Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 1. Dialektikanın mahiyyəti və strukturu



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə3/39
tarix04.09.2023
ölçüsü0,74 Mb.
#141413
1   2   3   4   5   6   7   8   9   ...   39
304 felsefe m N9dialektika eyani

Sual 1. Dialektikanın mahiyyəti və strukturu 
Dialektika yunan sözü olub mübahisə etmək, müsahibə aparmaq bacarığı deməkdir. 
Dialektika quldarlıq demokratiyasının inkişafı ilə əlaqədar olaraq mübahisə etmək, öz 
fikrilərini sübuta yetirmək, adamları ona inandırmaq, özünün haqlı olduğunu 
əsaslandırmaq və bununla da dövlət, məhkəmə və başqa işlərin müzakirəsi zamanı 
tərəfdarlar qazanmaq bacarığının yüksək qiymətləndirildiyi qədim yunan fəlsəfəsində 
meydana gəlmişdir. 
Qədim Yunanıstanda dialektika dedikdə, müsahibə yolu ilə müsahibin 
mühakimələrindəki ziddiyyəti aşkara çıxarmaq, həqiqəti sübuta yetirmək sənəti başa 
düşülürdü. O zaman xüsusi hazırlıq və böyük ustalıq tələb edən dialoq sənəti onun
 
iştirakçılarının müzakirə olunan məsələlər ətrafında bir-birlərinə suallar verən alternativ 
nöqteyi-nəzəri başa düşməyi, onun nöqsanlarını, ziddiyyətlərini aşkara çıxarmaqla öz 
mövqeyinin üstünlüyünü sübuta yetirməyi ehtiva edirdi. Mübahisə prosesində 
müsahiblərin şərik olduqları bir iddiadan hər iki tərəfin mühakimələrinin cilalandığı 
üçün başqasına doğru getməklə mövqelər yaxınlaşır və daha düzgün olur. Nəticədə 
müxtəlif mövqelər nəzərə alınmaqla mühakimələrin birtərəfliliyi aradan qaldırılır, 
həqiqətə yaxınlaşırdı. 
Belə ictimai polemika praktikası böyük dialoq ustası olan Sokratın fəaliyyətində 
geniş tətbiq olunmuşdur. O, dialektikaya, müxtəlif, hətta əks fikirlərin toqquşması və 
uzlaşdırılması yolu ilə həqiqətin aşkara çıxarılması sənəti kimi baxırdı. Dialektikaya 
mübahisə, dialoq sənəti kimi baxılması Orta Əsrlərdə və sonralar da davam etmişdir. 
Uzun və mürəkkəb inkişaf yolu keçərək dünyanı dərk etməyin və dəyişdirməyin yeganə 
həqiqi fəlsəfi metoduna çevrilən, dünyaya vahid, rabitəli bir tam kimi baxan, onu əbədi 
hərəkətdə, dəyişmə və inkişafda götürən dialektika təbiət, cəmiyyət, təfəkkür və idrakın 
ən ümumi inkişaf qanunları haqqında təlimə çevrilmişdir. 

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin