Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ adnsu-nun nəZDİNDƏ SƏnaye və texnologiYA



Yüklə 107,75 Kb.
səhifə3/10
tarix25.12.2023
ölçüsü107,75 Kb.
#193826
1   2   3   4   5   6   7   8   9   10
Audit

Auditin yaranması və tarixi
Fəaliyyət növü kimi auditə IX əsrdə Ingiltərədə kadastr Vilhelm tərəfindən "İngiltərə təsərrüfat həyatında hesab və ölçüyə" təkan verildi. Bu zaman romalıların mühasibat qaydaları iqtisadi halların uçota alınmasında istifadə olurdu. Məhz o vaxt mühasib ümumi anlayışından auditor anlayışı ayrılmağa başlamışdır. London işgüzar dairəsində audit 1200-cü ildən tətbiq olunub. Kralın audit haqqında ilk yazılı məlumat XIII-XIV əsrlərə aid edilir. Belə ki, məsələn, 1298- ci ildə İngiltərədə tərkibində şəhərin meri, şerif və digər şəxslər daxil olan auditor komissiyası tərəfindən London Sitinin qofmeystrinin fəaliyyəti yoxlanılmışdır. Artıq 1324-cü ildə kralın yazılı fərmanı ilə Oksford, Berkşir, Cənubi Emiton, Uils, Samset və Dorsetdə auditorlar təyin edilmiş, uçot kitablarından məhkəmədə sübut kimi istifadə olunmağa başlamışdır. Təqribən həmin illərdə London Sitidə seçilmiş vəzifəli şəxslərin tərkibində auditorlar da var idi. Həmin dövrdən başlayaraq arxivlərdə xüsusi torpaq sahiblərinin və digər bizneslə məşüul olanların hesabatının mütəmadi auditinin aparılması haqda çoxsaylı faktlar vardır.
Rusiyada auditor vəzifəsi ilk dəfə I Pyotr tərəfindən müəyyən olunmuşdur. Auditor vəzifəsində eyni zamanda kargüzarlıq və prokuror vəzifələrinin bəzi göstəricilərini əvəz etməkdə nəzərdə tutulurdu. Rusiyada auditorları andlı münasibətlər adlandırırdılar.
Beləliklə, ilkin audit iki sferada inkişaf etməyə başlamışdır: şəhər nümayəndələri tərəfindən məmurların fiskal siyasətinin 6 yoxlanılmasında, vergi ödəyiciləri olan təsərrüfatlarda uçot yazılışlarının və vergi tutulan mənfəət məbləğinin hesablanmasının düzgünlüyünün auditorlar tərəfindən yoxlanılmasında.
Mühasibat uçotu haqqında elmin əsaslarını əks etdirən, mühasibat uçotuna həsr edilmiş ilk kitabın - "Hesablar və yazılışlar haqqında trakt”ın müəllifi Luk Paçoli (1445-1515) nəzarətin zəruriliyini göstərmişdir. O yazırdı ki, Senat düzəlməyən maklerləri və mühasibləri ciddi cəzalandırır və "mən əvvəllər buraxdığı səhvlərə görə cəzalandırılan çox insanları tanıyırdım. Düzgün olaraq həmin təşkilatlarda kitabların doğru və ya yanlışlıqlara yol verilməklə tərtib olunmasını yoxlayan şəxslər təyin edildi".
XVII əsrin sonunda Şotlandiyada müəyyən vəzifəli şəxslərin şəhər auditoru qismində fəaliyyət göstərmələrini qadağan edən qanun qəbul edildi. 1853-cü ildə rəsmi olaraq auditorların Edinburq institutu təsis edildi. Böyük Britaniya auditin vətəni hesab edilir. Burada 1844-cü ildə səhmdar şirkətlərin mühasibat kitablarının və hesabatlarının sərbəst mühasiblər tərəfindən yoxlanmasını və yoxlamanın nəticələrinin səhmdarlara çatdırılmasını nəzərdə tutan qanunlar paketi qəbul edilmişdir. ABŞ-da 1887-ci ildə Auditorlar Assosiasiyası təsis edildi, 1896-cı ildə Nyu-York ştatında qanunvericilik əsasında auditor fəaliyyəti reqlamentləşdirilmişdir. Məhz o vaxtdan ixtisas üzrə imtahanı müvəffəqiyyətlə vermiş və auditor fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almış diplomlu mühasiblər auditor vəzifəsini tuta bilərdi. Dəmir yollarının salınması və sığorta şirkətlərinin, bankların və səhmdar cəmiyyətlərinin artması ilə əlaqədar XIX əsrin ortalarında professional auditor işgüzar aləmdə önəmli yer tutmağa başladı.

Yüklə 107,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin