ilkin ana qayıtma, 
köhnənin təkrarı vardır, lakın bu qayıdış və təkrarlar daha yeni əsaslarla, daha dolğun və 
zəngin baş verir. Yeni köhnəni tamamilə atmır, köhnədə mütərəqqi olanların hamısını 
mənimsəyir, yaşadır və inkişaf etdirir. Bununla da inkişafda 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin