Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin


Cənubi Azərbaycan Rza şahın hakimiyyəti illərində



Yüklə 31,87 Kb.
səhifə2/3
tarix13.11.2022
ölçüsü31,87 Kb.
#68809
1   2   3
DOC-20221110-WA0012.

Cənubi Azərbaycan Rza şahın hakimiyyəti illərində.
1920-ci illərin ikinci yarısı – 1930-cu illərdə Cənubi Azərbaycanda müəyyən sosial-iqtisadi, siyasi və mədəni dəyişikliklər baş verdi. Bu dövrdə Cənubi Azərbaycanda xüsusi kapital əsasında onlarla xırda, orta və iri sənaye müəssisəsi tikildi. Bunların içərisində, əsasən, Təbrizdə təmərküzləşmiş trikotaj – corab, pambıq və yun parça, kibrit fabriklərini, düyü, pambıqtəmizləmə, gön-dəri, taxta-şalban zavodlarını göstərmək olar. Bütün bunların nəticəsində Cənubi Azərbaycanda milli sənaye kapitalının əsası qoyuldu. Lakin Pəhləvi rejiminin təmsil etdiyi qüvvələr sosial-iqtisadi sahələrdə dərin dəyişikliklərin həyata keçirilməsini arzulamır, yalnız öz hakimiyyətini möhkəmləndirmək məqsədi güdən səthi islahatlarla kifayətlənirdi.
Bu dövrdə sosial strukturda baş vermiş dəyişikliklərdən biri də vaxtilə ən güclü və nüfuzlu təbəqələrdən olan ruhanilərin sayının azalması və mövqeyinin zəifləməsi oldu. Rza şah, bütün diktatorlar kimi, heç bir müxalif qüvvələrlə hesablaşmayan və zorakı siyasətə üstünlük verən dövlət başçısı idi. Onun dövlət səviyyəsinə qaldırdığı və paniranizmə1 söykənən milli zülm siyasəti qeyri- fars xalqlara, o cümlədən Azərbaycan türklərinə qarşı maddi və mənəvi həyatın, demək olar ki, bütün sahələrində həyata keçirilirdi. Əski türk kitabları, Təbriz şairlərinin çap olunmuş əsərləri və əlyazmaları toplanılıb yandırılırdı. Türkcə coğrafi adlar – dağ, çay, şəhər, kənd, tarixi türk əsərlərinin və abidələrinin adları və s. sistematik olaraq farslaşdırılırdı. Rza şahın mərkəzləşmiş güclü dövlət yaratmaq məqsədilə apardığı inzibati siyasət də qeyri-fars millətlərin varlığına, milli təmərküzləşməsinə qarşı çevrilmişdi. 1937-ci ildə təsdiq olunan yeni inzibati bölgüyə əsasən Azərbaycan ərazisində üç ostan – vilayət yaradıldı.
1920-ci il aprelin 7-də Təbrizdə üsyan başlandı. Ümumi sayı iki minə yaxın olan süvari və piyada kazak dəstələrindən başqa Təbrizdəki silahlı qüwələrin hamısı üsyana qoşuldu. Üsyana rəhbərlik etmək üçün İctimai İdarə Heyəti (İİH) yaradıldı. Mirzə Tağıxan Rəfət, Zeynalabdin Qiyami və b. ibarət bu heyətə Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi.
Təbrizdə üsyan qalib gəldi. Hakimiyyət İİH-nin əlinə keçdi. Xiyabani İranın daxilindən və xaricindən olunan bir sıra hərbi yardım təkliflərini rədd etdi. Müəyyən hadisələr buna səbəb olmuşdu. Gilandakı hərəkatın xoşagəlməz cəhətləri, Sovet rəhbərlərinin 1920-ci il mayın 18-də yenidən İrana-onun Xəzərsahili limanı Ənzəliyə hərbi hissələr çıxarması Xiyabaninin bolşeviklərə olan inamını qırmışdı. O, bolşevizmi «çarizmin o biri üzü» adlandırdı.
Xiyabani başda olmaqla hərəkatın əsas tələbi İranı demokratik respublikaya çevirməklə onun tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsindən ibarət idi. İranın əsas Qanununa uyğun olaraq Əyalət Ənciməni yaradılması haqqında müraciəti Tehran qəbul etmədi. Hakimiyyətin yerlərdə demokratların əlinə keçməsinə istinadən üsyan rəhbərliyi iyunun 24-də muxtar hüquqlara və silahlı qüvvələrə malik Milli Hökumət (MH) yaratdı. Xiyabaninin rəis seçildiyi Milli Hökumət iyunun 24-də «Təcəddüd» qəzeti redaksiyası binasından mərkəzi dövlət idarələrinin yerləşdiyi və vəliəhdin iqamətgahı olan binaya – Ala Qapıya köçürüldü. Yerli icraiyyə orqanı olan Milli Hökumət demokratik respublika qaydalarına əsaslanırdı. Milli Hökumətin tərkibinə ADP-nin üzvlərindən 20 nəfər daxil idi. Onlar əsasən ticarət burjuaziyasının və ya bir qismi Xiyabani kimi ticarət burjuaziyası ilə bağlı olan ziyalı təbəqəsinə mənsub idi.
MH kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. sahələrdə islahatlar və b. tədbirlər həyata keçirməyə başladı, bu sahələr üzrə idarə və nazirliklər yaratdı.
Lakin torpaq məsələsi məhdud şəkildə həll edildi. Layihədə təkcə dövlət torpaqlarının kəndlilər arasında bölünməsi nəzərdə tutulurdu ki, onlar da əkin üçün yararlı olan sahənin yalnız 4 faizini təşkil edirdi. Tolrpağın əsas hissəsi isə mülkədarların, ruhanilərin və qismən ruhani idarələrinin əlində toplanmışdı.
Nə üçün Xiyabani Azərbaycanı «Azadistan» adlandırdı?
Tarixşünaslıqda bu barədə müxtəlif fıkirlər var. Onlardan biri də sosialist inqilabının cənuba doğru irəliləməsi və Qafqazda Azərbaycan Sovet respublikasının təşkilinə qarşı müdafıə mövqeyi tutmaqdır. 1920-ci ildə Təbrizə gəldiyi günün sabahı sentyabrın 8-də Xiyabani ilə görüşən Cəlil Məmmədquluzadə isə «Molla Nəsrəddin» jurnalı səhifələrində üsyan dövründəki Cənubi Azərbaycanı «Azərbaycan cumhuriyyəti» adlandırırdı.
Xiyabaninin başçılığı ilə həyata keçirilmiş bu üsyan İrandakı imperialist ağalığına, şahlıq quruluşuna qarşı və azərbaycanlıların öz milli istiqlaliyyəti uğrunda mübarizə tarixində böyük əhəmiyyətə malik oldu. Ş.M.Xiyabaninin siyasi fəaliyyəti, nəzəri-fəlsəfı baxışları Azərbaycan xalqının milli-azadlıq və demokratik hərəkatı tarixində dərin iz buraxmışdır.
Birinci Dünya müharibəsindən sonra Cənubi Azərbaycanın iqtisadiyyatı qısa müd¬dətdə bərpa olundu. Cənubi Azərbaycan İranın tərkibində kənd təsərrüfatı məhsulu bazası kimi qaldı. Rza şah rejiminin təsiri nəticəsində Cənubi Azərbaycanın iqtisadi inkişaf sürəti İranın digər rayonlarına nisbətən getdikcə gerilədi. 1930-cu illərin əvvəllərindən başlayan İran-SSRİ, o cümlədən Cənubi Azərbaycanla Azərbaycan SSR arasında iqtsadi əlaqələr zəiflədi. 1929-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı nəticəsində SSRİ ilə İran arasında iqtisadi əlaqələr zəiflədi ki, bu da birinci növbədə Cənubi Azərbaycanın kənd təsərrü¬fatına zərbə vurdu. 1920-1930-cu illərdə Rza şah Pəhləvinin apardığı iqtisadi siyasət Cənubi Azərbaycanın kənd təsərrüfatı regionuna çevrilməsinə, sənaye inkişafının mərkəzlərini farsların yaşadığı region-lara köçürürülməsinə yönəlmişdi. Bu səbəbdən Cənubi Azərbaycanda sənayedə daha çox əl əməyinə əsaslanan xırda sənət emalatxanaları çoxluq təşkil edirdi. Təbriz, Zəncan və Ərəbildə toxuculuq, yun, iplik, kibrit fabrikləri və şəkər zavodları fəaliyyət göstərirdi. Ancaq sənaye müəssisələrinin sayının yetərincə olmaması səbəbindən Cənubi Azərbaycan xammalı İranın digər regionlarındakı sənaye müəssisə¬lərinə daşınırdı və bu proses sonrakı onilliklərdə də davam etmişdir. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində yerli azərbaycanlı mülkədarların ağalığı bir qədər məhdudlaşdırıldı və bu ağalıq mərkəzi hökumət məmurlarının əlinə keçdi. Kənddə sosial təbəqələşmə daha da gücləndi. Sərhədlər bağlandığına görə, Şimali Azərbaycan, Mərkəzi Asiya və Qafqaza işləməyə gedə bilməyən, torpaqsız qalan kəndlilər iş dalınca şəhərlərə axışdılar. Bu isə şəhərlərdə işsizlərin sayının artmasına gətirib çıxardı.
Rza şah Pəhləvinin apardığı islahatlar feodal hərc-mərcliyinə, özbaşınalığa son qoysa da, mahiyyət etibarı ilə fars şovinizminin maraqlarına xidmət edirdi. 1920-1930-cu illərdə dövlət səviyyəsində zorla farslaşdırma siyasəti həyata keçirilmişdir və bu mürtəce siyasət ilk növbədə o dövrdə İran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinə qarşı yönəlmişdir. Tarixi ədəbiyyatda paniranizm adlanan bu siyasət farsların qatı millətçi hissəsinin şovinist nəzəriyyəsi, ayrı-seçkilik ieologiyasıdır və bu gün də davam etməkdədir. Paniranizm ideologiya¬sının ən fəal təbliğatçıları Şəfəq Rzazadə və Seyid Əhməd Kəsrəvi kimi ziyalılar idi. Onlar öz əsərlərində sübut etməyə çalışırdılar ki, guya Cənubi Azərbaycan türk əhalisi əslində fars mənşəlidir və səfəvilər dövründə qılınc gücünə türkləşdirilmişlər. Dolayı yolla, Azərbaycan türk əhalisinə guya öz həqiqi soy kökünə, irançılığa qayıtmaq təbliğ olunurdu. Bu siyasətin nəticəsi olaraq azərbaycanlılara ana dilində təhsil almaq, qəzet və jurnallar nəşr etdirmək, hətta ictimai yerlərdə, dövlət müəssisələrində ana dili-türk dilində danışmaq qadağan olunmuşdur. Rza şah Pəhləvinin farslaşdırma siyasəti azərbaycanlılara tarixini, mədəniyyətini unutdurmağa yönəlsə də, bu siyasət əks nəticə verdi: Azərbaycan türklərinin milli şüur və öznüdərketməsi gücləndi, onlar XX əsrin 40-cı illərinə formalaşmış milli şurla daxil oldular.

Yüklə 31,87 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin