Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 32,11 Kb.
səhifə3/3
tarix07.01.2024
ölçüsü32,11 Kb.
#204308
1   2   3
Həsənli Nural-Elektrik təchizatının əsasları-2

İstilik energetik stansiyaları
Təbii enerjiləri elektrik enerjisinə çevirmək üçün işlənən energetik qurğular elektrik stansiyaları adlanır. Bunlardan ən çox yayılanı istilik-elektrik stansiyalarıdır (İES). Bu stansiyalarda elektrik enerjisinin alınması üçün üzvü maddələrin yanmasından ayrılan istilikdən istifadə olunur. İES hesabına Azərbaycanda hasil olunan elektrik enerjisi ümumi elektrik enerjisinin 90 % - ni təşkil edir.
Elektrik generatorunu hərəkətə gətirmək üçün istifadə olunan mühərrikin tipindən asılı olaraq alternativ istilik-elektrik stansiyalarını aşağıdakı növlərə ayırmaq olar: daxili yanma mühərrikli, buxar maşınlı, qaz trubinli, buxar trubinli.
Maye yanacaqla işləyən dizelelektrik stansiyalarına və kiçik güclü kalorizator mühərrikli stansiyalara çox vaxt dəmiryol nəqliyyatında, kommunal təsərrüfatında və bəzi sənaye sahərində rast gəlmək olur.
Hazırda kiçik güclü istilik-elektrik stansiyalarında buxar turbinləri, buxar qaz tsikli ilə işləyən qurğular və qaz trubin qurğuları geniş tətbiq olunur. Müasir buxar trubinli İES–ın f.i.ə. 40 %, qaz trubinli İES–ın f.i.ə. isə 34 %-dir. Son zamanlar kombinə edilmiş buxar-qaz qurğularından istifadə olunur ki, onların da gücü 250 MVt – a qədərdir.
Əgər istilik stansiyası xarici işlədicilər üçün ancaq elektrik enerjisi hasil edərsə, belə stansiya kondensasiyalı elektrik stansiyaları (KES) adlanır. Bu stansiyalarda ancaq kondensasiya tipli buxar trubinləri yerləşdirilir. Stansiya işlədiciləri həm elektrik, həm də istilik enerjisi ilə təmin edirsə, onda o istilik-elektrik mərkəzi (İEM) adlanır.
Yuxarıda qeyd olunduğu kimi, kondesasiyalı elektrik stansiyaları işlədiciləri ancaq elektrik enerjisi ilə təmin edir. Belə stansiyanın sadə sxeminə “Buxar – güc” qurğuları bəhsində baxılmışdır.
Müasir kondesasiyalı alternativ istilik-elektrik stansiyalarının istilik sxemləri çox mürəkkəbdir. Hazırda qənaətliliyin artırılması məqsədi ilə suyun regenerativ qızdırılması üçün aralıq pillələrdə buxarın ayrılması ilə işləyən trubinlərdən istifadə olunur.
Kondensasiyalı alternativ istilik-elektrik stansiyalarının əsas göstəriciləri brutto və netto faydalı iş əmsallarıdır. Qurğuda hasil olunan enerjiyə aid göstərici “brutto”, “netto” indeksi ilə işarə olunur:

Burada E–hasil edilən illik elektrik enerjisi, kJ; B–yanacaq sərfi, kq; –yanacağın yanma istiliyidir, kĞ/kq.
Brutto f.i.ə. – nı aşağıdakı kimi də təyin etmək olar:

Elektrik stansiyalarında eyni zamanda, həm istilik, həm də elektrik enerjisinin hasil olunması üçün buxar sistemindən xaric olunması ilə tənzimlənən turbinlər quraşdırılır. Belə qurğunun sadə istilik sxemi şəkli 1.1-də verilmişdir.
Qazanda (1) alınmış buxar turbinə (2) daxil olur. Burada turbinlə bilavasitə birləşmiş elektrik generatoru (3) hərəkətə gəlir. Turbindən çıxan buxar kondensatora (4) daxil olur. Turbinin aralıq pillələrindən təzyiqin lazımi qiymətlərinin nizamlamaq məqsədi ilə ayrılan buxaristilik işlədiciyə (7) verilir. İstehsalatda buxarın bir hissəsi itirilir, digər hissəsi isə kondensatlaşaraq nasos (8) vasitəsilə qidalandırıcı çənə (6) vurulur. Digər tərəfdən kondensatordan çıxan kondensat nasos (5) vasitəsilə çənə berilir. Sistemdəki buxar və su itkisini bərpa etmək üçün qidalandırıcı çənə boru kəməri (10) ilə kimyəvi təmizlənmiş su əlavə olunur. Qazana (1) qidalandırıcı suyun vurulması əməliyyatı qidalandırıcı nasos (9) vasitəsilə yerinə yetirilir.




Ədəbiyyat


  1. S.Z.Məmmədov “Elektrik enerjisinin istehsalı” Gəncə - 2016

Yüklə 32,11 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin