Sənətkarlıq, ticarət və şəhərlər. Albaniyada sənətkarlığın müxtəlif
sahələri inkişaf etmişdi. Sənətkarlıq əsasən şəhərlərdə, qismən də
kəndlərdə cəmləşmişdi. Sənətkarlıq məhsulları ölkənin daxili təlabatını
ödəyirdi, bir hissəsi qonşu ölkələrə ixrac olunurdu. Silahqayırma, qiymətli
metallardan qab
istehsalı və qiymətli parça növlərinin toxunması bir qayda
olaraq
şəhər sənətkarlıq emalatxanalarında cəmləşmişdi.
Albaniyada
geniş yayılmış sənətkarlıq sahələrindən biri də
metalişləmə idi. Ümumiyyətlə, Azərbaycan ən qədim metallurgiya
mərkəzlərindən biridir. Dövlətin, şəhərlərin yaranması və ticarət əlaqələrinin
genişlənməsi metalişləmə sənətinin inkişafına şərait yaratmışdı.
Metalişləmə sahəsində dərin ixtisaslaşma getmişdi: 1) silah istehsalı; 2)
əmək alətləri və məişət əşyalarının düzəldilməsi; 3) bəzək əşyalarının
düzəldilməsi. Ustalar metalı əritməyi, qəlibə tökməyi, qaynaq etməyi,
kəsmə və döymə üsulu ilə metaldan hər cür məmulat düzəltməyi
bacarırdılar. Qazıntılar zamanı bütün bu texniki üsulları tətbiq etməklə
hazırlanmış silahlar (zireh, xəncər, qılınc, ox və s.), əmək alətləri (balta,
oraq,
bıçaq və s.) və bəzək əşyaları (üzük, sırğa, bilərzik və s.) tapılmışdır.
Albaniyada
dulusçuluq sənəti də geniş yayılmışdı. Dulusçular gildən
inşaat materialları (kirəmit və kərpic) və gil qablar hazırlayaraq dulus
kürələrində bişirirdilər. Antik dövrə aid coxlu dulus kürəsi qazıntılar zamanı
Mingəçevirdə tapılmışdı.
22
Bizim
eranın ilk əsrlərindən Albaniyada şüşə istehsal edilməsinə
başlanmışdı. Dövlətin meydana gəlməsi ilə möhürlər hazırlanmasına
təlabat yaranmışdı. Möhürlər cox zaman üzük formasında düzəldilirdi.
Albaniyada toxuculuq
sənəti öz yüksək səviyyəsi ilə seçilirdi.
Toxuculuqda qoyun,
dəvə yunundan, bitki liflərindən istifadə edilirdi. Burada
boyaqçılıq, gönişləmə, dülgərlik, dərzilik, çəkməçilik və başqa sənət
sahələri də inkişaf etmişdi.
Antik
dövrdə Albaniyada daxili ticarət sürətlə inkişaf edir və ölkənin
xarici
ticarət əlaqələri genişlənirdi. Sürətlə inkişaf edən iqtisadiyyat və
ölkədən keçən beynəlxalq ticarət yolları Albaniyanın dünya ticarətinə fəal
şəkildə qoşulmasına imkan verirdi. Albaniya ərazisində olan beynəlxalq
ticarət yollarından biri Xəzər dənizinin sahilindən keçərək şimalla cənubu
birləşdirirdi. Albaniyadan beynəlxalq su yolu da keçirdi. Mənbələrə görə
Hindistandan
gətirilən malları Oks çayı (Amudərya), Hirkan dənizi (Xəzər)
və Kür çayı ilə su yolu vasitəsi ilə, bir az da quru yolla getməklə, Qara
dənizə çıxarmaq olurdu. Albaniyanı İberiya ilə birləşdirən ticarət yolu haqda
Strabon
məlumat vermişdir. Ölkəyə xaricdən şirli saxsı, şüşə və metal
qablar,
bəzək əşyaları gətirilirdi.
Şamaxıda və Qəbələdə tapılan böyük gümüş pul dəfinələri
Albaniyada
ticarətdə puldan geniş istifadə olunduğunu və pul kəsildiyini
sübut edir. Albaniyada yerli pullarla yanaşı, Makedoniyalı İsgəndərin
adından kəsilmiş gümüş pullar, habelə Selefki, Parfiya, Yunan, Roma və
başqa ölkələrin pulları da işlənirdi. Bu fakt Albaniyanın geniş ticarət
əlaqələrindən xəbər verir.
E.
ə. I minilliyin ortalarında Albaniyada sənətkarlığın və ticarətin
inkişafı üçün əlverişli olan yerlərdə salınmış yaşayış məskənləri böyüməyə
başlamışdı. Ellinizm dövründə ölkə dünya ticarətinə qoşulmuşdu. Nəticədə
belə məskənlərdən bəziləri şəhərlərə çevrilmişdi. Strabon Alban
şəhərlərindən yalnız Uti vilayyətində yerləşən Ayniana və Anariakanın adını
çəkmiş, Plini isə Alban dövlətinin əsas şəhəri olan Kabalakanı (Qəbələ)
23
qeyd
etmişdir. II əsrdə yaşamış antik müəllif Klavdi Ptolomey Albaniyanın
29
şəhər və böyük yaşayış yerlərinin adını çəkmişdir ki, bunlardan Teleba,
Gelda, Albana
və Qaytara Xəzər dənizi sahilində yerləşirdi. Antik
qaynaqlarda
adı çəkilən şəhərlərdən yalnız Kabalakanın (Qəbələ) və
Şamaxının (Gemaxiya) yeri dəqiq məlumdur.
Dostları ilə paylaş: |